Məhkəmə qərarları › İş №3(012)-546/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-546/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-546/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil qızının iştirakları ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Məhkəməyə daxil olmuş MN1341021 saylı, 31.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 21.01.2022-ci il tarixdə Şəxs ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən mağazasının şüşəsini sındıraraq ona 200 manat dəyərində maddi ziyan vurmaqla o, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş şəxs barəsində inzibati protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 21.01.2022-ci il tarixdə Şəxs ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən mağazasının şüşəsini sındıraraq ona 200 manat dəyərində maddi ziyan vurmaqla inzibati xəta törətmişdir. Abşeron Rayon Polis İdarəsinin TŞ-nin sübutların cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2021-ci il tarixli qərarına əsasən Şəxs oğlunun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında özünü təqsirli bilməyərək göstərdi ki, A|lmaz Verdiyevanı təxminən 3 il əvvəl onun həmin vaxtlar yataq xəstəsi olan anasına baxıcılıq edən zaman tanımışdır. Həmin vaxtdan Almazın ona ödədiyi xidmət haqqında 55 manat borcu qalsa da, hazırkı vaxta qədər Almaz bu pulu verməmişdir. 2021-ci il tarixdə o, “Qurtuluş-93” y/k-nin həyətində təsadüfən Almazla rastlaşmış, sonuncu isə yaxınlıqda paltar mağazası işlətdiyini bildirərək onun mobil telefon nömrəsini almışdır.Həmin ilin dekabrında o, Almazın işlətdiyi mağazaya getmiş və orada bir köynək görüb bəyənmiş və onu almaq qərarına gəlmişdir. Bundan sonra o, 35 manat dəyərində olan həmin köynəyi nisyə almağa Almazla razılaşmış və 15 gün sonra pulu verəcəyinə söz vermişdir. Təxminən 2 gün sonra o, həmin puldan 15 manatın Almaza göndərmiş və özünə zəng edərək qalan 20 manatı da yaxın zamanda verəcəyini demişdir. 21.01.2022-ci il tarixdə, saat 14:30 radələrində o, qalan borcunu ödəmək üçün tanışı Pərvanə ilə birlikdə Almazın işlətdiyi mağazaya getmiş və içəriyə daxil olan zaman Almaz oraya gəldiyi üçün ona irad bildirmiş və dərhal dükanı tərk etməsini tələb etmiş və bu səbəbdən mübahisə yaranmışdır. Mübahisənin daha da genişlənməməsi üçün çıxıb qapını bağlamaq istəyən zaman əli qapının şüşəsinə dəyib sınmışdır. Bundan sonra Almaz onun barəsində polisə şikayət edəcəyini bildirmiş, o isə oradan çıxıb getmişdir. Sonda o, hadisənin məhz bu cür cərəyan etdiyini, həmin vaxt Almazı söyübtəhqir etmədiyini və onun hər hansı bir formada hədələmədiyini bildirib qapı üzərində olan şüşəni isə qəsdlə deyil ehtiyatsızlıqdan sındırdığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masazır qəsəbəsi, “Yeni ünvan 2 ünvanında yerləşən obyekti icarə əsasında işlədir və orada paltar satışı ilə məşğul olur. Təxminən 1 ay əvvəl tanıdığı Şəxs onun işlətdiyi mağazaya müştəri qismində gələrək ondan 35 manat dəyərində qadın köynəyini nisyə almış və aldığı malın pulunu 5 günə verəcəyinə söz vermiş, lakin Azadə vəd etdiyi vaxta pulu ödəmədiyindən o, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək borcun ödənilməsini xahiş etmiş, Azadə isə 10.01.2022-ci il tarixə qədər ondan yenidən möhlət istəmişdir. Buna baxmayaraq Azadə bu dəfə də pulu vermədiyindən o, yenidən onunla əlaqə saxlamış, bu dəfə isə Azadə həmin ayın 19-na qədər vaxt istəmişdir. O da öz növbəsində bununla razılaşmış, lakin Azadə 19.01.2022-ci il tarixdə də borcunu gətirib verməmişdir. Bundan sonra o, Azadəyə zəng etsə də, zənglərə cavab verməmişdir.Buna görə də o, ümumi tanışları olan Pərvanə adlı qadına zəng edərək məlum hadisəni danışmış və satdığı malı Azadədən alıb ona qaytarmasını xahiş etmişdir. 21.01.2022-ci il tarixdə saat 14:30 radələrində Azadə Prəvanə ilə birlikdə onun iuşlətdiyi mağazaya gələrək heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlədərək onunla mübahisə etməyə başlamış və mağazanın giriş qapısı üzərində olan şüşəni yumruqla vurub sındırmışdır. Sonda o, hadisə nəticəsində ona 200 manat məbləğində maddi ziyan dəydiyini əsas gətirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil qızı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmçinin bu Məcəllənin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İş materillalrından görünür ki, Şəxs sözügedən mağazanın giriş qapısının şüşəsini vurub sındırmaqla Zərərçəkmiş şəxs 200 manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Zərərçəkmiş şəxs xeyrinə 200 (iki yüz) manat vurulmuş ziyan tutulsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar