Məhkəmə qərarları › İş №3(012)-55/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-55/2021

05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-55/2021 05.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 3(012)-55 /2021 Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan, H. Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-2039/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən kreditor Bank of Baku ASC-yə 466 manat 45 qəpik məbləğində əsas borcu, 4 manat 45 qəpik faiz borcu, ümumilikdə 470 manat 9 qəpik məbləğində borc və 20 manat dövlət rüsumu, 2(012)-6017/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs X6 olan 550 manat borcunu , 2(012)-2917/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X6 olan 200 manat borcunu, 2(012)-466/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs14980 manat və 30 manat dövlət rüsumu X7 olan borcunu ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirdi ki, borclu Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-2039/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən kreditor Bank of Baku ASC-yə 466 manat 45 qəpik məbləğində əsas borcu, 4 manat 45 qəpik faiz borcu, ümumilikdə 470 manat 9 qəpik məbləğində borc və 20 manat dövlət rüsumu, 2(012)-6017/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs X6 olan 550 manat borcunu, 2(012)-2917/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X6 olan 200 manat borcunu, 2(012)-466/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs14980 manat və 30 manat dövlət rüsumu X7 olan borcunu odəmədiyi üçün xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, o, yaranmış borclardan bu vaxtadək heç bir ödəniş etməmişdir və borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda heç bir yerdə işləmədiyini və borcunu imkanı olmadığından ödəmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-2039/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, borclu Şəxs kreditor Bank of Baku ASC-nin xeyrinə 466 manat 45 qəpik məbləğində əsas borcu, 4 manat 45 qəpik faiz borcu, ümumilikdə 470 manat 9 qəpik məbləğində borc və 20 manat dövlət rüsumunun ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-6017/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Şəxs X4 xeyrinə 550 manat borcunun ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-2917/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Şəxs X4 xeyrinə 200 manat borcunun ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin 2(012)-466/2018 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Şəxs 14980 manat borcunun və 30 manat dövlət rüsumunun X5 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsində müvafiq qətnaməyə dair iş üzrə icraata başlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2020-ci il, saat 16:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar