Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-543/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd oğlunın sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi iştirakları ilə, X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 14 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 14 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X2 Abşeron rayonu, A.Gürdək qəsəbəsi ərazisində olan 0,0644 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi inşa edilməklə torpaq sahəsi təyinatından kənar istifadə olunduğundan İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 244.2-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək səhhəti ilə bağlı olaraq prosesdə iştirak edə bilməyəcəyini bildirərək, qərarın onun iştirakı olmadan qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası barədə tərəflər məlumatlandırılmışdırlar. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 iyun 2022-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Abşeron rayonu A.Gürdək kəndi ərazisində monitorinq keçirilmiş, monitorinq zamanı həmin ərazidə X2 mülkiyyətində olan 0,0644 hektar torpaq sahəsində yaşayış məntəqəsi torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, torpaq sahəsinin təyinatına uyğun istifadə olunmaması müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: • məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: - kənd təsərrüfatı təyinatlı torpaqlar; - yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; - xüsusi qorunan ərazilərin torpaqları; - meşə fondu torpaqları; - su fondu torpaqları; - ehtiyat fondu torpaqları (9-cu maddənin 2-ci hissəsi); • torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir (10-cu maddənin 3-cü hissəsi); • torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (12-ci maddənin 1-ci hissəsi); • kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (13-cü maddənin 2-ci hissəsi). Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə görə qurğu - müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndiskommunikasiya təminatı sistemləri və sairə), müvəqqəti tikili isə - torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili hesab edilir (3.0.12 və 3.0.16-cı maddələr). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyəti müəyyən edir. X2 İnzibati Xətalar Məcəlləsinin 244.2 -ci maddəsilə təqsirli bilinməsinə dair qərarda isə onun Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə görə qərar qəbul edilmişdir. Həm də məhkəmədə və mübahisəli torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, barəsində protokol tərtib olunan şəxsin mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinə göndərilməlidir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə təqsirli bilinib, 600 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində qəbul edilmiş 14 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinə göndərilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-543/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-543/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver