Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-505/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X25, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanlarda yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD 23 yaşayış massivində qeydiyyatda olan X19 məxsus 400 manat dəyərində Redmi-10 markalı telefonu ələ keçirmişdir. 20 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış massivində qeydiyyatda olan Abbasov Hüseyn Namiq oğlunu sosial şəbəkədə ev kirayələmək adı ilə aldadaraq 100 manat pulunu ələ keçirmişdir. 20 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Abbasov Hüseyn Namiq oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X.Rza küçəsində yaşayan X4 evinin qarşısında saxladığı Toyota Prius markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin ön nömrə nişanını ələ keçirmiş və 22 manat ziyan vurmuşdur. 03 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 3 ünvanında yaşayan X18 sosial şəbəkədə onlayn kredit ilə ev kirayələmək adı altında 100 manat pulunu ələ keçirmişdir. 18 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X20 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Əliyeva Suzanna Elman oğlunu sosial şəbəkədə onlayn kredit götürməkdə ona kömək edəcəyi ilə aldadaraq 80 manat pulunu ələ keçirmişdir. 03 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri , 27-ci məhəllə, Aytac restoranın yaxınlığında olan zaman onun samsunq A52 markalı mobil telefonuna Unibank-dan sms gəlmiş və kartından 64,19 manat pulunu ələ keçirmişdir. 10 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində olan Kapital bank olan kartından təqaüdünü çıxardarkən Əliyev Hidayət paşa oğlunun 250 manat pulunun 50 manatını aldadaraq ələ keçirmişdir. 10 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X20 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, X.Rza küçəsi M.Ə.Rəsulzadə küçəsi, ev 9, mənzil 31-də yaşayan bünyatov Rəşad Dilavər oğlunun “Opel Astra” markalı **-CK-*** dövlət nömrə nişanlı avtomobilindən 22 manat dəyərində dövlət nömrə nişanını talayıb ələ keçirmişdir. 22 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X16 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Əliyev küçəsində saxladığı Chevrolet Aveo markalı avtomobilin üzərindən 90 RY-429 dövlət qeydiyyat dövlət nömrə nişanını talayıb ələ keçirmişdir. 28 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X30 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X21 ünvan 5 ünvanında saxladığı VAZ 2104 markalı 99 RL560 markalı avtomobildən 80 manat dəyərində akkumlyatorunu talayıb ələ keçirmişdir. 22 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X2 ünvan 5 ünvanında saxladığı VAZ 2106 markalı **-BM-*** markalı avtomobildən 70 manat dəyərində akkumlyatorunu talayıb ələ keçirmişdir. 22 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X17 Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Hacıyev küçəsində saxladığı VAZ 2107 markalı **-XL-*** markalı avtomobildən 30 manat dəyərində benzini talayıb ələ keçirmişdir. 17 fevral 2023-cü il tarixdə Abşeron RPİnin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X30 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X9 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Azərcity supermarketin qarşısında bankomantdan 90 manat pulunu talayıb ələ keçirmişdir. 14 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X26 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə X6 Abşeron rayonu, Masazır qəsəbəsində 15 manat nağd pulunu və 2,50 qəpik yol haqqını ödəməmklə cəmi 17,50 manat pulunu talayıb ələ keçirmişdir. 25 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X34 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yaşayan X3 aldadaraq onu işə düzəltmək adı ilə 85 manat pulunu talayıb ələ keçirmişdir. 26 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi Azər city market yaxınlığında X22 aldadaraq ona kredit düzəltmək adı ilə 120 manat pulunu talayıb ələ keçirmişdir. 09 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yaşayan X7 aldadaraq ona kirayə vermək adı ilə 100 manat pulunu talayıb ələ keçirmişdir. 18 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X30 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yaşayan X11 məxsus əl çantasından 135 saylı sərnişin avtobusundan 100 manat pulunu talayıb ələ keçirmişdir. 14 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X27 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, MD 23 yaşayış massivində yerləşən X12 məxsus evdən 90 manat dəyərində olan laqonda alətini və elektrik naqilini talayıb ələ keçirmişdir. 27 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin baş təhqiqatçısı, polis mayoru X13 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yaşayan X1 ev vermık adı ilə aldadaraq 500 manat pulunu ələ keçirmişdir. 19 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X38 protokolla eyni məzmunlu ifadə verərək Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qismən qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs ictimai işlər növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə zalından azad edilsin. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-505/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-505/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver