Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-543/2024 28.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon İcra şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Ləriş bağları, ev 5424-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxası, S.Əsgərova küçəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 hektar torpaq sahəsinə dair Şəxs ilə X4 arasında bağlanmış, 26 saylı Bakı şəhəri Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli afqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin torpaq sahəsində Zərərçəkmiş şəxs payı 2/3 hissədə, Şəxs payı isə 1/3 hissədə müəyyən edilməlidir. Zərərçəkmiş şəxs həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli özbaşına tikiliyə köçürülməlidir. Zərərçəkmiş şəxs və X9 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilməlidir. X9 və X2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş çıxarış ləğv edilməlidir. Zərərçəkmiş şəxs məxsus 1 ədəd Ağ rəngli yataq dəsti (çarpayı, şkaf, termo) - 4500 manat, 1 ədəd Künc divanı 1200 manat, 1 ədəd Lüstur 500 manat, 5 ədəd Xalça (iran) 2500 manat, 1 ədəd ət çəkən maşın 250 manat, 1 ədəd şirəçəkən maşın 180 manat, 1 ədəd apelsin çəkən maşın 90 manat, 1 ədəd Kokteinika 180 manat, 6 Dəst (Bıçaq, çəngəl) - 380 manat, 24 Qaşıq dəsti (gümüş) 500 manat, çay dəsti (12 nəfərlik) (Fincan, boşqab, tort qabı, çaynik) 1800 manat, 12 Madonna nahar dəsti 400 manat, 2 ədəd Xrüstal qənd qabı 160 manat, 1 ədəd Xrüstal gül qabı 270 manat, 1 ədəd Xrüstal meyvə qabı 250 manat, 1 ədəd Xrüstal ləpə qabı 170 manat, 2 ədəd Fosfor ləpə qabı 90 manat, 1 ədəd Gümüşü kofe dəsti 80 manat, 12 Lepka güldan 100 manat, 6 Lepka araq dəsti (Fincan və bakal) 220 manat, 12 Ağ güllü nahar dəsti 450 manat, 1 ədəd Elektrik samovar çaynik 280 manat, 1 ədəd Od somavarı 180 manat, 1 ədəd 2 nəfərlik döşək 80 manat, 2 ədəd 1 nəfərlik döşək 80 manat, 2 ədəd yorğan 150 manat, 1 ədəd Çəhrayı rəngli pokrival 45 manat, 1 ədəd krem rəngli pokrival 250 manat, 3 ədəd yataq dəsti (işlənməmiş) 270 manat, 1 ədəd Mətbəx dəsti (Stol, stul) 1275 manat, 5 ədəd Böyük dəsmal 100 manat, 10 ədəd əl-üz dəsmalı 50 manat, 5 ədəd çay dəsmalı 100 manat, 1 ədəd Soba 220 manat, 3 ədəd Güllü qazan dəsti 380 manat, 3 ədəd Çuqun qazan dəsti 600 manat, 2 ədəd Tefal tava 170 manat, 1 ədəd Ütü 180 manat, 1 ədəd Ütü stolu 120 manat, 2 ədəd Mərmər dəst (Saat və şamdan) 950 manat, 1 ədəd Samsung markalı tozsoran 270 manat, 1 ədəd Qızılı gül qabı 70 manat, 2 ədəd Duz qabı (qədimi) 70 manat, 24 nəfərlik Xrüstal stəkan dəsti 200 manat, 24 nəfərlik Xrüstal nəlbəki dəsti 200 manat, 12 nəfərlik göy kobalt nəlbəki 80 manat, 10 nəfərlik qonaq dəsti (Termo, rəf, stol, stul) 20000 manat - cehiz əşyaları və habelə birgə nikah dövründə əldə edilmiş, uşaqlara məxsus 1 ədəd Göy rəngli uşaq mebel dəsti 1000 manat, 1 ədəd Uşaq üçün motoskl 280 manat, 1 ədəd Qız üçün velosiped 280 manat, 1 ədəd Uşaq üçün matorlu maşın 750 manat, 2 ədəd Uşaq üçün skuter 440 manat, 1 ədəd Oğlan üçün velosiped 90 manat, 3 ədəd Samokat (göy, yaşıl, çəhrayı rəngli) 180 manat, 2 ədəd Uşaq üçün pastel dəsti (qız) 240 manat, 3 ədəd Uşaq üçün pastel dəsti (oğlan) 540 manat, 2 ədəd Uşaq üçün matras 240 manat, 3 ədəd Uşaq üçün adyal 210 manat, 2 ədəd Uşaq otağı üçün pərdə 600 manat, həmin əşyalar, onlar olmadığı halda isə onların dəyərləri Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra şöbəsinin icra məmuru X11 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcluya bildirişlər göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Rəsulov X10 Rayon Məhkəməsinin 2(012)-283/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəblərdən bu günədək icra etməmişdir. Borclu bildirmişdir ki, icra sənədində qeyd olunan əşyaların bir qismi tələbkar tərəfindən götürülüb, lakin bunu sübut edən hər hansı sənəd təqdim edə bilmir. İcra sənədində qeyd olunan və ümumi dəyəri 45190 Manat məbləğində təşkil edən əşyalar isə mövcud deyil. Bundan başqa həmin əşyaların tələbkar Zərərçəkmiş şəxs tərəfindən alınmasını sübut və təsdiq edən hər hansı bir sənədlər mövcud deyildir. Hal-hazırda 45190 Manat məbləğində borcun ödənilməsi borcludan tələb edilmiş və həmin borcu üzrsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, iş üzrə borclu Şəxs tərəfindən ona hal-hazırkı vaxta qədər heç bir məbləğ ödənilməmişdir. Borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir, icra sənədində göstərilən əmlaklar mövcud deyildir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 hektar torpaq sahəsinə dair Şəxs ilə X4 arasında bağlanmış, 26 saylı Bakı şəhəri Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli afqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin torpaq sahəsində Zərərçəkmiş şəxs payı 2/3 hissədə, Şəxs payı isə 1/3 hissədə müəyyən edilməlidir. Zərərçəkmiş şəxs həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli özbaşına tikiliyə köçürülməlidir. Zərərçəkmiş şəxs və X9 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş, qeydiyyat nömrəsi ********** olan çıxarış ləğv edilməlidir. X9 və X2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş çıxarış ləğv edilməlidir. Zərərçəkmiş şəxs məxsus 1 ədəd Ağ rəngli yataq dəsti (çarpayı, şkaf, termo) - 4500 manat, 1 ədəd Künc divanı 1200 manat, 1 ədəd Lüstur 500 manat, 5 ədəd Xalça (iran) 2500 manat, 1 ədəd ət çəkən maşın 250 manat, 1 ədəd şirəçəkən maşın 180 manat, 1 ədəd apelsin çəkən maşın 90 manat, 1 ədəd Kokteinika 180 manat, 6 Dəst (Bıçaq, çəngəl) - 380 manat, 24 Qaşıq dəsti (gümüş) 500 manat, çay dəsti (12 nəfərlik) (Fincan, boşqab, tort qabı, çaynik) 1800 manat, 12 Madonna nahar dəsti 400 manat, 2 ədəd Xrüstal qənd qabı 160 manat, 1 ədəd Xrüstal gül qabı 270 manat, 1 ədəd Xrüstal meyvə qabı 250 manat, 1 ədəd Xrüstal ləpə qabı 170 manat, 2 ədəd Fosfor ləpə qabı 90 manat, 1 ədəd Gümüşü kofe dəsti 80 manat, 12 Lepka güldan 100 manat, 6 Lepka araq dəsti (Fincan və bakal) 220 manat, 12 Ağ güllü nahar dəsti 450 manat, 1 ədəd Elektrik samovar çaynik 280 manat, 1 ədəd Od somavarı 180 manat, 1 ədəd 2 nəfərlik döşək 80 manat, 2 ədəd 1 nəfərlik döşək 80 manat, 2 ədəd yorğan 150 manat, 1 ədəd Çəhrayı rəngli pokrival 45 manat, 1 ədəd krem rəngli pokrival 250 manat, 3 ədəd yataq dəsti (işlənməmiş) 270 manat, 1 ədəd Mətbəx dəsti (Stol, stul) 1275 manat, 5 ədəd Böyük dəsmal 100 manat, 10 ədəd əl-üz dəsmalı 50 manat, 5 ədəd çay dəsmalı 100 manat, 1 ədəd Soba 220 manat, 3 ədəd Güllü qazan dəsti 380 manat, 3 ədəd Çuqun qazan dəsti 600 manat, 2 ədəd Tefal tava 170 manat, 1 ədəd Ütü 180 manat, 1 ədəd Ütü stolu 120 manat, 2 ədəd Mərmər dəst (Saat və şamdan) 950 manat, 1 ədəd Samsung markalı tozsoran 270 manat, 1 ədəd Qızılı gül qabı 70 manat, 2 ədəd Duz qabı (qədimi) 70 manat, 24 nəfərlik Xrüstal stəkan dəsti 200 manat, 24 nəfərlik Xrüstal nəlbəki dəsti 200 manat, 12 nəfərlik göy kobalt nəlbəki 80 manat, 10 nəfərlik qonaq dəsti (Termo, rəf, stol, stul) 20000 manat - cehiz əşyaları və habelə birgə nikah dövründə əldə edilmiş, uşaqlara məxsus 1 ədəd Göy rəngli uşaq mebel dəsti 1000 manat, 1 ədəd Uşaq üçün motoskl 280 manat, 1 ədəd Qız üçün velosiped 280 manat, 1 ədəd Uşaq üçün matorlu maşın 750 manat, 2 ədəd Uşaq üçün skuter 440 manat, 1 ədəd Oğlan üçün velosiped 90 manat, 3 ədəd Samokat (göy, yaşıl, çəhrayı rəngli) 180 manat, 2 ədəd Uşaq üçün pastel dəsti (qız) 240 manat, 3 ədəd Uşaq üçün pastel dəsti (oğlan) 540 manat, 2 ədəd Uşaq üçün matras 240 manat, 3 ədəd Uşaq üçün adyal 210 manat, 2 ədəd Uşaq otağı üçün pərdə 600 manat, həmin əşyalar, onlar olmadığı halda isə onların dəyərləri Şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək araşdırma zamanı belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş, nəticədə onun tələbkara 45190 (qırx beş min bir yüz doxsan) manat məbləğində pul vəsaiti borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun, zərərçəkmiş şəxsin izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 18:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-543/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-543/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver