Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-527/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ə.Əliyev 108) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə tərtib olunmuş 12.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2də maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar belə hərəkətlərə yol verilərək 12.03.2022-ci il tarixdə saat 13.22-də ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus marketdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 yazılı izahatında göstərmişdir ki, 12.03.2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarənin (BKSİBİ) dvm X3 tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıdakı hallara görə hesab edirik ki, inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: 1. Sübutlarla əlaqədar qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sübut kimi yalnız 3 nəfər işçinin maskadan düzgün istifadə etməməsi barədə 3 ədəd fotoşəkil, DVX əməkdaşları arasında imzalanmış sərbəst akt, həmin mağazadan alınmış kassa qəbzinin surəti, 2 nəfər işçinin şəxsiyyət vəsiqələrinin surətləri və əmək müqaviləsi bildirişləri barədə məlumatlardır. Bununla da 3 nəfər işçinin maskadan düzgün istifadə etməyərək müştərilərə xidmət göstərməsinə görə hüquqi şəxs inzibati xəta törədilməsində təqsirləndirilir. Hazırki iş üzrə həmin işçilərin maskadan düzgün istifadə etməyərək obyektdə xidmət göstərməsindən hüquqi şəxsin hansısa xeyir götürməsi və ya hüquqi şəxsin hansısa marağının qorunmasına qiymət verilməli idi. Yəni hüquqi şəxsin əlavə xeyri və ya marağı ilə işçilərin maskanı düzgün taxmaqla və ya taxmamaqla xidmət göstərməsi arasında səbəbli əlaqənin mövcud olubolmaması araşdırılmalı idi. Hazırkı iş üzrə hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. 3. Hesab edirik ki, hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış ziddiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xətanı törətməyib. Hüquqi şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Yuxanda sadalanan normaların hazırkı iş üçün əhəmiyyəti hundan ibarətdir ki, işçilərin ağzında maska olmadan obyektdə olması və iş görməsi müqabilində hüquqi şəxsin hər hansısa əlavə xeyri və ya marağı qorunmur. İşçilər maska taxsa da, taxmasa da sübut kimi əlavə olunmuş qəbzdəki məhsul eyni qiymətə, vəni 3.90 (üç manat doxsan qəpik) manata satılır. Həmin işçilər əmək funksiyalarının yerinə yetirərkən, maska taxsa da, taxmasa da, eyni işi görmüş olur. Həmçinin işçilər maskanı düzgün taxsa da, taxmasada. avın sonunda ona verilən əmək haqqı evni olacaqdır. İşçinin maskadan düzgün istifadə etməməsi ilə göstərdiyi xidmət nəticəsində hüquqi şəxs hansısa konkret xeyir əldə etməsi və ya hansısa konkret marağının qorunmasına dair nə səlahiyyətli orqan protokolda belə bir əsaslandırma aparmamış, sübuta istinad etməmiş, nə də iş materiallarına belə bir sübut əlavə etməmişdir. Belə bir sübutlar mövcud deyildir. Əksinə, işçilər maska taxıb xidmət göstərməsi və ya düzgün maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında səbəbli əlaqə yoxdur. İsçinin və va vəzifəli səxsin törətdivi inzibati xətanın, İXM-nin 18.2-ci maddəsindəki ümumi və orevudisial sərtə münasibətdə hüquqi səxsin inzibati məsuliyyətinə səbəb olacaq səbəbli əlaqə yoxdur. Evni xidməti iscilər maska taxaraqda göstərə bilər. İscinin maska taxmaqla və va taxmamaqla xidmət göstərməsinin hüquqi səxsin xevri və va maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçilərin göstərdiyi xidmətin hüquqi səxsin xevrinin azalmasına və yaa maraqlarına zidd olmasına gətirib çıxarması ücün əsaslandırılma ananla bilmir. Bu cür fəalivvət məhz maska taxmadan və yalnız bu cür inzibati xətava vol verilməklə həvata keçirilməsi mümkün olsaydı, digər halda bu cür fəaliyyət mümkünsüz olsaydı və ya maska taxmadan fəaliyyət göstərmək nəticəsində hüquqi şəxs hər hansısa əlavə üstünlük və va xeyir əldə etsəvdı. onda belə bir əsaslandırma aparmaqla, hüquqi şəxsin bu xevrinin mövcudluğu sübut olunmaqla, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edə bilərdi. Bununla da işçilər maska taxmadan xidmət göstərirsə, bu hal məhz həmin işçilərin özünün inzibati məsuliyyətinə səbəb ola bilər və ya işçilərin maska taxmasına nəzarəti həyata keçirən vəzifəli şəxsin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. Hüquqi səxsin inzibati məsuliyyətə cəlb edilməsi ücün lazım olan məhz bu cür sübutetmə, məhz hüquqi şəxsə münasibətdə inzibati xəta tərkibinin bütün əlamətlərinin miiəvvən edilməsində əhəmiyyət kəsb edir. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alması hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Səlahiyyətli orqanın əməkdaşının obyektin içərisində işçilərin maskadan düzgün istifadə edib- etməməsi ilə bağlı çəkdiyi fotoşəkillər, hüquqi şəxsin İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətini yaradan sübut kimi o halda istifadə edilə bilər ki, səlahiyyətli orqan həmin sübuta istinad edib, hüquqi şəxsin hansısa xeyri əldə etməsini və ya maraqlarının qorunmasını təsdiq etsin və bundan sonra protokol tərtib edə bilər. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. 5. Bundan əlavə hazırkı iş üzrə birinci olaraq həmin fiziki və vəzifəli şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir, ya yox? Belə bir vəziyyətdə nəzərə alınmalıdır ki, İXM-in 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yəni hər hansı bir şəxsin inzibati xəta törətməkdə təqsirli bilinməsi barədə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı yoxdursa, həmin şəxsi inzibati xəta törətməkdə təqsirli bilinə bilməz. Hazırkı iş üzrə hüquqi şəxsin İXM-in 18.2.1,18.2.2,18.2.3,18.2.4cü maddələrində sadalanmış vəzifəli şəxsləri və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olmadığından, həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmuş hesab edilmir. Belə bir halda vəzifəli şəxslərinin və ya işçisinin mövcud olmayan inzibati xətasına görə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Həm də şəkildən görünür ki, işçilərinin də üzərində maskası vardır. Bu hal onu göstərir ki, işçilərin maska taxmasına nəzarət edən şəxs bu sahə üzrə öz vəzifələrini yerinə yetirib, işçiləri maska ilə təmin edib. Artıq işçilərin maskadan düzgün istifadə etməməsinə görə nə hüquqi şəxs, nə də həmin işçilərə nəzarəti həyata keçirən İXM-nin 18.2.1, 18.2.2, 18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxs məsuliyyət daşıya bilməz. 6. İşçinin maskadan düzgün istifadə etməməsi, əslində hüquqi şəxsin marağının qorunması üçün deyil, bu halda hüquqi şəxsin marağı pozulmuşdur. Hüquqi şəxsin işçilərinin fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmədən xidmət göstərməsi hüquqi şəxsin maraqlarının birbaşa pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət etmək, bu qaydalara əməl olunmasını təşkil və təmin etmək, o cümlədən nəzarət etmək həmin məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxslərinin vəzifəsi hesab edilir. İşçinin və ya həmin işçilərə nəzarət eləməli olan vəzifəli şəxsin hüquqi şəxsin maraqlarının pozuntusuna yönəlmiş inzibati xətasına görə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Hüquqi şəxs onun maraqlarının “pozulması” üçün törədilmiş inzibati xətaya görə deyil, məhz İXMnin 18.2-ci maddəsinə əsasən onun maraqlarının “qorunması” üçün törədilən inzibati xətaya görə məsuliyyət daşıya bilər. Ona görə də inzibati xəta “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməmişdirsə, hətta aşağıdakı hüquqi aktlar da hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu barədə sübutlar yoxdur. Belə bir sübut hazırkı iş üzrə mümkünsüzdür. Beləliklə, işçilərin məhz fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi ilə işçilərin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Həmçinin qeyd edirik ki, hazırkı protokol məhz hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmin protokol fiziki şəxs və ya vəzifəli şəxs barəsində tərtib edilmədiyindən, bununla da fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmadığından, hazırkı icraatın yekunu olaraq fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati tənbehvermə qərarı da qəbul edilə bilməzdi. Sonda o, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, onların nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat təqdim etməmişlər. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasım mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi halı tam sübuta yetirilir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Şəxs MMC 2021-ci ilin dekabr ayının 10-da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3535/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunaraq 1200 manat məbləğində cərimə olunmuşdur. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitarıya vəziyyətinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli Qərarına müvafiq olaraq koronavirus (COV1D-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 saylı Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s,); qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asıiı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.03.2022-ci ü tarixli Qərarına müvafiq olaraq koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xəta aşkar olunduğu zaman 2022-cı il 01 may saat 06:00-dək uzadılmışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9,1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə almır. inzibati xəta haqqında işə baxılarkən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s, nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azerbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.200 ( bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edişin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-527/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-527/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver