Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-532/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş "xxxx" MMC-nin direktoru Nümayəndə iştirakı ilə, X4 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-nin direktoru Nümayəndə verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru Nümayəndə şikayət ərizəsini məhkəmə iclasında müdafiə edib bildirmişdir ki, DƏMX-nin xx.xx.2025-ci il tarixli. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola və İnzibati Xəta haqqında işin digər materiallarına baxaraq, guya X2 xx.xx.2025ci il tarixdən bu günkü tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi ARƏM-də nəzərdə tutulmuş qaydalara hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilmədən cəlb edilmişdir. Protokolda adı qeyd olunan X2 xx.xx.2024-cii il tarixdən etibarən şirkətlərində eyni tarixli müqavilə ilə işləməyə başlamışdır. İşçi üçün Qarabağ və Şərqi Zəngəzur abadlaşdırma işlərində iştirak ilə bağlı icazə alınmış və oradakı tikinti quraşdırma işlərinə cəlb edilmişdir. xx.xx.2025-ci il tarixində işçinin əmək müqaviləsinə öz xahişi ilə və qarşılıqlı razılıq yolu ilə xitam verilmişdir. Lakin işçinin işğaldan azad olunmuş ərazilərə giriş icazəsi texniki xəta səbəbindən ləğv olunmamışdır. Nəticədə əmək müqaviləsinə xitam verildiyi halda işçinin işğaldan azad olunmuş ərazilərə giriş icazəsi qüvvədə qalmışdır. İşçi ilə aralarında olan müqaviləyə xitam verildiyi tarixdən onunla aralarında heç bir əmək münasibəti olmamışdır. Qeyd etdiklərini işçi özü də təsdiq edə bilər. Tam əminliklə şirkətlərinin iş prosesi zamanı işçilərin əmək müqaviləsi olmadan işlədilməsi halı heç bir zaman olmamışdır. DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə 3000 manat məbləğində cərimə olunmağı qanunsuz və əsassızdır. Əmək Müfəttişliyi Xidməti bu işi araşdırmadan tələm-tələsik belə bir cərimə yazmışdır. Bu səbəbdən əsassız yazılmış cərimə məhkəmə tərəfindən ləğv edilməlidir. Abşeron rayon, Oobu qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə qanunvericiliyin tələbinə yörə yaşadığını və qeydiyyatda olduğu yerin məhkəməsində baxılmalıdır. İnzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Müddəti ötürməmişdir. DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 23 iyul 2025-ci il tarixə, saat 16:00-a təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs X4 Xidməti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında X4 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X4 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respubliaksı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən X1 əmək müqaviləsinə xitam verilmişdir. X2 tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə yazılmış izahatdan görünür ki, xx.xx.2025-ci il tarixində "xxxx" MMC-də tutduğu vəzifəsindən öz xahişi ilə azad edilmiş və Qarabağ bölgəsini tərk etmişdir. Həmin tarixdən etibarən "xxxx" MMC ilə heç bir əmək münasibəti olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(104)-3121/2025 saylı qərarından görünür ki, hüququ şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)- 1579/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Nümayəndə barəsində X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru Nümayəndə barəsində araşdırma aparılan zaman barəsində icraat aparılan şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmamış, həmin ərazidə monitorinq (yoxlama) keçirilməsinə zərurət olub olmaması göstərilməmiş, həmçinin inzibati xətanın mövcudluğu barədə məlumatın əldə edilməsi mənbəyi və üsulu göstərilməmiş, direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. 135.1.1-cı maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru Nümayəndə barəsində olan inzibati iş üzrə sübutlar təqdim etmək hüququ məhdudlaşdırıldığından və iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün X4 Xidmətinə geri göndərilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. "xxxx" MMC-nin direktoru Nümayəndə inzibati xəta törətməsinə dair materiallar yenidən araşdırılması üçün X4 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(012)-532/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-532/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver