Məhkəmə qərarları › İş №3(012)-523/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-523/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-523/2024 27.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Səfiyeva Cəmilə İbrahim qızı, X3 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 barəsində tərtib edilmiş EQ13260997 saylı, xx.xx.2023-cü il tarixli, EQ14305979 saylı, xx.xx.2023-cü il tarixli, EQ14797247 saylı, xx.xx.2023-cü il tarixli, EQ15692736 saylı, xx.xx.2023-cü il tarixli, EQ16075198 saylı, xx.xx.2023-cü il tarixli, EQ16508005 saylı, xx.xx.2023-cü il tarixli, EQ16987874 saylı, xx.xx.2023-cü il tarixli, EQ17475229 saylı, xx.xx.2023-cü il tarixli, EQ17873653 saylı, xx.xx.2023-cü il tarixli protokollar tərtib edilərək, eyni tarixli inzibati tənbeh vermə barədə qərarlardan şikayət verərək, həmin qərarları ləğv edərək, icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, şikayət qanunla müəyyən edilmiş 20 günlük müddət daxilində verilmədiyindən və həmçinin hər bir qərardan ayrı-ayrılıqda şikayət verilməli olduğundan şikayət və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.. 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 131.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olubolmamasını həll edilir. X4 tərəfindən verilmiş şikayət ərizəsinin mətnindən görünür ki, barəsində tərtib edilmiş EQ13260997 saylı, xx.xx.2023-cü il tarixli, EQ14305979 saylı, xx.xx.2023-cü il tarixli, EQ14797247 saylı, xx.xx.2023-cü il tarixli, EQ15692736 saylı, xx.xx.2023-cü il tarixli, EQ16075198 saylı, xx.xx.2023-cü il tarixli, EQ16508005 saylı, xx.xx.2023-cü il tarixli, EQ16987874 saylı, xx.xx.2023-cü il tarixli, EQ17475229 saylı, xx.xx.2023-cü il tarixli, EQ17873653 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə barədə qərarlardan qanunda nəzərdə tutulan 20 günlük şikayət vermə müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə hazırkı şikayət ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmiş, lakin müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Bundan başqa şikayət imza edilmədən məhkəməyə verilmişdir. Buna görə də hesab edirəm ki, X2 barəsində tərtib edilmiş EQ13260997 saylı, xx.xx.2023-cü il tarixli, EQ14305979 saylı, xx.xx.2023-cü il tarixli, EQ14797247 saylı, xx.xx.2023-cü il tarixli, EQ15692736 saylı, xx.xx.2023-cü il tarixli, EQ16075198 saylı, xx.xx.2023-cü il tarixli, EQ16508005 saylı, xx.xx.2023-cü il tarixli, EQ16987874 saylı, xx.xx.2023-cü il tarixli, EQ17475229 saylı, xx.xx.2023-cü il tarixli, EQ17873653 saylı, xx.xx.2023-cü il tarixli qərarlardan X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ ona izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib edilmiş EQ13260997 saylı, xx.xx.2023-cü il tarixli, EQ14305979 saylı, xx.xx.2023-cü il tarixli, EQ14797247 saylı, xx.xx.2023-cü il tarixli, EQ15692736 saylı, xx.xx.2023-cü il tarixli, EQ16075198 saylı, xx.xx.2023-cü il tarixli, EQ16508005 saylı, xx.xx.2023-cü il tarixli, EQ16987874 saylı, xx.xx.2023-cü il tarixli, EQ17475229 saylı, xx.xx.2023-cü il tarixli, EQ17873653 saylı, xx.xx.2023-cü il tarixli qərarlardan verilmiş şikayəti geri qaytarılsın. X3 tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar