Məhkəmə qərarları › İş №3(012)-489/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-489/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-489/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X5 iştirakı ilə, X9 barəsində Abşeron Rayon Polis İdarəsi X17 rəisi X2 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 barəsində Abşeron Rayon Polis İdarəsi X17 rəisi X2 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Abşeron RPİ-nin Saray PB-nin "İnzibati tənbeh vermə haqqında" 14 dekabr 2022-ci il tarixli, MN №1176400 saylı Qərarı ilə 300 manat cərimə cəzasına məhkum edilmişdir. Aşağıda göstərdiyi səbəblərə görə həmin qərəzli, sifarişli və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, qərarda cərimə edilməyinə səbəb kimi qeyd olunur ki, guya xx.xx.2022-ci il tarixdə o, Saray qəsəbəsində baş vermiş mübahisə zamanı vətəndaş X8 və nəvəsi X10 döymüşdür. Qərarda bu barədə göstərilənlər tam yalan və uydurmadır.Belə ki, həmin tarixdə o, evdə olmuş və ümumiyyətlə X11 ilə mübahisə etməmişdir. Bu sahə müvəkkili Bədrəddin Fərzəliyevin hansısa maraqdansa uydurmasıdır. Əvvəla qeyd edir ki, mübahisə qərarda göstərildiyi tarixdə yəni, xx.xx.2022-ci ildə olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə o, oğlu X3 yola salarkən X4 avtomobili yolun ortasında saxlayaraq oğluma avtomobilinə keçib getmək üçün yol vermədiyindən, Zamiq Zülfiyədən avtomobilini kənara çəkməyi xahiş edilmişdir. Lakin Zülfiyyə avtomobili çox azca kənara verməklə, Zamiqə avtomobili rahat sürüb getməsinə imkan yaratmamışdır. Lakin Zamiq bir təhər sürərək çıxıb getmişdir. O, gedən kimi Zülfiyyə avtomobilin pəncərəsini açaraq Zamiqin dalınca qarğış etmişdir. Bunu görərork o, Zülfiyyəyə haqsız hərəkət etdyini irad tutarkən, Zülfiyyə onu söyüb təhqir etmişdir. Lakin onların arasında hər hansı bir dalaşma olmamışdır. O cümlədən də onunla Zülfiyyənin anası Göyçək ilə də ümumiyyətlə heç bir mübahisə olmamışdır. Bu faktı qonşular da təsdiq edə bilərlər. O, Zülfiyyənin bu xuliqanlıq hərəkətləri barəsində zəng edərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məluma vermişdir. Lakin həmin şikayətdən sonra sahə müvəkkili hadisədən 24 gün sonra guya gəlinləri Turabova Samirə, Turabova İlkanə və onun tərəfindən xx.xx.2022-ci il tarixdə Zülfiyyənin anası Göyçəyin və Zülfiyyənin oğlunun döyülməsi barədə uydurma protokol tərtib etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə belə bir hadisə olmamış, həmin tarixdə Şəhrəbanı Masallı rayonunda olmuş və xx.xx.2022-ci il tarixdə oradan Bakıya qayıtmışdır. Gəlinləri İlkanə və Samirə isə, Zülfiyyənin onunla mübahisə etdiyi vaxt evdə olmuşlar. X16 araşdırma birtərəfli aparılmış, polis bölməsinə izahat verməkdən ötrü gələn kənd sakinləri şahid qismində dindirilməmişlər. Hadisənin baş verməsinə bais olan Zülfiyə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə məni nalayiq söyüşlərlə söyərək təhqir etmiş, şərəf ləyaqətimi ləkələyən ifadələr işlətmişdir. O. qadınlığına, eləcə də ətrafda hərəkət edən şəxslərə hörmət etməyi təklif etsə də, lakin o, isterik vəziyyət almaqla, ətrafdakı şəxslərin də ünvanına nalayiq ifadələr işlətmiş, hamını polisdə olan tanışlarının vasitəsilə həbsə atdıracağı ilə hədələmişdir. Onun bu hərəkəti təxminən 15 dəqiqə davam etmiş və bu vəziyyət asayişin, eləcədə vətəndaşların narahatçılığına səbəb olmuşdur. Ətrafdakı vətəndaşlar onu sakitləşdirməyə, dəvət etsələr də, lakin o, daha da hiddətlənmiş, onların məsləhətinə ehtiyacının olmadığını bildirmişdir. Bütün bu qanunsuz hərəkətlərə yol verdiyi halda Zülfiyyə barəsində heç bir tədbir görülməmiş, əksinə guya hadisə yerində o, deyil, anası Göyçək olmuş və mübahisə guya anası ilə olmuşdur. Abşeron RPİ-nin X17 uydurma, ağlasığmaz və sifarişli qərarı ilə mən, gəlinləri Turabova Samirə və Turabova İlkanə İXM-nin 157-ci maddəsi ilə 300 manat cərimə edilmişdir. Qərarda yalan olaraq yazılır ki, guya biz X11 ilə yanaşı onun övladı X10 da döymüşdür. Lakin qərarda bu faktı təsdiq edən hər hansı bir tutarlı sübut yoxdur. Onu da qeyd edir ki, onun hüquqi savadı yoxdur. Ona görə də sahə müvəkkilinin imza etdirdiyi protokolun məzmununu oxumadan imza etmişəm. Həmin vaxt sahə müvəkkili bildirmişdi ki, Zülfiyyə ilə bağı etdiyi şikayət üzrə topladığı materialı məhkəməyə göndərir, ona görə də protokola imza etməlidir. Onlar da inanaraq oxumadan protokola imza etmişik. Sahə müvəkkili isə onları aldadaraq həmin protokola imza etdikdən sonra ona bizdən xəbərsiz, guya əməlindən peşman olmağı barədə qeyd yazmışdır. Halbuki, onlar belə bir izahat yazmamışlar. Bundan başqa həmin protokol əsasında qəbul edilmiş qərardan görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə baş vermiş, amma ona dair protokol isə bir ay sonra yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Necə ola bilər ki, protokol hadisədən 1 ay sonra tərtib edilsin. Buradan müəyyən olunur ki, barəsində tərtib edilmiş bu protokol sifariş əsasında yazılmışdır. Belə ki, Zülfiyyə özünün də dediyi kimi tanış polis əməkdaşlarının vasitəsilə onları cəzalandırmaq üçün saxta sübutlardan istifadə edilməsinə nail olmuş, anası Göyçəyə və uşağına guya xəsarət alması barədə saxta ekspert rəyi almışdır. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta protokolu əsassızdır və ona görə də ləğv edilməlidir.Ona görə də şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilən Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş vasitəsilə məlumat verilsə də, özü və nümayəndəsi məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Abşeron RPİ-nin X17 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən 08 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və X9 barəsində Azərbaycan Respublikası İXM-nin 15-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə gömdərilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin MN ******* saylı, xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulan xətanı tərətməsi heç bir sübuta əsaslanmadığından, iştirakı olmadan və izahatı alınmadan qəbul olunduğundan qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X9 barəsində Abşeron Rayon Polis İdarəsi X17 rəisi X2 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X9 şikayəti qismən təmin edilsin. X9 barəsində Abşeron Rayon Polis İdarəsi X17 rəisi X2 MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün Abşeron Rayon Polis İdarəsi Saray polis bölməsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar