Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-492/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X6 katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə 15.04.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı RETSİ tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt Regional İdarəsi rəisinin «İnzibati təhbeh vermək haqqında» ******* saylı 01 sentyabr 2020-ci il tarixli qərarı ilə vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub 3.500 manat məbləğində inzibati cərimə olunmuş, inzibati məsuliyyətə cəlb olunmağı barədə qərarın surəti 05 mart 2021-ci il tarixdə Ekologiya idarəsindən əlbəəl almış, Qərar əsassız, qanunsuz və ədalətsizdir. Buna görə də ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, icarə götürüb fəaliyyət göstərdiyi «Narın qala» istirahət mərkəzi Sumqayıt-Novxanı yolunun sol tərəfində, dəniz kənarı ərazidə yerləşir. Karantinlə əlaqədar olaraq bir ildən artıq müddət ərzində istirahət mərkəzi faktiki olaraq fəaliyyət göstərməmiş, 2021-ci ilin fevral ayının əvvəlində Abşeron İcra və probasiya şöbəsindən onunla əlaqə saxlanaraq bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt Regional İdarəsinin qərarı ilə 3.500 manat cərimə olunmuşam və həmin məbləği dövlət büdcəsinə ödəməliyəm. Bundan narazı qalıb qərarı qəbul etmiş ekologiya idarəsinə müraciət etmiş və 05 mart 2021 -ci il tarixdə qərarın və protokolun surətini əlbəəl almış, qərarla tanış olarkən ekologiya idarəsi tərəfindən onu İXM-nin 266.2-ci maddəsi ilə təqsirli bildiyini və 3500 manat cərimə edildiyini bilmiş, qərara görə istirahət mərkəzində formalaşan çirkab sularının daşınaraq zərərsizləşdirilməsi üçün aidiyyatı təşkilatlarla müqavilə bağlamamış və tullantıların emalı yerini müəyyənləşdirməmişdir. 18 avqust 2020-ci il tarixli protokolla tanış olarkən isə protokolun saxta olduğunu, protokolda nümayəndə kimi qeyd olunmuş Y.Məmmədovun imzasının isə saxtalaşdırıldığını görmüş, digər üç imzanın isə ekologiya idarəsinin vəzifəli şəxslərinə aid olduğu qeyd edilmiş, 18 avqust 2020-ci il tarixdə ekologiya idarəsinin əməkdaşları istirahət mərkəzinə gəlməmiş və mərkəzə baxış keçirməmişlər. Onların tərtib etdikləri 18 avqust 2020-ci il tarixli ******* saylı protokol isə saxtadır. Bu səbəbdən idarə prtokolu və qərarı ünvanına göndərməmişdir. Karantinlə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci ilin mart ayından həmin ilin avqust ayının 5-dək istrahət mərkəzi tam bağlı olmuş, ayın 5-dən sonra isə onlayn xidmətə icazə verilmiş, yerində xidmət olmamışdır. 01 fevral 2021-dən tam fəaliyyətə icazə verilmişdir. Onlayn xidmət zamanı isə faktiki olaraq heç bir sifarişi olmamışdır. Azərbaycan Respublikası Vergilərə Nazirliyinə verilmiş məlumatda da qazancın olmaması qeyd edilmişdir. İstirahət mərkəzi faktiki olaraq işləmədiyi üçün orada heç bir çirkab suyu və tullantı əmələ gəlməmişdir. Buna baxmayaraq çirkab suların daşınması üçün «X7» MMC ilə 21 avqust 2020-ci il tarixdə 40 saylı müqavilə bağlamış, müqavilə üzrə «X7» MMC-nin əməkdaşları 07 sentyabr 2020-ci il tarixdə istirahət mərkəzinə gəlmiş və az həcmdə formalaşmış çirkab suyunu daşıyıb təmizlik qurğusuna təhvil vermişlər. Göründüyü kimi ekologiya idarəsinin əməkdaşları araşdırma aparmadan, müqavilə olub-olmamasını müəyyən etmədən, saxta protokol tərtib etmiş və həmin saxta protokol əsasında inzibati qərar qəbul edilərək onu 3.500 manat cərimə etmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsinin ünvanına bildiriş göndərilmiş, lakin idarənin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, inzibati işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, Sumqayıt-Novxanı şose yolunda yerləşən “Narın Qala” ailəvi istirahət mərkəzində formalaşan çirkab suların daşınaraq zərərsizləşdirilməsi üçün aidiyyatı təşkilatlarla müqavilə bağlanmadığı, tullantıların emalı yeri müəyyənləşdirilmədiyi üçün X3 Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 21.08.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, “X7” MMC ilə “Narın qala” istirahət mərkəzinin məsul şəxsi X3 arasında tullantı sularının zərərsizləşdirilməsinə dair müqavilə imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2.- maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə zamanı müəyyən edildi ki, Karantinlə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci ilin mart ayından həmin ilin avqust ayının 5-dək Sumqayıt- Novxanı şose yolunda yerləşən “Narın Qala” ailəvi istirahət mərkəzi tam bağlı olmuş, ayın 5-dən sonra isə onlayn xidmətə icazə verilmiş, yerində xidmət olmamışdır. 01 fevral 2021dən tam fəaliyyətə icazə verilmişdir. Onlayn xidmət zamanı isə faktiki olaraq heç bir sifarişi olmamışdır. Azərbaycan Respublikası Vergilərə Nazirliyinə verilmiş məlumatda da qazancın olmaması qeyd edilmişdir. İstirahət mərkəzi faktiki olaraq işləmədiyi üçün orada heç bir çirkab suyu və tullantı əmələ gəlməmişdir. Buna baxmayaraq çirkab suların daşınması üçün «X7» MMC ilə 21 avqust 2020-ci il tarixdə 40 saylı müqavilə bağlanmış, müqavilə üzrə «X7» MMC-nin əməkdaşları 07 sentyabr 2020-ci il tarixdə istirahət mərkəzinə gəlmiş və az həcmdə formalaşmış çirkab suyunu daşıyıb təmizlik qurğusuna təhvil vermişlər. Göründüyü kimi ekologiya idarəsinin əməkdaşları araşdırma aparmadan, müqavilə olub-olmamasını müəyyən etmədən, protokol tərtib etmiş və həmin protokol əsasında inzibati qərar qəbul edilərək onu 3.500 manat cərimə etmişlər. “Narın qala” istirahət mərkəzinin tullantı sularının zərərsizləşdirilməsi “X7” MMC tərəfindən həyata keçirilmişdir. Bu xüsusat X7” MMC ilə “Narın qala” istirahət mərkəzinin məsul şəxsi X3 arasında tullantı sularının zərərsizləşdirilməsinə dair müqavilə ilə təsdiq edilir. Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Sumqayıt regional İdarəsinə göndərilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-492/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-492/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver