Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-498/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X10, zərərçəkmiş şəxs X4 nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2002-ci ildə Sabirabad rayonu, Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Surra ərazi dairəsi, Balvar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu ərzisində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən inzibati protokol daxil olmuşdur. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli, MTT(056)-01/2022 saylı qərardadına əsasən Sabirabad Rayon Məhkəməsinin 2(056)-136/2022 saylı mülki iş üzrə qəbul olunacaq yekun qətnamə (qərardad) qanuni qüvvəsini alanadək, ərizəçi Şəxs övladı – 27.05.2020-ci il təvəllüdlü X11 həftənin 4-cü günündən növbəti həftənin 1-ci gününə qədər onunla qalmaqla ünsiyyətdə olmaq hüququ təmin edilmiş və ünsiyyətə edilmiş maneələr X6 və digər şəxslərə qadağan edilmişdir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli, MTT(056)-01/2022 saylı icra vərəqəsi 29.01.2022-ci il tarixdə şöbəyə daxil olmuş və dərhal icraya yönəldilmişdir. İcra sənədinə əsasən Sabirabad Rayon Məhkəməsinin 2(056)-136/2022 saylı mülki iş üzrə qəbul olunacaq yekun qətnamə (qərardad) qanuni qüvvəsini alanadək, ərizəçi Şəxs övladı – 27.05.2020-ci il təvəllüdlü X11 həftənin 4-cü günündən növbəti həftənin 1-ci gününə qədər onunla qalmaqla ünsiyyətdə olmaq hüququ təmin edilməsi və ünsiyyətə edilmiş maneələr X6 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Lakin borclu icra sənədini icra etməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 136/2022 saylı mülki iş üzrə qəbul olunacaq yekun qətnamə (qərardad) qanuni qüvvəsini alanadək, ərizəçi Şəxs övladı – 27.05.2020-ci il təvəllüdlü X11 həftənin 4-cü günündən növbəti həftənin 1-ci gününə qədər onunla qalmaqla ünsiyyətdə olmaq hüququ təmin edilməsi və ünsiyyətə edilmiş maneələr X6 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. X2 hazırda yaşadığı ünvanda olmadığına görə uşağı qaytarmamışdır. Uşağı südəmərdi, onu babasına və nənəsinə vermək istəmir. Onsuz da uzun müddət baba və nənənin himayəsində qalmaqla xəstələnmişdir. Həm də qeyd edir ki, uşağın atası hazırda işğaldan azad olunmuş ərazilərdə işləyir. Bundan başqa məhkəmə qətnaməsi qanuni qüvvəsini almasa da uşaq onun himayəsinə verilmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 nümayəndəsi, X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, oğlu X1 ASC-in əməkdaşıdır. Hazırda oğlu işğaldan azad olunmuş ərazilərdə aparılan yenidən qurma işləri ilə əlaqədar həmin ərazidə işləyir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-136/2022 saylı mülki iş üzrə qəbul olunacaq yekun qətnamə (qərardad) qanuni qüvvəsini alanadək, ərizəçi Şəxs övladı – 27.05.2020-ci il təvəllüdlü X11 həftənin 4-cü günündən növbəti həftənin 1-ci gününə qədər onunla qalmaqla ünsiyyətdə olmaq hüququ təmin edilməsi və ünsiyyətə edilmiş maneələr X6 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Lakin borclu icra sənədini icra etmir. Uşağı icra vərəqəsində qeyd edilən tarixdə borclu X9 qaytarmamışdır. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli, MTT(056)-01/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-136/2022 saylı mülki iş üzrə qəbul olunacaq yekun qətnamə (qərardad) qanuni qüvvəsini alanadək, ərizəçi Şəxs övladı – 27.05.2020-ci il təvəllüdlü X11 həftənin 4-cü günündən növbəti həftənin 1-ci gününə qədər onunla qalmaqla ünsiyyətdə olmaq hüququ təmin edilmiş və ünsiyyətə edilmiş maneələr X6 və digər şəxslərə qadağan edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04.09.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 18.01.2022-ci il tarixli, MTT(056)-01/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-136/2022 saylı mülki iş üzrə qəbul olunacaq yekun qətnamə (qərardad) qanuni qüvvəsini alanadək, ərizəçi Şəxs övladı – 27.05.2020-ci il təvəllüdlü X11 həftənin 4-cü günündən növbəti həftənin 1-ci gününə qədər onunla qalmaqla ünsiyyətdə olmaq hüququ təmin edilmiş və ünsiyyətə edilmiş maneələr X6 və digər şəxslərə qadağan edilməsi qət edilmişdir. Eyni zamanda hazırda mülki iş üzrə mübahisə Sabirabad Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X1 ASC-in əməkdaşıdır, o hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan yenidən qurma işləri ilə əlaqədar həmin ərazilərə uzun müddətli ezam edilmişdir. Şəxs Sadar qızı isə uşağı həm südəmər dəm də azyaşlı olduğundan nənə və babasına vermək istəmir. Beləliklə məhkəmə hesab edir ki iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-498/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-498/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver