Məhkəmə qərarları › İş №3(012)-503/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-503/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-503/2024 09.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP şöbəsinin xx.xx.2024-cü il tarixli qərardan şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Abşeron DYP Yol patrul Xidməti inspektoru polis baş serjantı X1 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, ZAZ VİDA SF4850 minik markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobildə guya tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmadığı üçün onu AR İXM ilə əsassız şəkildə cərimə etmişdir. O, qəti şəkildə həmin qərarı qəbul etmir. Sükan idarə mexanizminin fotoşəkilini şikayətinə əlavə etmişdir. Sükan idarəetmədə heç bir dəyişiklik olmamışdır və dükandan alınan sükandır. Azərbaycan Respublikası İXM-nin 386-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatları maddi sübutlarla, barəsində inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi protokol qərar qəbul edilərkən istinad edilən Əsas sübutlardan biridir. Lakin müvafiq halda tərtib edilmiş protokol İXM-nin tələblərinə cavab vermir. Odur ki, göstərilənləri nəzərə alaraq, haqqında tərtib olunan 1XP ******* nömrəli protokolun əsassız olduğunu, sadaladığı xüsasatların araşdırılması və haqqında qəbul edilmiş qərarın ləğv edilməsi barəsində qərar çıxartmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi.Həmçinin bildirdi ki, sükan həmin nəqliyyat vasitəsinin olmasa da, rahatlıqla avtomaşını idarə edir, sükan universal sükandır. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN Abşeron rayon DYP-nin Yol Yarul Xidmətinin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2024-cü il saat 14-54 tarixdə Zaz Vida SF4850 markalı, 10TX134 dövlət nömrə nişanlı avtomobili ilə Ceyranbatan qəsəbəsi istiqamətindən üzü Bakı şəhəri istiqamətində hərəkətdə olarkən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.1-ci maddəsi ilə 150 manat məbləğində cərimə ödənilməsi müəyyən edilmişdir. İşin məhkəmə bxışında dindirilərkən şikayətverən X2 özünün izahatında da bildirmişdir ki, sükan həmin nəqliyyat vasitəsinin olmasa da, rahatlıqla avtomaşını idarə edir, sükan universal sükandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.2.1-ci maddəsinə görə tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə nəqliyyat vasitələrinin sürücüləri yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Beləliklə,məhkəmə hesab edir ki, X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati qərardan şikayət verərək, həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP şöbəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar