Məhkəmə qərarları › İş №3(012)-517/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-517/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-517/2023 05.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya X6 Nazirliyi 4 saylı X5 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "Kristal AA İnşaat” Mənzil-Tikinti Kooperativinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MTK barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ekologiya X6 Nazirliyinin 4 saylı X5 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokol xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokola və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində monitorinq-araşdırma aparılan zaman Şəxs MTK tərəfindən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi kənarında aparılan yüksək mərtəbəli yaşayış binasının tikintisinin qarşısında mövcud ağacların qazıntı aparılaraq kök hissəsinə zədə vurulması ilə əlaqədar 2 (iki) ədəd diametri 20 sm olan sərv ağacının quruyaraq bioloji inkişafdan dayanması faktı aşkar edilmişdir. Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya X6 Nazirliyinin 4 saylı X5 Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya X6 Nazirliyi 4 saylı X5 Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində monitorinq-araşdırma aparılan zaman Şəxs MTK tərəfindən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi kənarında aparılan yüksək mərtəbəli yaşayış binasının tikintisinin qarşısında mövcud ağacların qazıntı aparılaraq kök hissəsinə zədə vurulması ilə əlaqədar 2 (iki) ədəd diametri 20 sm olan sərv ağacının quruyaraq bioloji inkişafdan dayanması faktı aşkar edilmişdir. Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası Ekologiya X6 Nazirliyinin 4 saylı X5 Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda həmin ağac mövcud deyil, idarənin əçəkdaşları tərəfindən çıxarılmışdır. İlkin məhkəmə iclasında Şəxs MTK-nin vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, Azərbaycan Respublikası Ekologiya X6 Nazirliyi 4 saylı X5 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN1494669 nömrəli inzibati xəta haqqında protokola etiraz edir, belə ki, həmin “İnzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə istinad edilsə də, həmin protokolun "KRİSTAL AA İNŞAAT” MTK-nə qarşı qərəzli münasibətini əks etdirməklə yanaşı, tamamilə qanunsuz və əsassızdır. 4 saylı X5 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN1494669 nömrəli inzibati xəta haqqında protokolunda guya xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində monitorinq-araşdırma aparılan zaman Şəxs MTK tərəfindən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi kənarında aparılan yüksək mərtəbəli yaşayış binasının tikintisinin qarşısında mövcud ağacların qazıntı aparılaraq kök hissəsinə zədə vurulması ilə əlaqədar 2 (iki) ədəd diametri 20 sm olan sərv ağacının quruyaraq bioloji inkişafdan dayanmasını, protokol tərtib edilən zaman 74981 nömrəli akta və fotoşəkillərə istinad edilməklə təsdiq edilmişdir. "KRİSTAL AA İNŞAAT” MTK tərəfindən ağacların köçürülməsi 4 saylı X5 Təbii Sərvətlər İdarəsinin təhrif olunmuş “sübutu”dur. Ümumiyyətlə, "KRİSTAL AA İNŞAAT” MTK-nin əməlində inzibati xəta mövcud deyildir. Çünki maddi hüquq normasına görə, ancaq qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Sonda o, yuxarıda qeyd olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsini rəhbər tutaraq, KRİSTAL AA İNŞAAT” MTK barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində monitorinq-araşdırma aparılan zaman "Kristal AA İnşaat”MTK tərəfindən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi kənarında aparılan yüksək mərtəbəli yaşayış binasının tikintisinin qarşısında mövcud ağacların qazıntı aparılaraq kök hissəsinə zədə vurulması ilə əlaqədar 2 (iki) ədəd diametri 20 sm olan sərv ağacının quruyaraq bioloji inkişafdan dayandığı, faktla bağlı da "Kristal AA İnşaat” MTK barəsində 74981 saylı akt tərtib olunmuş, ağacların bioloji inkişafdan dayanması və məhv edilməsi ilə bağlı hüquqi şəxs barəsində MN1494669 nömrəli protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, 15 aprel 2022-ci il tarixdə X4 4 saylı X5 Təbii Sərvətlər İdarəsinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən ona məxsus 0,568 ha torpaq sahəsində çoxmənzilli binanı inşa edərkən tikintinin ön hissəsində yerləşən torpaq sahəsində bərkitmə işlərinin aparılmasına baxmayaraq torpaq yaşıllaşdırma idarəsi əməkdaşlarının ağacları və qazon örtüyünü suvarması nəticəsində sürüşmə olması, yaşıllıq zolağında yerləşən diametri 18-22 sm, hündürlüyü 4-6 metr olan 3-4 illik sərv ağaclarının məhv olma ehtimalı yaranması barədə məlumat verərək onların yerinin dəyişdirilməsini 4 saylı X5 Təbii Sərvətlər İdarəsindən xahiş etmişdir. X2 ərizəsinin 4 saylı X5 Təbii Sərvətlər İdarəsinə daxil olub-olmamasına dair birinci instansiya məhkəməsinin sorğusuna İdarənin verdiyi cavabda göstərilmişdir ki, R.X.Xalıqovun ərizəsində göstərdiyi yaşıllıq zolağı onun xüsusi mülkiyyətində olmadığından bələdiyyə və yaxud müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi ona tövsiyə edilmişdir. X1 tərəfindən göndərilmiş sorğuya cavabın hansı məzmunda, hansı tarixdə verilməsi, ağacların qorunması üçün ona verilmiş tövsiyəyə (əgər verilmişsə) R.X.Xalıqovun əməl edib-etməməsi, habelə ağacların qorunması üçün 4 saylı X5 Təbii Sərvətlər İdarəsinin hansı tədbirlər görməsi aydınlaşdırılmamış, həmin cavab iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş 04 iyul 2022-ci il tarixli 4 saylı X5 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, X4 tərəfindən ekoloji rəy alınmadan tikinti işləri aparılmış, binanın 4-cü mərtəbəsi inşa edilmiş, tikinti işləri aparılan ərazi hasara alınmış,tikinti aparılan ərazinin M.Ə.Rəsulzadə küçəsi tərəfindən taxta lövhədən hasara alınan sahə daxilində hal-hazırda 13 ədəd (02 ədəd 12 sm ,7 ədəd 16 sm, 4 ədəd 20 sm diametrində) sərv ağacı, 02 (iki) ədəd 20 sm diametrində göynüc ağacı vardır, bioloji inkişafdadırlar. Ərazinin fotosuna və yerində baxış zamanı məlum olmuşdur ki, köküstə yaş halda 01 ədəd 20 sm diametrində sərv ağacı köklə birlikdə torpaqdan çıxarılaraq götürülmüşdür. Tikintinin sahibi R.Xalıqovun rəsmi izahatı akta əlavə olunmuşdur. Bununla da R.Xalıqov tərəfindən "Ətraf mühitin mühafizəsi” haqqında Qanunun 52,54,57-ci, "Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 10,13-cü və NK-nin 30.08,2016-cı il tarixli, 321 saylı qərarı ilə təsdiq edilmiş, "Yaşıllıqların götürülməsi” Qaydasının tələbləri pozulmuş və onun tərəfindən inzibati xəta törədilmişdir. Dəymiş ziyanın hesabatı NK-nin xx.xx.2016-cı il tarixli, 42 saylı qərarı ilə təsdiq olunmuş " Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydalarına əsasən hesablanmışdır”. İş materiallarına əlavə edilmiş 4 saylı X5 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 20 sentyabr 2022-ci il tarixli aktda göstərilmişdir ki, 07 iyul 2022-ci il tarixli icra müddəti 2 ay müəyyən edilmiş və X3 verilmiş məcburi göstərişin icra müddəti yoxlanılarkən R.X.Xalıqov torpaq sahəsini və tikilini "Kristal AA İnşaat” MTK-ya satdığını bildirmiş, sonuncunun nümayəndəsi bunu şifahi təsdiq etmiş,lakin yazılı hər hansı bir izahat verməmişdir. 20 sentyabr 2022-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində monitorinq-araşdırma aparılan zaman "Kristal AA İnşaat”MTK tərəfindən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi kənarında aparılan yüksək mərtəbəli yaşayış binasının tikintisinin qarşısında mövcud ağacların qazıntı aparılaraq kök hissəsinə zədə vurulması ilə əlaqədar 2 (iki) ədəd diametri 20 sm olan sərv ağacının quruyaraq bioloji inkişafdan dayanması faktı aşkar edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, "Kristal AA İnşaat” MTK-nın əməlində inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 04 iyul 2022-ci il tarixli və 20 sentyabr 2022ci il tarixli 2 akt 4 saylı X5 Təbii Sərvətlər İdarəsinin eyni əməkdaşı tərəfindən, cüzi fərqlərlə eyni məzmunda, əlyazma formasında tərtib edilmişdir. Hər iki aktda inzibati xəta törədildiyi qeyd edilmişdir. Birinci aktda inzibati xəta törədən şəxs X4 tərəfindən ekoloji rəy alınmadan tikinti işlərinin aparılması, binanın 4-cü mərtəbəsi inşa edilməsi, tikinti işləri aparılan ərazinin hasara alınması,tikinti aparılan ərazinin M.Ə.Rəsulzadə küçəsi tərəfindən taxta lövhədən hasara alınan sahə daxilində 13 ədəd (02 ədəd 12 sm ,7 ədəd 16 sm, 4 ədəd 20 sm diametrində) sərv ağacı, 02 (iki) ədəd 20 sm diametrində göynüc ağacı olması göstərilmişdir. Birinci akt əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi iş materialları ilə müəyyən edilməmişdir.İkinci aktda isə X3 verilmiş 2 aylıq məcburi göstərişin icrası yoxlanılarkən R.X.Xalıqovun artıq həmin ərazinin "Kristal AA İnşaat” MTK-ya satdığına dair şifahi izahatı və tikinti aparılan sahənin MTK-ya keçməsi barədə reyestrdən çıxarış əsas götürülərək sonuncunun İXM-nin 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarından görünür ki, "Kristal AA İnşaat” MTK-nı təmsil edən şəxs izahat verməkdən imtina etmişdir. Torpağın və tikilinin əvvəlki sahibi X3 isə 2 ağacın bioloji inkişafdan qalmasının səbəblərinin araşdırılması ilə bağlı izahat verməsi təklif edilməmiş, bu sahənin onun tərəfindən "Kristal AA İnşaat” MTK-ya saıltması barədə yalnız şifahi məlumatı nəzərə alınmışdır. Yəni inzibati xətanın R.X.Xalıqov və ya "Kristal AA İnşaat” MTK-nın qanunazidd əməli və yaxud digər səbəbdən baş verməsi 4 saylı X5 Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən hərtərəfli araşdırılmamışdır.Eyni zamanda 2 ağacın bioloji inkişafdan qalmasının kənar müdaxilə nəticəsində və ya digər səbəbdən(təbii,ekoloji) baş verməsi barədə mütəxəssis rəyi yoxdur. Həm də məhkəmədə müəyyən edilmişdir ki, həmin ağaclar da mövcud deyil, idarənin əməkdaşları tərəfindən yerindən çıxarılmışdır.2022-ci ilin aprel ayında qeyd olunan ağacların zədələnməsi barədə 4 saylı EKTSİ-nə yazılı məlumat verildikdən 4 ay sonra həmin tikinti sahəsini alqı-satqı yolu ilə almış hüquqi şəxsin təqsirliliyi barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "Kristal AA İnşaat” MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar