Məhkəmə qərarları › İş №3(012)-516/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-516/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-516/2021 18.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə Şəxs Sadiq oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n etdim: Abşeron RPİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kındi, Ə.Vahid küçəsində yaşayan Zərərçəkmiş şəxs Şad oğlan qızını döymüş və xx.xx.2021-ci il tarixdə saat 12:10-da Abşeron rayonu, Masazır kəndi, ev 1-18 nömrəli evin qarşısındacvətəndaş Şəxs Sadiq oğlu polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİ-nin sahə rəisi Fuad Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olub-olmaması məsələləri həll edir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etdiyindən şikayət görə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar