Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-526/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə Abşeron rayon, X4 15.02.2021-ci il tarixli, 06/04 saylı qərarından X1 şikayətinə baxaraq, məhkəmə məyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon, X4 15.02.2021-ci il tarixli, 06/04 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. O şikayət ərizəsini belə əsaslandırmışdır ki, X4 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs X1 icarəsində olan torpaq sahəsinə görə vergi borcunun ödənilməməsi məsələsi müzakirə olunaraq vergi ödəyicisi olan fiziki şəxs X1 borc öhdəliklərinin icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi, hesablanmış borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub X4 yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi, qəbul olunmuş qərar barədə borclu şəxsə müəlumat verilməsi, icra Qərarının surətinin məlumat üçün X5nə göndərilməsi qərara alınmışdır. Belə ki, vergi ödəyicisi kimi onun icarəsində olan torpağa görə, torpaq vergisinin ödənilməsi üçün ən son 11.02.2021-ci il tarixli tədiyyə bildirişi ünvana göndərilmiş, guya onun qanunla müəyyən edilmiş müddət ərzində Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 3,8600 ha torpaq sahəsinə görə 2018-ci ildən başlayaraq 3628,40 manat torpaq, ötən dövrlər üzrə 10885,20 manat, ümumilikdə isə 14 513,60 manat borcu ödəmədiyi qeyd edilmişdir. Qeyd etməyi vacib bilirəm ki, Abşeron rayonu X5 ilə onların arasında bağlanmış 03 fevral 2011-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən o, 2,24 (iki hektar, 24 sot) olan torpaq sahəsinə illik 1 837 (bir min əskkiz yüz otuz yeddi) manat məbbləğində vergi pul ödəyir. 03 fevral 2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən isə o, 1,31 (bir hektar, 31 sot) olan torpaq sahəsinə illik 1080 (bir min səksən) manat məbləğində pul ödəyir. Həmin müqavilələr əsasənda 3 illik vergisi hesab edəndə isə ümumilikdə 8 751 (səkkiz min yeddi yüz əlli bir) manat müəyyən edilir. Onun icarəsində olan torpaq sahəsi kənd təsərrüfatlı təyinatlıdır. Bələdiyyə isə bu il üçün istifadə etmədiyi torpaq sahəsinin illik vergi pulunu əvvəlcədən ondan tələb edir. Ona görə də Bələdiyyənin ona qarşı bu iddiası şişirdilmiş bir tələbdir. O, Abşeron rayon, X4 15.02.2021-ci il tarixli, 06/04 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Abşeron rayon, X4 15.02.2021-ci il tarixli, 06/04 saylı qərarı inzibati akt sayıldığı üçün qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Məhkəmə bu səbəbdən belə nəticəyə gəlir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən şikayət ərizəsinin inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmasını məqsədəuyğun sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 132.2, 132.1.4 və Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Abşeron rayon, X4 15.02.2021-ci il tarixli, 06/04 saylı qərarından X1 şikayəti geri qaytarılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-526/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-526/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver