Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-488/2023 20.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakı ilə X1 Ekologiya YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Ekologiya YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 ərizəsini onunla əsaslandırdı ki, o, X11 Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2022-ci il Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə,75,GPS;40,4357736,49,7758969 ünvanında yazılı protokol əsasında verilən inzibati Qərar № TP5470545 nömrəli qərardan narazıyam. O, səhər saat 9 radələrində yanındakı sərnişin X5 ilə Ekologiya postunu keçib Sulutəpə dairəsinə düşərkən Yol Patrul Xidməti inspektoru polis baş serjantı V.X.Orucov ona aid olan “Opel” minik markalı **-NO-*** qeydiyyat nişanlı avtomobilinə saxla əmri verdiyi üçün yolun kənarında saxlamış, polis əməkdaşı ona yaxınlaşaraq “stop” işıqlarından birinin yanmadığını və buna görə protokol yazacağını bildirdi. O, isə Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsini əsas gətirərək bunun qanunsuz olduğunu bildirmiş, elə yerindəcə “stop” lampasını dəyişərək nasazlığı aradan qaldırmış, buna baxmayaraq qərəzli şəkildə İXM-nin 342.5-ci maddəsinə əsasən protokol tərtib edərək ona təqdim edib ərazidən uzaqlaşmışdır. Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsindən xarici işıq cihazları və digər nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vaistəsinin istismarına görə 50 (əlli manat) manat cərimə nəzərdə tutulmuşdur. O, isə nasazlığı yerindəcə aradan qaldırdığı halda belə, protokol tərtib etmişdir. Yazılan protokoldan Baş Dövlət Yol Polis idarəsinə şikayət ərizəsi göndərmişdir. Baş Dövlət Yol Polis idarəsinin rəis müavini Pərvin Səfərəliyevin cavab məktubu ilə razı deyiləm. Hal şahidi olaraq sərnişin X4 şahid qismində təqdim etdiyini bildirmişdir. Sonda o, Ekologiya YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, X11 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə X11 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Ekologiya YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 50 (əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə şikayətə mahiyyəti üzrə baxılması üçün qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsində xarici işıq cihazları və digər nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 (əlli manat) manat cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarında olan diskə baxış keçirərək müəyyən etdi ki, şikayətçi X6 yanmayan “stop” işığını dəyişərək nasazlığı aradan qaldırmışdır. Buna görə də onun barəsində əsassız olaraq Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X6 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Məhkəmə şikayətə əlavə olunmuş sənədləri nəzərdən keçirərək və diskə baxış keçirərək belə hesab edir ki, şikayət təmin edilməli, X6 barəsində Ekologiya YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Ekologiya YPX inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul olunmuş TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-488/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-488/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver