Məhkəmə qərarları › İş №3(012)-507/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-507/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-507/2024 29.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu, X2 Abşeron rayon Polis İdarəsinin Dövlət X8 inspektoru, polis mayoru X3 inzibati tenbeh vermə haqqında 05 mart 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Abşeron rayon Polis İdarəsinin Dövlət X8 inspektoru, polis mayoru X3 inzibati tenbeh vermə haqqında 05 mart 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair verdiyi şikayət Abşeron rayon məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində qəbul edilmiş 05 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan verilmiş şikayət ərizəsində natamamlıqlar mövcud olduğundan şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Belə ki, X2 barəsində qəbul edilmiş qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarıdır ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa X5 məhkəməyə müraciət etmiş olduğu şikayət ərizəsinin qoşma hissəsinə "şikayətin, qərarın, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, etibarnamənin və şəxsiyyət vəsiqəsinin surətləri”ndən ibarət olan sənədlərin adların qeyd etsə də, lakin sonuncu tərəfindən göstərilmiş sənədlər iş materiallarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göründüyü kimi şikayətçi X1 orqan tərəfindən çıxarılmış qərarı mübahisələndirsə də, lakin şikayət ərizəsinə qərarı və qoşma hissədə qeyd etmiş olduğu digər sənədləri əlavə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Abşeron rayon Polis İdarəsinin Dövlət X8 inspektoru, polis mayoru X3 inzibati tenbeh vermə haqqında 05 mart 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair verdiyi şikayət geri qaytarılsın. X4 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar