Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-495/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Fikrət qızının katibliyi, X5 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət vermiş Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati təneh vermə haqqında 21 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 nümayəndəsi və vəkili Nümayəndə1 verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 nümayəndəsi və vəkili Nümayəndə1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati təneh vermə haqqında 21 dekabr 2023-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Elman Rəsulovun nümayəndəsi və vəkili Nümayəndə1 ünvanlamış olduğu şikayət ərizəsini keçirilən məhkəmə iclasında müdafiə edib, bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X5 21 dekabr 2023-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə MN seriyalı, ******* №-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarda sadəcə X1 əmək haqqının gec ödənilməsi ə son haq-hesabınn ödənilməməsi bildirilmişdir. Amma hansı məbləğdə ödəməli olduğu göstərilməmişdir. İnzibati xəta haqqında icraat aparılarkən Elman Rəsulov dəvət edilməmiş ə onun izahatı alınmamışdır. Güleyşə Rzayevanın əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmiş, lakin inzibati tənbeh 21 dekabr 2023-cü il tarixdə, yəni 01 il müddət keçdikdən sonra tətbiq edilmişdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsinə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati təneh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, vətəndaş X1 əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir, lakin təqdim olunmuş bank hesabından çıxarışa baxış zamanı ona son haq hesabın ödənilmədiyi, may ayının əmək haqqının gecikdirildirilərək ödənildiyi müəyyən edildiyindən X5 Azərbaycan Respublikasınınnın İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində onun barəsində 1500 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 barəsində araşdırma aparılan zaman barəsində icraat aparılan şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmadan cəmiyyətin direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən barəsində icraat aparılan şəxsə başlanmış icraat, eləcə də hansı inzibati xətaya dair icraatın aparılması və aparılan icraat üzrə hüquq və vəzifələri vaxtında bildirilməlidir. Qeyd olunan halın baş verməsi isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 icraatda iştirak etmək, etiraz etmək, icraatla tanış olmaq, hər hansı sübut təqdim etmək və digər bu kimi müdafiə hüquqlarının pozulması deməkdir ki, bu da öz növbəsində səlahiyyətli vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən şəxsi iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini göstərir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. 135.1.1-cı maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 barəsində olan inzibati iş üzrə sübutlar təqdim etmək hüququ məhdudlaşdırıldığından və iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə geri göndərilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-495/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-495/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver