Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-497/2023 13.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Əliabbas oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Əliabbas oğlunun barəsində Abşeron Rayon Polis İdarəsin-dən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Əliabbas oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin sahə rəisi X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, Şəxs Əliabbas oğlu narkotik vasitə əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Abşeron RPİ-nin NMQ-nin əməliyyat müvəkkili polis kapitanı Elnur Əhmədov və CAŞ-nin ə/m polis leytenantı Məhəmməd Allahverdiyev tərəfindən xx.xx.2023-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, AAAF park y/k-nin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Bundan sonra o, əynində olan bozumtul rəngli cins şalvarının sağ yan cibindən çıxardığı bir ədəd şəffaf rəngli selofana bükülmüş içərisində tünd sarımtıl rəngli, spesifik işə malik narkotik vasitə olan marixuanaya bənzəyən kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu və onu küçədən tapdığını bildirmişdir. Təqdim edilmiş kütlə ekspertiza tədqiqatına təqdim olunması üçün tərəfimdən qablaşdırılaraq götürülmüşdür. Bununla da Şəxs Əliabbas oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Əliabbas oğlu ifadəsində bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 14:05 radələrində Xırdalan şəhəri, H.Əliyev adına parkda olan zaman bir nəfər mülki geyimli və bir nəfər formalı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Abşeron RPİ-nə dəvət etmişlər. Bundan sonra onlar birlikdə RPİ- nin inzibati binasına gəlmiş, orada olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra video çəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl ona üzərində dövriyyəsi qanunla qacfağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sual verilmiş, o isə əynində olan bozumtul rəngli cins şalvarının sağ yan cibindən çıxardığı bir ədəd şəffaf rəngli selofana bükülmüş içərisində narkotik vasitə olan marixuananı könüllü olaraq təqdim etmişdir. Bundan sonra həmin bükülü kağız zərfə qoyularaq qablaşdırılmış və zərf onun tərəfindən və orada olan digər iştirakçılar tərəfindən imzalanmış, daha sonra isə polis əməkdaşları tərəfindən götürülmüşdür. O, əlavə olaraq üzərində gəzdirdiyi narkotik vasitəni yaşadığı küçədən tapmış və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya mənəvi təzyiqlərə məruz qalmadığını qeyd etmişdir. Sonda o, törətdiyi əməldən peşman olduğunu və bir daha belə halların baş verməsinə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Əliabbas oğlunun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/244 nömrəli rəyindən görünür ki, vət. Şəxs Əliabbas oğundan götürülmüş bir ədəd sellofan torbacıqda təmiz çəkisi 0.210 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş maixuana olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏN-in Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 1035 saylı rəydən görünür ki, Şəxs Əliabbas oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, Şəxs Narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, müalicəyə ehtiyyacınm olmadığı, əhval- ruhiyyəsinin normal olduğu, Kəllə-beyin inervasiyasmm normal olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1035 nömrəli protokolundan görünür ki, Şəxs Əliabbas oğlunun müayinəsi zamanı onda narkomaniya xəstəliyinin əlamətlari aşkar edilməmişdir. Hal-Hazırda müayinə zamanı E.Mirzəyev narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Əliabbas oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs Əliabbas oğlunun törətdiyi əməli səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs Əliabbas oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Hesab edirəm ki, Şəxs Əliabbas oğluna inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliabbas oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Əliabbas oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Şəxs Əliabbas oğlu ərazi dispanserində qeydiyyata alınsın. Qərarın icrası Abşeron Rayon İcra Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliabbas oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-497/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-497/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver