Məhkəmə qərarları › İş №3(012)-541/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-541/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-541/2024 28.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib edən: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)-4367/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2500 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 45 manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı X1 xeyrinə tutulması qət edimişdir. Borclu tərəfimizdən icra şöbəsinə dəvət olunaraq, könüllü icra barədə qərar ona təqdim edilmişdir. Borclu tərəfindən ona verilmiş vaxt ərzində heç bir ödəniş edilmədiyi üçün barəsində axtarış qərarı verilmişdir. Qeyd olunan icra sənədi üzrə borc hazırda 2545 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, bildirdi ki, hazırki vaxtadək iş tapmaqda çətinlik çəkdiyi üçün borcundan ödəniş edə bilməmişdir, Növbəti aydan rəsmi olaraq işə başlayacağını və ödənişləri vaxtlı-vaxtında ödəyəcəyini bildirərək, himayəsində 2 azyaşlı uşağının olmasını qeyd etməklə, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron rayon məhkəməsinin 2(012)-4367/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 2500 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 45 manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı X1 xeyrinə tutulması qət edimişdir. xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli qərar əsasən Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixdə Şəxs icra sənədində göstərilən tələb təmin edilməzsə barəsində protokol tərtib ediləcəyi barədə xəbardarlıq edilmişdir. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş və icra işində olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Abşeron rayon məhkəməsinin 2(012)-4367/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə öhdəliyin qərəzli olaraq qəsdən yerinə yetirilməməsi və üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və himayəsində azyaşlı uşaqlarının olması onun yüngülləşdirən hal kimi nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən tam və ya qismən icra etməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi və icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Beləliklə məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, himayəsində olan azyaşlı övladlarını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün olduğundan onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar