Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-511/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 və 4 saylı X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 və Təbii Sərvətlər İdarəsinin Abşeron rayon Masazır Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 27 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati protokol əsasında qəbul edilmiş 27 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərara əsasən Abşeron Rayon Masazır Bələdiyyəsinin sədri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati qaydada vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayev həmin qərardan Abşeron Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1655/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ilə Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayevin Azərbaycan Respublikası İXM-in 541-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat inzibati cərimə tətbiq edilməsinə dair 04 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 3(012)-1655/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 və Təbii Sərvətlər İdarəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 27 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 3(012)-1655/2021 saylı 17 noyabr 2021ci il tarixli qərarının ləğv edilməsi, inzibati materialın yenidən araşdırılıb baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14.09.2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tənbeh edilərək, 3000 manat məbləğində cərimə edilməsi barədə 27.09.2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 27.09.2021-ci il tarixli, MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Belə ki, qurum tərəfində İnzibati xətalar haqqında işlər üzrə Ç-MG/4321 saylı, 11 avqust 2021-ci il tarixli bildiriş Masazır bələdiyyəsinə 13 sentyabr 2021-ci il tarixdə saat 11.00-12.00 radələrində xüsusi poçt vasitəsi ilə təqdim edilmişdir. Bildiriş 8 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş və Masazır bələdiyyəsinə isə 13 sentyabr 2021-ci il tarixdə təqdim edilmişdir. İnzibati araşdırmaya isə 13 avqust 2021-ci il tarixə dəvət edilmişdir. Yəni keçiriləcək araşdırma bir ay keçdikdən sonra Masazır bələdiyyəsinə çağırışla bağlı bildiriş təqdim edilmişdir. Bu da AR İXM-nin 60.3-ci maddəsinin pozulması deməkdir. Məcəllədə göstərilir ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məsələ ilə bağlı inzibati protokolu tərtib edilən idarəyə prosedur qaydaların pozulması ilə tərtib edilmiş protokolla bağlı müraciət olunsa da, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi buna əhəmiyyət verməmiş və qeyd edilən tarixdə qərar isə 15 oktyabr 2021-ci il tarixdə qurum tərəfindən poçta təqdim edilmiş və 29 sentyabr 2021-ci il tarixli, 43/1183 saylı məktubla bizə göndərmiş və həmin məktub və ona əlavə edilmiş qərar 20 oktaybr 2021-ci il tarixdə Masazır bələdiyyəsinə poçt vasitəsi ilə rəsmi təqdim edilmişdir. Lakin 16 sentyabr 2021-ci il tarixdə bələdiyyəyə ünvanlanan növbəti bildirişdə isə qurumun 14 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarsız protokol tərtib etmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27.09.2021-ci il tarixli, MN ******* saylı qərar qanunsuzdur. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokolun tərtib olunması barədə Masazır bələdiyyəsinin iştirakı olmadan, xəbəri olmamış, protokolun harada, nə vaxt və kim tərəfindən tərtib edilməsi Masazır bələdiyyəsinin rəhbərliyinə məlumat verilməmişdir. Hər bir qurumun fəaliyyəti qanun və ya normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikasına bələdiyyələrin fəaliyyəti də Azərbaycan Respublikası Konstitusiyası, Qanunlar və digər normativ aktlarla tənzimlənir. Qeyd olunan Azərbaycan Respublikası Konstitusiyasının İX fəslində Yerli özünüidarələrin səlahiyyətində məişət tullantılarının, çirkab suların qarşısının alınması, məişət tullantılarının yığılması və sair bu kimi iş ilə bağlı hər hansı bir səlahiyyət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 411.1-cü maddəsinə əsasən - İnzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 414.1-cü maddəsinə əsasən - İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Bütün bunların araşdırılması tələb edildiyi halda 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi protokolu bələdiyyənin iştirakı olmadan, onu dinləmədən, baş vermiş inzibati xəta ilə əlaqədar bələdiyyə sədrini X10ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə istinad edərək 3000 manat cərimə etmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ərazidə məişət tullantılarının yığılmasını bələdiyyə aid etməyə çalışır. Lakin "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 74 saylı Qərarının 10.5-ci bəndində göstərilir ki, Bələdiyyələr tərəfindən:- bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması;- əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Göstərilən hallardan belə məlum olur ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27.09.2021-ci il tarixli, MN ******* saylı qərar qanunsuz və əsassızdır. İdarə tərəfindən göstərilən məsələlər müvafiq icra qurumlarının fəaliyyətinə aid edildiyindən Masazır bələdiyyəsi bu sahədə fəaliyyəti qanunsuzdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun barəsində tərtib etdiyi 14.09.2021-ci il tarixli, MN ******* saylı protokolda göstərilən inzibati xəta törətməmişdir. Heç bir sübut olmadığı halda barəsində inzibati protokol tərtib edilməsini və həmin protokol əsasında inzibati cərimə edilməsini əsassız hesab edir. Buna görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27.09.2021-ci il tarixli, MN ******* qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 şikayətlə eyni məzmunlu izahat verərək bildirdi ki, tərtib edilmiş protokolda və şikayətində qeyd edilən “yoncalıq” adlanan ərazi bələdiyə mülkiyyətində olmayıb xüsusi mülkiyyətdədir. Həmin əraziyə məişət tullantılarını qalaqlayan nəqliyyat vasitəsi şəxsi mülkiyyətdədir. Masazır qəsəbəsi ərazisində məişət tullantılarının toplanılması və digər gigiyena məsələləri ilə bağlı tədbirlər bələdiyənin deyil, Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyəti dairəsindədir. Bunu əsaslandırmaq məqsədilə Nofəl oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq sanitariya və gigiyena ilə bağlı məsələlərin bələdiyələrin səlahiyyət dairəsində olmadığı geniş bir şəkildə qeyd olunmuşdur. Abşeron Rayon Masazır Bələdiyəsinə qarşı qərəzli bir münasibət vardır və qısa müddət ərzində bu qədər protokolların tərtibi bu qərəzli münasibətin nəticəsidir. Əlavə olaraq bildirdi ki, qərar onların iştirakı olmadan və onlara lazımi qaydada məlumat verilmədən qəbul edilmişdir. Ona görə də şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmədə 4 saylı X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 məhkəmədə izahat verməklə bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 04.08.2021-ci il tarixində Masazır qəsəbəsində “Yoncalıq” adlanan ərazidə (İmran gölün ətrafı) xeyli miqdarda məişət tullantılarının atılaraq qalaqlanması faktı üzrə Abşeron rayon Masazır Bələdiyyəsi barəsində hüquqi şəxs qismində İXM-nin 271-ci maddəsi ilə protokol tərtib edilmiş və X5 rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 3(012)-1261/2021 saylı qərarı ilə hüquqi şəxs qismində 8000 (səkkiz min) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2021-ci il tarixli, 3(105)- 756/2021 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Masazır Bələdiyyəsi barəsində 04.08.2021ci il tarixli protokol tərtib olunan zaman eyni zamanda protokolda qeyd olunan ərazinin qanunsuz tullantılardan təmizlənməsi məqsədi ilə Masazır Bələdiyyəsinə 11.08.2021-ci il tarixli Ç-MG/4321-077 saylı məcburi göstəriş təqdim olunmuşdur. Həmin məcburi göstərişdə ərazinin təmizlənməsi üçün icra müddəti 7 gün müddətinə, ərazinin təmiz saxlanılmasına nəzarət isə daimi olaraq qeyd edilmişdir. Məcburi göstərişdə qeyd olunan müddət bitdikdən sonra həmin məcburi göstərişin icra vəziyyətini yoxlamaq məqsədi ilə əraziyə baxış keçirilən zaman məcburi göstərişin yerinə yetirilmədiyi məlum olmuşdur. Ona görə də idarənin əməkdaşı tərəfindən 14.09.2021-ci il tarixdə MN1200689 saylı protokol tərtib olunmuş, həmin protokola əsasən Bələdiyyənin sədri X2 vəzifəli şəxs qismində İXM-nin 541-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Ona görə də şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materialını araşdırıb, şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın səlahiyyətli nümayəndələrinin fikirlərini dinləyib, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 və Təbii Sərvətlər İdarəsinin Abşeron rayon Masazır Bələdiyyəsi barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 27 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 14 sentyabr 2021-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Abşeron rayon Masazır Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 27 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli Ç-M9/4321-077 saylı «X10» Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntularının aradan qaldırılması üçün Məcburi Göstərişdə qoyulmuş tələblərə əməl olunmamış və nəticədə Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 3000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X5 rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 3(012)-1261/2021 saylı qərarı ilə hüquqi şəxs qismində 8000 (səkkiz min) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2021-ci il tarixli, 3(105)-756/2021 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Məcburi göstərişdən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində “Yoncalıq” adlanan əraziyə Masazır bələdiyyəsinə məxsus **-BA-*** dövlət nömrə nişanlı MAZ markalı özüboşaldan yük avtomobili vasitəsilə məişət tullantıları boşaldılaraq qalaqlanması faktı aşkar olunmuşdur. Ona görə də Abşeron rayonu, Masazır qəsəbəsində “Yoncalıq” adlanan ərazidə qalaqlanmış məişət tullantılarının təmizlənərək aidiyyatı üzrə təhvil verilməsi və ərazinin əvvəlki vəziyyətə gətilməsinin təmin edilməsi ilə bağlı məcburi göstəriş verilmişdir. Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən X10ni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və qərarlarının yeinə yetirilməməsinə görə-vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati materialdan görünür ki, bildiriş 8 sentyabr 2021-ci il tarixdə tərtib edilib Masazır bələdiyyəsinə göndərilmiş, 13 sentyabr 2021-ci il tarixdə Abşeron rayon Masazır Bələdiyyəsinə daxil olmuşdur. İnzibati materialdan müəyyən olunur ki, Abşeron rayon Masazır Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol 14 sentyabr 2021-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 60.3-ci maddəsinin tələblərinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilməsi nəzərdə tutulduğu üçün, göstərilən halda Masazır Bələdiyyəsi barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayev barəsində MN ******* saylı inzibati tənbeh vermə qərarı, bildiriş bələdiyyəyə daxil olduqdan 14 gün sonra, yəni 27 sentyabr 2021-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, inzibati qanunvericilikdə müdafiəyə hazırlaşmaq üçün nəzərdə tutulmuş 5 gün müddətlə bağlı tələblərə riayət edilmişdir. Bununla yanaşı, məhkəmədə müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 04.08.2021-ci il tarixində Masazır qəsəbəsində “Yoncalıq” adlanan ərazidə (İmran gölün ətrafı) xeyli miqdarda məişət tullantılarının atılaraq qalaqlanması faktı üzrə Abşeron rayon Masazır Bələdiyyəsi barəsində hüquqi şəxs qismində İXM-nin 271-ci maddəsi ilə protokol tərtib edilmiş və X5 rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 3(012)-1261/2021 saylı qərarı ilə hüquqi şəxs qismində 8000 (səkkiz min) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2021-ci il tarixli, 3(105)- 756/2021 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Masazır Bələdiyyəsi barəsində 04.08.2021-ci il tarixli protokol tərtib olunan zaman eyni zamanda protokolda qeyd olunan ərazinin qanunsuz tullantılardan təmizlənməsi məqsədi ilə Masazır Bələdiyyəsinə 11.08.2021-ci il tarixli Ç-MG/4321-077 saylı Məcburi göstəriş təqdim olunmuşdur. Məcburi göstərişdə qeyd olunan müddət bitdikdən sonra həmin məcburi göstərişin icra vəziyyətini yoxlamaq məqsədi ilə əraziyə baxış keçirilən zaman məcburi göstərişin yerinə yetirilmədiyi məlum olmuşdur. Ona görə də idarənin əməkdaşı tərəfindən 14.09.2021-ci il tarixdə MN1200689 saylı protokol tərtib olunmuş, həmin protokola əsasən Bələdiyyənin sədri X2 vəzifəli şəxs qismində İXM-nin 541-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Belə ki, is materiallarına əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, həmin ərazi qanunsuz tullantılardan təmizlənməmiş, məcburi göstəriş icra olunmamışdır. Məhz həmin əsasla da bələdiyyənin sədri Rüfət Fətullayev vəzifəli şəxs qismində inzibati qaydada cərimə olunmuşdur. Məişət tullantıları atılan ərazinin yaxınlığında yaşayan sakinlər tərəfindən imzalanan 13.01.2022-ci il tarixli izahatdan və həmin tarixli videogörüntüdən də aydın olur ki, məcburi göstəriş hələ də icra olunmamışdır Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 və Təbii Sərvətlər İdarəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 27 sentyabr 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1, 135.1.1 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 və Təbii Sərvətlər İdarəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 27 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı X4 və Təbii Sərvətlər İdarəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X3 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 27 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-511/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-511/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver