Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-55/2025 19.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Abşeron rayonu Qobu Bələdiyyəsinin ümumi şöbə müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 549.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayonu Qobu Bələdiyyəsinin ümumi şöbə müdiri barəsində Azərbaycan Respublikasının İXM-nin 549.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ümumi şöbə müdiri Şəxs vətəndaş Sahab İmaməliyevin müraciətinin araşdırılması üzrə inzibati araşdırmaya maneçilik törədir, çağırışlara gəlməkdən imtina edir. Şəxs məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Regional Ədliyyə İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq və məhkəmə iclasında səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməmə səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, məhkəmə iclasının inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ümumi şöbə müdiri Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM- nin 549.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Abşeron rayonu, Qobu Bələdiyyəsinin ümumi şöbə müdiri Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Sumqayıt Regional Ədliyyə İdarəsinin Abşeron rayonu, Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfova ünvanlandığı müraciətdən görünür ki, vətəndaş Sahab İmaməliyevin Ədliyyə Nazirliyinə daxil olmuş müraciətinin araşdırılması və müraciətdə qeyd olunan məsələlərə aydınlıq gətirilməsi məqsədilə Qobu bələdiyyəsində ümumi şöbənin müdiri vəzifəsində çalışan Şəxs şəxsiyyətini təsdiq edən sənədlə birlikdə xx.xx.2024-cü il tarixdə saat 10:00-da Sumqayıt Regional Ədliyyə İdarəsinə gəlməsi bildirilir. Əks təqdirdə barəsində İXM-nin 549.1-ci maddəsi üzrə məhkəməyə müraciət olunacağı bildirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələblərinə əsasən, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ümumi şöbə müdiri Şəxs vəzifəli şəxsdir. Buna görə də o, vəzifəli şəxs kimi inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən, Abşeron rayonu, Qobu Bələdiyyəsinin ümumi şöbə müdiri Şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Abşeron rayon Qobu Bələdiyyəsinin ümumi şöbə müdiri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(012)-55/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-55/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver