Məhkəmə qərarları › İş №3(012)-490/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-490/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-490/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X1 xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İXM-in 334.1 və 329.3-cü maddələri inzibati məsuliyyətə cəlb olunaraq, 500 manat məbləğində inzibati cərimə edilmişdir. X2 həmin qərardan şikayət vermiş, şikayət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Belə ki, X2 ünvanlandığı şikayətdə Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı xx.xx.2023-cü il tarixdə rəsmi surətdə almasını bildirsə də, bu faktı təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilmədiyi üçün sonuncu tərəfindən sözügedən qərarın konkret olaraq nə vaxt alınmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 128-130cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X1 xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar