Məhkəmə qərarları › İş №3(012)-533/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-533/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-533/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24864827 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 24864827 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarı ləğv etməklə, həmin inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə xx.xx.2024-cü il tarixində EQ24864827 nömrəli qanunsuz inzibati xəta haqqında protokol/elektron qərar tərtib edilmişdir. Həmin inzibati xəta haqqqında protokolla/elektron qərarla o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmiş və 3 cərimə balı tətbiq edilmişdir. İXMnin 327.2-ci maddəsi ilə müəyyən edilmiş “giriş qadağandır” yol nişanının tələblərini pozmadığı halda, barəsində İXM-nin tələbləri pozulmaqla tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli inzibati xəta haqqında protokol/elektron qərar ləğv edilməlidir. Belə ki, protokolda qeyd olunan tarixdə “Yol hərəkəti haqqında” Qanunun hər hansı bir tələbi tərəfindən pozulmadığı halda, qanunsuz və tam əsassız olaraq barəsində İXM-nin 327.2-ci maddəsi ilə EQ24864827 nömrəli protokol/elektron qərar tərtib edilmişdir. Göründüyü kimi, barəsində qeyd olunan tarixdə tərtib edilmiş EQ24864827 nömrəli protokolun/elektron qərarın heç bir hüquqi qüvvəsi yoxdur və beləliklə “Yol hərəkəti haqqında” Qanunun və Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla tərtib edildiyindən həmin elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli protokoldan/elektron qərardan elektron qaydada İXM-nin 126.1-ci maddəsinin tələbinə əsasən, ilk dəfə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 327.2-ci maddəsi ilə qanunsuz tərtib edilmiş EQ24864827 nömrəli inzibati xəta haqqında protokolun/elektron qərarın ləğv edilməsini, əks təqdirdə həmin qanunsuz qərardan məhkəməyə şikayət verə bilməyi üçün qərarın surətini ona rəsmi qaydada təqdim edilməsini və ya elektron poçtla (vekil.faigkazimov@gmail/com e-mail ünvanına) göndərilməsini xahiş etmişdir. Eyni zamanda DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixində ərizə ilə elektron qaydada müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 144.1-ci və digər maddələrinin tələblərini rəhbər tutaraq, barəsində elektron qaydada şikayət verdiyi xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli inzibati xəta haqqında protokola/elektron qərara baxılanadək həmin qərarın icrasının İXM-nin 144.1-ci maddəsində nəzərdə tutulmuş qaydada dayandırılmasının təmin edilməsini və qəbul ediləcək qərardad barədə ona yazılı şəkildə məlumat verilməklə, həmin qərardadın rəsmi qaydada təqdim edilməsini və ya elektron poçt ünvanına (vekil.faigkazimov@gmail/com e-mail ünvanına) göndərilməsini xahiş etmişdir. Lakin barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli protokoldan/elektron qərardan xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə verdiyi ilkin şikayətinə və eləcə də İXM-nin 144.1-ci maddəsində nəzərədə tutulmuş qaydada qərarın icrasının dayandırılması barədə ilkin ərizəsinə (vəsatətinə) baxılmamışdır. Bundan sonra o, xx.xx.2025-ci il tarixində yenidən (təkrarən) Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 327.2-ci maddəsi ilə qanunsuz tərtib edilmiş EQ24864827 nömrəli inzibati xəta haqqında protokolun/elektron qərarın ləğv edilməsini, əks təqdirdə həmin qanunsuz qərardan məhkəməyə şikayət verə bilməyi üçün qərarın surətini ona rəsmi qaydada təqdim edilməsini və ya elektron poçtla (vekil.faigkazimov@gmai1/com e-mail ünvanına) göndərilməsini xahiş etmiş, eyni zamanda həmin tarixli başqa bir şikayətilə, barəsində elektron qaydada şikayət verdiyi xx.xx.2024- cü il tarixli, EQ24864827 nömrəli inzibati xəta haqqında protokola/elektron qərara baxılanadək həmin qərarın icrasının İXM-nin 144.1-ci maddəsində nəzərdə tutulmuş qaydada dayandırılmasının təmin edilməsini və qəbul ediləcək qərardad barədə ona yazılı şəkildə məlumat verilməklə, həmin qərardadın rəsmi qaydada təqdim edilməsini və ya elektron poçt ünvanına (vekil.faigkazimov@gmail/com e-mail ünvanına) göndərilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli protokol/elektron qərarla bağlı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı nə xx.xx.2024-cü il tarixli şikayətinə və ərizəsinə, nə də ki, sonradan təkrarən verdiyi xx.xx.2025-ci il tarixli şikayətlərinə sonuncu tərəfindən bugünədək baxılmamış və nəticəsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Bildirmək istəyir ki, barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli protokoldan/elektron qərardan ilk dəfə xx.xx.2024-cü il tarixində və sonradan xx.xx.2025-ci il tarixində təkrar verdiyi şikayətlərə Azərbaycan Respublikası DİN- nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bugünədək baxılmamaqla “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri də pozulmuşdur. Əlavə olaraq məhkəmənin diqqətinə onu da xüsusilə çatdırmaq istəyir ki, barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli protokoldan/elektron qərardan Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə, yəni 20 gün müddətində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası DİN -nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nə bugünədək onun xx.xx.2024 -cü il tarixli, nədə ki, təkrarən sonradan verdiyi xx.xx.2025-ci il tarixli şikayətlərinə baxılmamış, bununla yanaşı barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli protokolun/elektron qərarın surəti də ona təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qeyd edir ki, barəsində xx.xx.2024-cü il tarixində tərtib edilmiş və hazırda elektron informasiya sistemində aktiv statusda olmaqla üzərinə hər gün üçün 1% -lə dəbbə pulu hesablanan qanunsuz EQ24864827 nömrəli elektron qərardan məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məlumat üçün bildirir ki, barəsində qanunsuz tərtib edilmiş və icrası bugünədək dayandırılmamış həmin qərara bu müddət ərzində əsassız dəbbə pulu da hesablanmışdır ki, hazırda cərimənin ümumi məbləği 135 manat təşkil edir. Məhkəmənin nəzərinə bir daha çatdırmaq istəyir ki, xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli elektron qərardan verdiyim ilkin (xx.xx.2024 tarixli) və təkrar (xx.xx.2025 tarixli) şikayətlərimə bugünədək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində baxılmamış, inzibati orqan tərəfindən şikayətləri üzrə obyektiv və ədalətli araşdırmanın təmin edilməsi üçün mən inzibati orqana bugünədək dəvət edilməmiş, mənim iştirakımla elektron sistem vasitəsilə qanunsuz qeydə alınmış inzibati xəta ilə bağlı görüntülərə (foto, video görüntülərə), eləcə də inzibati xəta haqqında iş üzrə digər materiallara baxılmamışdır. Əlavə olaraq onu da qeyd edir ki, şikayətlərində barəsində qanunsuz və əsasısz olaraq xx.xx.2024-cü il tarixində tərtib edilmiş EQ24864827 nömrəli inzibati xəta haqqında elektron qərarın surətinin ona təqdim edilməsi və ya e -mail ünvanına (vekil.faigkazimov@gmail/com e-mail ünvanına) göndərilməsi xahiş edilsə də, bügünədək həmin mübahisəli elektron qərarın surəti Azərbaycan Respublikası DİN -nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ona təqdim edilməmişdir. Bütün bunlar bir daha barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24864827 nömrəli inzibati xəta haqqında elektron qərarın əsassız və qanunsuz olduğunu sübut edir. Belə olduğu təqdirdə də, hesab edir ki, həmin elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, EQ 24864827 saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənəddə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, həmin maddə üzrə təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu hal göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24864827 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24864827 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar