Məhkəmə qərarları › İş №3(012)-49/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-49/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-49/2024 30.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 və Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, protokol qeyri-qanuni və əsassız yazılmışdır. Buna səbəb Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120, 122 və 124-cü maddələrinin tələbləri yerinə yetirilməməsidir. 2001-ci ildə qəbul edilmiş yol-patrul haqqında 50 saylı əmrə əsasən eyni tarixdə eyni qayda pozuntusu üzrə iki və daha artıq elektron protokol tərtib edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən, bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Belə ki, xx.xx.2023-cü il tarixdə ona tərtib olunan İXP ******* saylı inzibati protokolda göstərildiyi kimi o, avtomobili idarə etməmiş, avtomobilin yanında dayanıb siqaret çəkdiyini bildirmişdir. Onu da qeyd edir ki, sözügedən qayda pozuntusu qeydə alınan ərazidə YPX patrul avtomaşını xidmət aparır. Müəmmalı səbəbdən YPX-nin "qayda pozuntusunu" rəsmiləşdirmir. Məhkəmə iclasında şikayət verən Seymur Qasımov şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Saray qəsəbəsində “X7 prado” minik avtomobilinin işıq cihazlarının istifadə qaydasını pozduğunu görərək yaxınlaşıb vətəndaşla söhbət apararkən həmin vətəndaşın sərxoş olduğunu müəyyən edib haqqında inzibatı protokol tərtib edimişdir. O, təqdim etdiyi video görüntü ilə şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokoldan və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, o, “X7 prado” markalı, 99MZ645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə ödənilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 6348 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X3 tibbi müayinədən keçmiş və o sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 329.3.maddəsinə görə İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görəotuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1.maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görədörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* inzibati xəta haqqında elektron qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Beləliklə, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar