Məhkəmə qərarları › İş №3(012)-497/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-497/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-497/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və vəkili Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X10 oğlu tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X10 oğlu bildirdi ki, Şəxs 21.11.2021 -ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi, ev 52-də yaşayan Şəxs ilə keçmiş arvadı X4 arasında sonuncunun yaşadığı evin həyətində ailə-daxili münasibətlər zəmnində mübahisə baş vermiş və mübahisə zamanı Şəxs əli ilə Güllü Həsənovanın bədən nahiyəsinə vuraraq, sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-cı maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməkdə özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, barəsində şikayət etdiyi şəxslər X4 onun qeyri rəsmi münasibətdə olduğu, digər şəxs isə onun bacısı X3r. Güllü ilə olan münasibətlərindən bir oğlan övladı var. 2021-ci ilin aprel ayında Güllü ilə münasibətlərinə son qoyaraq ondan ayrılmışdır. 21.11.2021-ci il tarixdə Güllüyə zəng edərək övladı ilə görüşmək istədiyini bildirmiş, Güllü isə onun görüşməyinə etiraz etməmişdir. O, öz avtomaşınında Güllügilin yaşadığı ünvana getmiş və övladı ilə görüşən zaman uşağın sifətində xəsarət aşkar etmişdir. Bunun səbəbini Güllüdən soruşanda Güllü ona kobud cavab vermiş və anasını təhqir etmişdir. Bu zaman aralarında mübahisə yaranmış və mübahisə zamanı uşağı səs-küydən uzaq olmaq üçün kənara çəkmiş, sonra da maşını sürüb qonşunun həyətinə daxil olmaq istəyərkən Güllü onun qarşısını kəsərək əli ilə sol güzgünü dartıb qırmışdır. O, da bundan sonra avtomaşınından düşüb Giillünü əli ilə kənara itələmişdir. Sonra çıxıb getmişdir. Həmçinin mübahisə zamanı Güllünün bacısı Humay Həsənova müdaxilə edərək, ona məxsus “İphone 7” markalı mobil telefonu əlindən alıb yerə atmaqla ona 400 manat maddi ziyan vurduğunu, Güllünün isə maşını zədələməklə ona 200 manat ziyan vurduğunu, münaqişə zəminində Güllünü döymədiyini, sadəcə əli ilə onu kənara itələdiyini göstərmişdir. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun vəkili Abşeron rayon vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 11 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertizasının 24.11.2021-ci il tarixli 2765 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bazu nahiyəsinin qançırı küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 21.11.2021-ci il tarixdə davadalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materiallarında olan təhqiqatda izahatı alınmış X4 bildirmişdir ki, barəsində şikayət etdiyi şəxs keçmiş həyat yoldaşı Şəxsdur. Əlixanla 2019-cu ildə ailə həyatı qurmuş və münasibətlərindən bir övladları var. Əvvəllər münasibətləri normal olsa da, sonradan Əlixan onu mütəmadi olaraq döydüyü üçün və yola getmədiklərinə görə 2021-ci ilin aprel ayında Əlixandan ayrılmaqla valideyinlərinin yaşadığı ünvana getmişdir. 21.11.2021-ci il tarixdə saat 18 badələrində Əlixan ona zəng edib uşağı görmək istədiyini demiş, o da buna etriaz etməmişdir. Uşağı yaşadığı evdən küçəyə çıxartmışdır. Bundan sonra Əlixan uşaqla görüşəndə onun burun nahiyəsində cızıq görmüş və səbəbi ilə maraqlandıqda ona günorta vaxtlarında evdə oyuncaqda oynayarkən yıxılaraq əzildiyini söyləmişdir. Əlixan ona uşağa yaxşı baxa bilməməsini deyib iradını bildirmişdir. Sonra isə ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Əlixan maşınını hərəkətə gətirib uşağı da özü ilə aparmaq istəyərkən onun arxasınca gedib avtomaşını saxlamağı tələb etmişdir. Həmin vaxt Əlixan maşını saxlasa da, içəri tərəfdən qapıları bağlamış və onun qapını açmağa imkan verməmişdir. Buna görə də qolunu qapının şüşəsi olan hissəsindən içəri salaraq qapını açmaq istəmiş və Əlixan isə şüşəni qaldırdığı üçün sol qolu əzilmişdir. Bundan sonra Əlixan avtomobildən yerə düşərək ona yaxınlaşmış və başından tutub maşma vurmuşdur. Eyni zamanda təpiklə bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Həmin avxt anası X1 ona yaxınlaşıb köməklik edərək kənara çəkib aparmışdır. O, da bununla bağlı DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmədə müəyyən edilmişdir ki, 21.11.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi, ev 52-də yaşayan Şəxs ilə keçmiş arvadı X4 arasında sonuncunun yaşadığı evin həyətində ailədaxili münasibətlər zəmnində mübahisə baş vermiş və mübahisə zamanı Şəxs əli ilə Güllü Həsənovanın bədən nahiyəsinə vuraraq, sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döymüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi özünün və zərərçəkmiş şəxsin izahatı və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Adı çəkilən Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Bakı şəhəri, Nəsimi rayon İinə həvalə asiya İdarəsiedilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar