Məhkəmə qərarları › İş №3(012)-5/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-5/2021

21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-5/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Pİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Simuzər qızının iştirakları ilə xx.xx.1990-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağsu rayonu, M.A.Əliyev küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Simuzər qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Pİ-dən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Pİ-dən daxil olmuş 12.06.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Simuzər qızı 03.01.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 və X7 işə düzəltmək adı ilə 400 və 390manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Abşeron rayon Pİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 bildirdi ki, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 icraatında olan Zərərçəkmiş şəxs1 və v Orxan Şaməddin oğlunun müraciətləri əsasında toplanmış HK-1/964 saylı material ilə müəyyən edilmişdir ki, Şəmkir şəhəri, M.Ə.Sabir küçəsi, ev 63də yaşayan Zərərçəkmiş şəxs1 ğlu və Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan X4 müraciətləri əsasında Şəmkir RPŞ-də toplanmış material ərazi aidiyyəti üzrə göndərilməklə 11.02.2020-ci il tarixdə Abşeron RPİ-nə daxil olmaqla icrası X8 həvalə olunmuşdur. Toplanmış mäterialdan görünür ki, Şəxs Kərim və Aslan adlı şəxslərin vasitəsilə Zərərçəkmiş şəxs1 400 manat, Orxan Quliyevin 390 manat pulunu dələduzluq yolu ilə keçirməklə, həmin məbləğləri Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Bol mart” mağazasının qarşısında “Kapital bank”a məxsus bankomatdan çıxarmışdır. Təhqiqatçı, polis kapitanı X5 07 mart 202-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Zərərçəkmiş şəxs1 və X4 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs gələcəkdə yeri müəyyən olunmaqla tapılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə ona göndərilmiş və Abşeron rayon Pİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində 12.06.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs1 və v Orxan Şaməddin oğlunun müraciətləri AR Baş Prokurorluğunun Korrupsiya İdarəsində və AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X16 tərəfindən araşdırılmış 07 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında onun bu fakt üzrə məlumatı olmadığı öz əksini tapmadığı üçün barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə zamanı müəyyən edildi ki, Şəmkir şəhəri, M.Ə.Sabir küçəsi, ev 63-də yaşayan Zərərçəkmiş şəxs1 və Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan X4 müraciətləri əsasında Şəmkir RPŞ-də toplanmış material ərazi aidiyyəti üzrə 11.02.2020-ci il tarixdə Abşeron RPİ-nə daxil olmaqla icrası X8 həvalə olunmuş, təhqiqatçı, polis kapitanı X5 07 mart 202-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Zərərçəkmiş şəxs1 və X4 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs gələcəkdə yeri müəyyən olunmaqla tapılaraq barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron rayon Pİ-nin İTŞ-nə göndərilmiş və polis sahə rəisi, polis mayoru X1 Məleykə Şükür qızı barəsində 12.06.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə gedişatında Zərərçəkmiş şəxs1 və v Orxan Şaməddin oğlunun müraciətləri əsasında AR Baş Prokurorluğunun Korrupsiya İdarəsində və AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X11 07 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarının olmasına dair məlumat verildiy üçün həmin orqanlara sorğular verilmiş, məlum olmuşdur ki, AR Baş Prokurorluğunun Korrupsiya İdarəsində Şəxs barəsində məlumat olmamış, AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X11 bu fakt üzrə istintaqı aparılmış cinayət işi istintaq başa çatdığı üçün Bakı şəhəri, Yasamal rayon məhkəməsinə göndırilmişdir. Həmin məhkəmədən AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X11 07 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarının surətinin Abşeron rayon məhkəməsinə göndərilməsi üçün sorğular verilmiş, qərar məhkəmədən götürülmüşdür. Həmin qərarla tanış olarkən qərarda Şəxs cinayət hadisəsində məlumatı olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Simuzər qızının barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli ücün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatlar ilə digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Simuzər qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar