Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-524/2024 27.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 14406239, xx.xx.2021-ci il tarixli EQ seriyalı 8175777, xx.xx.2022-ci il tarixli EQ seriyalı 11735747, xx.xx.2022-ci il tarixli EQ nömrəli 11738292, xx.xx.2023-cü il tarixli EQ seriyalı 13297686, xx.xx.2021-ci il tarixli EQ seriyalı 5521119, xx.xx.2021-ci il tarixli EQ seriyalı 5521117, xx.xx.2021-ci il tarixli EQ seriyalı 6820771, xx.xx.2021-ci il tarixli EQ seriyalı 6820875, xx.xx.2022-ci il tarixli EQ seriyalı 12052989, xx.xx.2022-ci il tarixli EQ seriyalı 12042778, xx.xx.2023-cü il tarixli EQ seriyalı 13584600, xx.xx.2022-ci il tarixli EQ seriyalı 9879763, xx.xx.2021-ci il tarixli EQ seriyalı 8175779, xx.xx.2023-cü il tarixli EQ seriyalı 14056080 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Həmçinin barəsində şikayət verilmiş qərarların surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarların həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan hal isə, yəni barəsində şikayət verilmiş qərarların surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 128-130cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X1 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-524/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-524/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver