Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-530/2023 18.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X3 vəkili Vəkil və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi X8 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01 fevral 2023 tarixli MN № ******* saylı qərar ilə X5 Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək barəsində 2500 (iki min beş yüz) manat cərimə tənbeh növü seçilmişdir. Hesab edir ki, aşağıdakı səbəblərdən göstərilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarm qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati tənbeh vermə haqqında MN № ******* saylı 01 fevral 2023 tarixli qərarın qəbul edilməsinə səbəb 19 yanvar 2023 tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində İnzibati xəta haqqında protokolda göstərilməsi zəruri olan məlumatlar nəzərdə tutulmuşdir.Ona görə də şikayətin təmin olunması, barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 vəkili Vəkil eyni məzmunda izahat verərək bildirdi ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 275.2-ci maddəsi ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normaların pozulmasına görə şəxsi inzibati məsuliyyətə cəlb edilir. Hazırki işdə isə səlahiyyətli orqan pozuntuların yalnız birinin baş verməsini qeyd etməklə kifayətlənmişdir. Ona görə də şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi X10 bildirdi ki, vətəndaş müraciəti əvvəlcə təmsil etdiyi idarədə araşdırılmış və ölçü aparılarkən səs-küyün normadan artıq olması təsdiq olunmamışdır. Bundan sonra ünvan 1 yaşayış kompleksi, b-5, mənzil 210 ünvanda yaşayan X9 tərəfindən təkrarən yaşadığı binada təşkil olunmuş avtoyuma məntəqəsinin fəaliyyəti zamanı mənzilə daxil olan daimi səs-küydən yaranan narahatlıq barədə xx.xx.2022-ci il tarixli şikayət ərizəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-də araşdırılmışdır. Araşdırma zamanı mənzildə səs-küyün səviyyəsinin laborator tədqiqat üsullarının tətbiqi ilə müayinəsi aparılmışdır. Müayinə nəticələrinə əsasən avtoyuma məntəqəsi fəaliyyət göstərən zaman mənzildə daimi səsin səviyyəsinin 43,8 dBA ( yol verilən səviyyə 40 dBA) olması müəyyən edilmiş və protokol tərtib olunması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional Ekologiya və Təbii sərvətlər idarəsinə göndərilmiş və nəticədə müvafiq qərar qəbul olunmuşdur. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional Ekologiya və Təbii sərvətlər idarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan 76993 saylı aktdan görünür ki, P.A.İnşaat MMC- tərəfindən inşa edilmiş yaşayış binasının 5 a girişində zirzəmi sahəsində yerləşən 53,54 , 109 saylı avtomobil qarajının avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektə inzibati araşdırma ilə bağlı S.Hüseynovaya idarə tərəfindən məlumat verilmişdir. Araşdırma zamanı qeyd olunan ərazidə fəaliyyət göstərən S.Hüseynova tərəfindən “Ətraf Mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası qanunun 46-cı maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan P.A.İnşaat MMC-nin təqdim etdiyi arayışdan görünür ki, P.A.İnşaat MMC-nin inşa etdiyi yeni yaşayış binasında 5-ci giriş, zirzəmi sahəsində 53,54,109 və 110 saylı avtomobil qarajları xx.xx.2016-cı il tarixdən X4 məxsusdur və avtoyuma məntəqəsi kimi istifadəsinə etiraz etmir. İş materiasllarında olan Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciətdən görünür ki, ünvan 1 yaşayış kompleksi, b-5, mənzil 210 ünvanda yaşayan X9 tərəfindən yaşadığı binada təşkil olunmuş avtoyuma məntəqəsinin fəaliyyəti zamanı mənzilə daxil olan daimi səs-küydən yaranan narahatlıq barədə xx.xx.2022-ci il tarxli şikayət ərizəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-də araşdırılmışdır. Araşdırma zamanı mənzildə səs-küyün səviyyəsinin laborator tədqiqat üsullarının tətbiqi ilə müayinəsi aparılmışdır. Müayinə nəticələrinə əsasən avtoyuma məntəqəsi fəaliyyət göstərən zaman mənzildə daimi səsin səviyyəsinin 43,8 dBA ( yol verilən səviyyə 40 dBA) olması müəyyən edilmişdir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında 13 fevral 2009cu il tarixli 52 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq “Dream Park” yaşayış kompleksi blok 5-də təşkil olunmuş avtoyuma məntəqəsinin fəaliyyəti zamanı yaranan səs-küyün yol verilən səviyyədən yüksək olması ilə bağlı X6 müraciəti və laborator müayinələrin nəticələri aidiyyəti üzrə baxılması üçün göndərilməsi qərara alınmışdır . İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional (Ekologiya və Təbii Sərvətlər idarəsi) tərəfindən qəbul edilmiş 01 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarının məzmunundan görünür ki, səlahiyyətli orqan X3 təqsirliliyi ilə bağlı gəldiyi qənaəti əsaslandırarkən yalnız Azərbaycan Respublikası İXM-in 275.2-ci maddəmmn dispozisiyada göstərilən pozuntuların yalnız birinin (səs-küy çirklənməsinin) baş verməsmi qeyd etməklə kifayətlənilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasından görünür ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirkiənməsini müvafiq icra -hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmədə S.Hüseynova tərəfindən törədilməsi istinad edilən maddi hüququ normasının, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəliəsinin-in 275.2-ci maddəsinin dispozitiv şərtlərinin təhlil edilməsini zəruri hesab edir. Göründüyü kimi, qanunverici qeyd olunan normanın dispozisiyasında hər iki halın bir yerdə baş verdiyi halda, yəni həm vibrasiyanın, həm də səs-küy birlikdə çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarından artıq olduğu halda təqsirli şəxsin həmin maddə ilə inzibati məsuliyyət cəlb edilməsini mümkün hesab edir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən S.Hüseynova barəsində qəbul edilmiş 01 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarda ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya ilə bağlı bir cümləyə belə istinad edilməmişdir. Bununla da faktiki olaraq S.Abbasova tərəfindən törədilməsi ehtimal oiunan əməlin əlamətləri ilə İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın əlamətləri fərqli olmaqla üst-üstə düşməmişdir. Bundan başqa, məhkəmə tərəfindən öyrənilmiş inzibati xəta haqqında materiallarında həmçinin inzibati orqanın məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən təqdim edilmiş araşdırma materiallarında səlahiyyətli orqan tərəfindən ətraf mühitə və insan sağiamlığına mənfi təsir göstərən səs-küy çirklənməsinin hansı ərazidə ölçülmə aparmasına, barəsində qərar qəbul edilmiş şəxsin həmin vaxt orada iştirak etməsinə və müayinənin məhz qeyd olunan avtoyuma məntəqəsinin fəaliyyəti ilə əlaqədar olmasına dair heç bir sübut təqdim edilməmişdir. Həmçinin avtoyuma məntəqəsi və şikayət verən şəxsin mənzilinin fərqli ünvanlar olmasının səbəbi da məhkəmədə müəyyən edilməmişdir. Göstərilən hal isə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına dəlalət edir. Bundan əlavə, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilmişdir. Həmin normaların 2.3-cü bəndinə əsasən nüfuzedən səs-küyün*yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1- də verilmişdir. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolveriiən normaları Cədvəlinin 13-cü qrafasında yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilərdə gündüz vaxtı maksimal səviyyə 70 dBA, gecə vaxtı 60 dBA müəyyən edilmişdir. Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional (Ekologiya və Təbii Sərvətlər idarəsi) həmin avtoyuma məntəqəsinin yerləşdiyi ərazinin yaşayış binaları qruplarına aid olmaqla, qeyd edilən cədvəlin 16-cı qrafasına aid olması barədə hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmədə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş səs və titrəmənin 296 saylı müayinə aktından görünür ki, şikayətçi X6 ünvan 1” yaşayış kompleksi, Blok 5, mənzil 210 ünvanında səsin səviyyəsi 43,8 dBA olmuşdur. Beləliklə, qanunun sadalanan tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-530/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-530/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver