Məhkəmə qərarları › İş №3(012)-542/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-542/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-542/2023 02.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, "xxxx" MMC-nin vəkil -nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə tərtib olunan 13 mart 2023-cü il tarixli, 00100-00689/23 nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın Abşeron rayonu, Hökməli ŞTQ ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN:**********) tərəfindən törədilməsi faktı, aparılmış gömrük nəzarəti tədbirləri zamanı gömrük orqanı tərəfindən aşkar edilərək bu hal Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən 13 mart 2023-cü il tarixli, 00100-00689/23 nömrəli inzibati xəta haqqında protokolu ilə rəsmiləşdirilmişdir. "AZ Texnika LTD” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş protokol və digər iş materialları aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron rayon məhkəməsində 12 may 2023-cü il tarixdə baxılmış və məhkəmə tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə 3(012)-542/2023 saylı Qərar qəbul edilmişdir. Qərardan verilmiş şikayət əsasında Sumqayıt Apellyasiya məhkəməsinin qərarı ilə iş üzrə Abşeron rayon məhkəməsində 12 may 2023-cü il tarixli qərarı ləğv olunmuş və iş yenidən araşdırılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Həmin protokol və sənədlərdən görünür ki, Abşeron rayonu, Hökməli ŞTQ ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Almaniyadan daxil olmuş səhnə üçün dekorasiyalar yükü **********9121, **********9120 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyənnamələri ilə xx.xx.2013-cü il tarixədək 1(bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilmişdir. Sonuncu dəfə 2013-cü il tarixdə "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında həmin malların müvəqqəti idxal müddəti xx.xx.2014-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursundan çıxarışlardan görünür ki, **********9121,**********9120 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2014-cü il tarixi müəyyən edilmişdir.Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2014-cü il tarixində bitməsinə baxmayaraq **********9121,**********9120 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük proseduranda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir.**********9121 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 117404,27 manat, **********9120 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən yükün ümumi dəyəri 104048,52 manat, ümumilikdə isə "xxxx" MMC tərəfindən 2 bəyannamə üzrə müvəqqəti idxal xüsusi gömrük prosedura altında yerləşdirilmiş sözügedən malların ümumi dəyəri 221452,79 manat təşkil edir. Araşdırma zamanı "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanılmış 00100-00689/23 nömrəli inzibati xəta haqqında iş üzrə aparılacaq prosessual hərəkətlərdə iştirak etməsi məqsədilə "xxxx" MMC-nin ünvanına 1400-013/0xx-xx/000892 nömrəli xx.xx.2023-cü il tarixli və 1400-013/0xx-xx/001889 nömrəli xx.xx.2023-cü il tarixli məktublar ünvanlanmış, lakin çağırış üzrə sözügedən MMC-dən Bakı Baş Gömrük İdarəsinə heç bir nümayəndə gəlməmiş və gəlməmələrinin səbəbi barədə Təhqiqat Şöbəsinə heç bir məlumat verilməmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Tahir Əliyev məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, MMC olaraq onların fəaliyyəti kənd təsərrüfatı texnikalarının gətirilməsi ilə bağlıdır, Səhnə dekorasiyalarının onlara aidiyyatı yoxdur.Bu əvvəlki rəhbərliyin fəaliyyəti ilə bağlı bir məsələdir. Məhkəmədə ona qarşı bir neçə mülki iddialar qaldırılmışdır. Belə bir malın gətirilib-gətirilməməsi ilə bağlı onlarda məlumat yoxdur. MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur, lakin xəta olsa belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan məhkəmənin 12 may 2023-cü il tarixli iclas protokolundan görünür ki,inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 inzibati xəta protokolunun məzmununa uyğun izahat vermişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək, Apellyasiya Məhkəməsinin göstərişlərinə əməl edərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən, Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 6.2-ci bəndinə əsasən malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. İnzibati xəta protokolunun məzmunundan və işin materiallarından görünür ki, Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/000509 saylı xx.xx.2023-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Hökməli ŞTQ ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) ünvanına Almaniyadan daxil olmuş səhnə üçün dekorasiyalar yükü **********9121, **********9120 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2013-cü il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə 2013-cü il tarixdə "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında həmin malların müvəqqəti idxal müddəti xx.xx.2014-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********9121 və **********9120 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2014-cü il tarixi müəyyən edilmişdir.Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2014-cü il tarixində bitməsinə baxmayaraq **********9121, **********9120 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş "xxxx" MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Hökməli ŞTQ ünvanında qeydiyyatda olan "AZ Texnika LTD” MMC-nin (VÖEN:**********) ünvanına Almaniyadan daxil olmuş səhnə üçün dekorasiyalar yükü **********9121, **********9120 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2013-cü il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Sonuncu dəfə 2013-cü il tarixdə "AZ Texnika LTD” MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında həmin malların müvəqqəti idxal müddəti xx.xx.2014-cü il tarixədək uzadılmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********9121, **********9120 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2014-cü il tarixi müəyyən edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi Abşeron rayonu, Hökməli ŞTQ ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) ünvanına Almaniyadan daxil olmuş səhnə üçün dekorasiyalar yükü **********9121, **********9120 sorğu nömrəli xx.xx.2012-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2013-cü il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir, yəni ölkəyə daxil olarkən gömrükdən gizlədilməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********9121, **********9120 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2014-cü il tarixi müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə və işin faktiki hallarına uyğun olmuş və "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Göründüyü kimi, inzibati xəta protokol tərtib edən şəxsə xx.xx.2013-cü il tarixdə və daha sonra müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2014-cü il tarixdə məlum olduğu halda, hazırki xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti də məhz xx.xx.2014-cü il tarixdən hesablanmaqla bir il müddətində inzibati xəta protokolu tərtib olunmalı idi. Ötən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş səhnə dekorasiyaları ilə bağlı protokol tərtib olunmamasının Bakı Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixədək 1 (bir) il müddətində, həmin tarixdən sonrakı müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsindən daha bir illik müddətdə də inzibati protokol tərtib etməli olduğu halda, bunu etməyib inzibati xəta faktının xx.xx.2023-cü il tarixdə aşkar olunması və bu əsasda inzibati xəta protokolunu tərtib etməsini məhkəmə inandırıcı və ağlabatan hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 04 ay keçənədək verilə bilər. Həmçinin, həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan baş verməsini istinad etdiyi inzibati xətanın niyə uzun müddət keçdikdən sonra aşkarlanmasını inzibati xəta protokolunda və protokola əlavə edilən sənədlərdə izah etməyə çalışsa da,yuxarıda qeyd edilənlərdən göründüyü kimi inzibati xətanın baş vermə anının məhz xx.xx.2014-cü il tarixdən sonrakı bir il müddətində olması açıq-aşkar protokol tərtib etməli olan şəxs Bakı Baş Gömrük İdarəsinə məlum idi Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta hadisəsi xx.xx.2014-cü il tarixdə inzibati xəta protokolu tərtib etməli olan şəxsə məlum olub bir il müddətində protokol tərtib etməli olduğu halda, bunu etməyib öz hərəkətsizliyi ilə süni şəkildə xətanı uzanan inzibati xətaya çevirmək görüntüsü yaratmasında barəsində inzibati xəta tərtib edilən şəxsin təqsiri olmadığından inzibati xəta protokolu üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında şərh olunmuşdur ki, “Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntular” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər”. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında şərh olunmuşdur ki, “İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İşin məhkəmə baxışında barəsində inzibati xəta protokolu tərtib olunan şəxsin nümayəndəsi isə , gömrük bəyannaməsində göstərilən malların hazırda harada olması, qaytarılıb qaytarılmamasının onlara məlum olmadığını və bunun MMC-nin əvvəlki rəhbərliyinin fəaliyyəti ilə bağlı olduğunu, MMC-nin isə səhnə dekorasiya avadanlığı deyil, kənd təsərrüfatı texnikası idxalı ilə məşğul olduğunu bildirsə də, işin materialları ilə onun izahatı təkzib olunur. Bundan başqa, iş materiallarında Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində başlanılmış 00100-00689/23 nömrəli inzibati xəta haqqında iş üzrə aparılacaq prosessual hərəkətlərdə iştirak etməsi məqsədilə "xxxx" MMC-nin ünvanına 1400-013/0xxxx/000892 nömrəli xx.xx.2023-cü il tarixli və 1400-013/007- 24/001889 nömrəli xx.xx.2023cü il tarixli məktubların ünvanlanması göstərilsə də, həmin məktubların rəsmi olaraq göndərilməsini təsdiq edən sənəd işə əlavə edilməmiş, lakin bu halı barəsində inzibati xəta protokolu tərtib edilən şəxs mübahisələndirməmişdir. Hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalara aiddir.Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olsa da iş üzrə xx.xx.2014-cü il tarixdən hazırki vaxtadək 9 ilə yaxın müddət keçmişdir. Bu səbəbdən "xxxx" Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC tərəfindən törədilmiş İXM-in 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar