Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-550/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, “ Hyundai Accent” markalı ** VB *** d.n.n-lı avtomaşını etibarnamə əsasında idarə edir. 19.01.2022-ci il tarixdə saat 08:40 radələrində o iş yoldaşı X3 ilə birlikdə onun idarə etdiyi avtomaşınla Saray qəsəbəsi, “Təzə yol” adlandırılan ərazi ilə üzü Saray qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olan zaman anidən idarə etməni itirmiş, nəticədə avtomaşın yolun sağ kənarına doğru hərəkət etmiş və boşluq torpaq sahəyə düşərək hərəkəti tam olaraq dayandırmışdır. Bundan sonra yoldan keçən şəxslərin köməkliyi ilə avtomaşını hərəkətə gətirmişdir. Lakin həyəcanlı olduğu üçün hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat verməyinə baxmayaraq oradan uzaqlaşaraq getmişdir. Daha sonra sərnişin Bircəni evinə düşürtmüşdür. Hadisə zamanı o heç bir xəsarət almamışdır. Avtomaşının ön bamperi, sağ qanadı və sağ yan güzgü zədələnmişdir. Avtomaşınında texniki nasazlıq, yük olmamışdır. Hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermişdir. Sonda o, etdiyi əməl üzrə özünü təqsirli bilərək onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmişş şəxs Abşeron DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. İş materiallarında olan 05.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 19.01.2022-ci il tarixdə saat 08:40 radələrində albalı rəngli “Hyundai Accent” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs Abşeron rayonu, Saray qəsəbəsi, “Təzə yol” adlanan ərazi ilə üzü Saray qəsəbəsi istiqamətində saatda 60-70 km/saat sürətlə hərəkətdə olan zaman manevr etmə qaydaların pozmaqla idarəetməni itirmiş və nəticədə sözü gedən avtomaşın yolun sağ kənarına doğru hərəkət etməklə boşluq torpaq sahəsinə düşərək hərəkəti tam olaraq dayanmışdır. Baş vermiş hadisə nəticəsində "Hyundai Accent” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin X1 dərəcəli xəsarət almışdır. İş materiallarında olan 28.01.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 19.01.2022-ci il tarixdə saat 08:40 radələrində albalı rəngli “Hyundai Accent” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs Abşeron rayonu, Saray qəsəbəsi, “Təzə yol” adlanan ərazi ilə üzü Saray qəsəbəsi istiqamətində saatda 60-70 km/saat sürətlə hərəkətdə olan zaman manevr etmə qaydaların pozmaqla idarəetməni itirmiş və nəticədə sözü gedən avtomaşın yolun sağ kənarına doğru hərəkət etməklə boşluq torpaq sahəsinə düşərək hərəkəti tam olaraq dayanmışdır. Baş vermiş hadisə nəticəsində "Hyundai Accent” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin X1 dərəcəli xəsarət almışdır. Ona görə də Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 263.1maddəsinin tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. 28.01.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda qeyd olunmuş məhkəmə Tibbi Ekspertizasının 24.01.2022-ci il tarixdə verilmiş 107 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü X2 məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun üstü nahiyənin əzilmiş yarası ilə müşayiət olunan, burun sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişməyən sınığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 19.01.2022-ci il tarixdə salonunda olduğu minik, avtomaşın digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.8-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə özünü təqsirli bilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci, 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-550/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-550/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver