Məhkəmə qərarları › İş №3(012)-522/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-522/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-522/2025 24.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta barədə protokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Lənkəran şəhərində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, Anar Axundov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri,N.Zeynalova küçəsi, ev 6, mənzil 142-də yerləşən evinə 17 fevral 2025-ci il tarixdə gələrək Zərərçəkmiş şəxs təhqir etmiş və ona məxsus Xiaomi 13 pro markalı mobil telefonu oğurlayaraq çıxıb getmişdir. Məhz zərərçəkmiş şəxsin şikayəti əsasında icraat bşlanılmışdır. Qeyd edir ki, mobil telefonun məbləği 330 manat təşkil edir. Barəsində icraat aparılan şəxs telefonu oğurlamadığını və divanın künc hissəsində gizlətdiyini bildirsə də, hadisə yerinə bxış keçirmişlər və telefonun orada olmadığını müəyyən etmişlər. Odur ki, Şəxs barədə inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, bildirdi ki, o, zərərçəkmiş şəxslə qeyri-rəsmi münasibətdə olmuşdur. Aralarında yaranmış anlaşılmazlığa görə zərərçəkmişin mobil telefonunda olan şəkillərin silinməsini xahiş etmişdir. Lakin zərərçəkmiş şəxs mobil telefonda olan görüntüləri silməmişdir. Odur ki, o, mobil telefonu zərərçəkmişin evində olan divanın küncünə gizlətmişdir. Daha sonra evi tərk etmişdir. Zərərçəkmiş ona zəng edəndə o, telefonu divanın küncünə gizlətdiyini bildirmişdir. O, telefon və ya başqa bir əmlak oğurlamamışdır. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs ilə qeyri-rəsmi münasibətdə olmuşdur, daha sonra aralarnda mübahisə yaranmış və ayrılmışlar, Şəxs 17 fevral 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri,N.Zeynalova küçəsi, ev 6, mənzil 142-də yerləşən evinə gələrək onu təhqir etmiş,daha sonra o, mətbəxə keçmiş və telefon Vüqarın yanında qalmışdır, qayıtdıqdan sonra ona məxsus Xiaomi 13 pro markalı mobil telefonun Vüqar tərəfindən oğurlandığını və yerində olmadığını aşkar etmişdir. O, Vüqara zəng etmiş, Vüqar isə ona telefonu divanın küncündə gizlətdiyini bildirmişdir. Daha sonra o, şikayət etmiş və polis əməkdaşları ilə birlikdə evə baxış keçirmişlər və telefonu aşkar etməmişlər. Telefonunu Vüqar oğurlamışdır. Odur ki, barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, inzibati xətanın törədilməsində şəxsin təqsirliliyi sübut edəcək hər hansı bir mötəbər sübut yoxdur. Yalnız ehtimallara əsaslanaraq şəxsi təqsirli hesab etmək olmaz. Odur ki, Şəxs barəsində icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22 fevral 2025-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, Ələddin Alməmmədov tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. 22 fevral 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 17:00-dan məhdudlaşdırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Lakin ziyan tam ödənildiyi və zərərçəkmiş şəxslə barışması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin çıxışını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş i inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda zərərçəkmiş şəxsin şikayət ərizəsində göstərdiyi xüsusatlara istinad olunmaqla Şəxs Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri,N.Zeynalova küçəsi, ev 6, mənzil 142-də yerləşən evinə 17 fevral 2025-ci il tarixdə gələrək ona məxsus Xiaomi 13 pro markalı mobil telefonu oğurlaması göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair heç bir tutarlı və mötəbər sübut olmadan, inzibati xətanın törədilməsinə şahid olmuş hər hansı şəxsin olub-olmaması müəyyən edilmədən, yalnız zərərçəkmiş şəxsin izahatında qeyd etdiyi faktlar əsas götürülməklə Şəxs 330 manat dəyərində mobil telefonu talaması qənaətinə gəlinərək barəsində əsassız olaraq inzibati icraat başlanılmış və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən dəymiş ziyan belə dəqiq müəyyənləşdirilməmiş, ekspertiza və qiymətləndirmə rəyi alınmadan oğurlanması ehtimal edilən əşyaların qiyməti 330 manat kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar