Məhkəmə qərarları › İş №3(012)-551/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-551/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-551/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Hüseyn qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili “Ədalət” vəkil bürosunun vəkili X2, inzibati xəta törətmiş şəxs "xxxx" MMC-nin direktoru X5 nümayəndəsi və vəkilləri “BHM və Partnyorları” vəkil bürosunun vəkili Vəkil və “KERMUR İxtisaslaşdırılmış vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin 12.04.2019-cu il tarixli, 12T/HR saylı Zərərçəkmiş şəxs ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, Zərərçəkmiş şəxs "xxxx" MMC-də Hüquq Departamentinin Rəhbəri vəzifəsinə bərpa edilməsi, "xxxx" MMC-dən məcburi iş buraxmaya görə Zərərçəkmiş şəxs işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pul alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. "xxxx" MMC-nin direktoru X6 həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə icra məmuru X11 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 verdiyi izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı icra vərəqəsi 24.09.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. "xxxx" MMC-nin direktoru X1 zidd hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu "xxxx" MMC-nin direktoru X6 icra vərəqəsi icraya yönəldiyi vaxtdan icra vərəqəsinin tələblərini yerinə yetirməmişdir. Tələbkar müxtəlif orqanlara şikayət edərək icra vərəqəsini icra etməyi təkidlə tələb etsə də borclu borcunu ödəmir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X3 vəkili Nümayəndə verdiyi izahatında göstərdi ki, hazırkı işə Abşeron Rayon Məhkəməsində baxılarkən tələbkar Zərərçəkmiş şəxs borclunun 25 saylı 18.12.2018 tarixli əmrinin ləğv edilməsi tələbindən imtina etmədiyini və guya Sumqayıt Apellyasiya Məhkəməsi 28.10.2020 tarixli qərardadında bu barədə yanlış qənaətə gəlindiyini bildirmişdir. Zərərçəkmiş şəxs qeyd edilən iş üzrə o 25 saylı 18.12.2018 tarixli əmrin ləğv edilməsi tələbi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçı Zərərçəkmiş şəxs Yazəf qızının cavabdeh "xxxx" MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(012)- 982/2019 saylı qətnaməsindən iddiaçı Zərərçəkmiş şəxs və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, 2(105)-131/2022 saylı 17.05.2022 tarixli qətnamə qəbul etmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, iddiaçı məhkəmədən onun şərəf və ləyaqətini alçaldan məhkumluğu barədə yəqin olmayan məlumatları şirkətin daxili informasiya vasitəsi ilə, kvartal iclas zamanı və ExCo (icraçı komitə) iclaslarında elan edilməklə təkzib etmək üçün cavabdehin üzərinə vəzifə olaraq qoyulması, cavabdehdən onun xeyrinə 300.000 (üç yüz min) manat miqdarında dəymiş mənəvi zərərin əvəzinin tutulması, vakant hüquqşünas vəzifəsini 3 ay müddətində icrasına görə qanunvericiliyə uyğun olaraq əlavə ödənişin məbləğinin hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması, 132 saylı, 08 dekabr 2016-ci il tarixli və 02/a saylı, 14 fevral 2017-ci il tarixli etibarnamələr əsasında "xxxx" MMC-nin Baş direktor vəzifəsinin 2016-2017-ci il ərzində icra etdiyi üçün əlavə ödənişin məbləğinin məhkəmə tərəfindən hesablanması və hesablanan məbləğin "xxxx" MMC tərəfindən ödənilməsinin təmin olunmasını xahiş edir. Ona görə də, onun şərəf və ləyaqətini alçaldan məhkumluğu barədə yəqin olmayan məlumatları şirkətin daxili informasiya vasitəsi ilə, kvartal iclas zamanı və Exco (icraçı komitə) iclaslarında elan edilməklə təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə 300.000 manat miqdarında mənəvi zərərin tutulması, cavabdehin ona vurduğu maddi ziyanın məbləğininmüəyyən olunması və ona ödənilməsinin təmin olunması, cavabdehin hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, 18.12.2018-ci il tarixli qanunsuz əmrinin ləğv edilməsi, onun bütün vəzifə səlahiyyətlərinin qaytarılması, elektron ünvanının bərpa edilməsi, cəmiyyətin Lotus, Monolit, Carlsberg Sharepoint, My Carlsberg informasiya sistemlərinə giriş və istifadə hüququnun bərpa edilməsi, qanunsuz olaraq əldə edilən ona aid məhkəmə qərarının ona qaytarılması, cavabdehdə və onun tərəfindən verilən üçüncü şəxslərdə həmin qərarın elektron və kağız üzərində olan bütün surətlərinin məhv edilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaçı Zərərçəkmiş şəxs iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-də 07.12.2016-ci ildən 07.12.2018-ci ilə qədər müddətdə cavabdehin Baş direktoru vəzifə tarif maaşının 12688 (on iki min altı yüz səksən səkkiz min) manat olaraq müəyyən olunması və ona həmin müddət üçün hüquq departamentinin rəhbərinin əmək haqqı məbləği və baş direktorun əmək haqqı arasında olan fərqin və ödənişin hər gecikdirildiyi günə görə 1% cərimənin məhkəmə tərəfindən hesablanması və ona “Yapı Kredi” bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, 03.12.2018-dən 07.12.2018-ci il tarixədək iddiaçının iş yerinə buraxılmaması və həmin müddət üçün ona ödənilməyən əmək haqqı məbləğindən və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimə məbləğində 2422.5 manat maddi ziyanın ona Yapı Kredi bankındakı **********371057 saylı əməkhaqqı kartına köçürülməklə ödənilməsinin təmin edilməsi, onun iş günü olmayan bayram və istirahət günlərində işlədiyi günlərə görə ödənilməyən əlavə əmək haqqının və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin hesablanmasının vəzifə olaraq cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması və ödənilməsi, onun Yapı Kredi bankındakı **********371057 saylı əmək haqqı kartına köçürülməklə təmin edilməsi, iddiaçıya iş vaxtından artıq işlədiyi saatlara görə əmək haqqına əlavənin məbləği və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin hesablanmasının vəzifə olaraq cavabdeh "xxxx" MMC-nin üzərinə vəzifə olaraq qoyulması və ödənilməsi, onun “Yapı Kredi” bankındakı **********371057 saylı əmək haqqı kartına köçürülməklə təmin edilməsi, 01.08.2017-ci ildə vəzifə dəyişiklikliyi nəticəsində Hüquq İşlər üzrə Departament Rəhbəri vəzifəsinə təyin olunmasından sonra rəhbər vəzifəsi və menecer vəzifəsi arasındakı ödənilməyən 133 626.5 (yüz otuz üç min altı yüz iyirmi altı manat əlli qəpik) məbləğində əmək haqqı və ödənişin gecikdirildiyi hər gün üçün ödənilməyən məbləğin 1 % cərimənin cavabdeh "xxxx" MMC tərəfindən onun “Yapı Kredi” bankındakı **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin təmin olunması, qanun pozuntusu nəticəsində ona cavabdeh "xxxx" MMC-dən 10000 (on min) manat məbləğində mənəvi ziyanın ödənilməsinin, onun "xxxx" KB ASC-də olan AZ14UBAZ**********1010AZN001 əmək haqqı hesabına təmin edilməsi, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində 01 aprel 2019-ci il tarixdə "xxxx" MMC-nin işçilərinə bonus siyasətinə əsasən ödənilməsi nəzərdə tutulan, lakin ona naməlum və qərəzli şəkildə ödənilməyən 2018-ci iş il üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin və ödənilməyən hər gün üçün 1% cərimə məbləğinin hesablanması və onun Yapı Kredi bankındakı **********371057 saylı əmək haqqı kartına köçürülməklə ödənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Buradan açıq-aşkar görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi növbəti dəfə təsdiq etmişdir ki, tələbkar Zərərçəkmiş şəxs onun əmək müqaviləsinə ixtisarla əlaqədar xitam verilməsi barədə 25 saylı 18.12.2018 tarixli əmrin ləğv edilməsi tələbindən imtina etmişdir. Tələbkarın həmin iddia tələbindən imtinası onun qeyd edilən əmrlə razılaşması kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd edilən məhkəmə aktı bird aha təsdiq edir ki borclunun 25 saylı 18.12.2018 tarixli əmri hal-hazırda qüvvədədir. Belə olan halda borclu obyektiv üzürlü səbəblərdən tələbkarı vəzifəsinə bərpa edərək ona orta əmək haqqını ödəmək imkanından məhrumdur. Tələbkar 25 saylı 18.12.2018 tarixli əmrin ləğvi tələbindən imtina etdikdə bu hüquqi nəticələri dərk etməli idi. Maltsev üzürlü səbəbdən məhkəmə qərarını qismən icra etmişdir. Qalan hissədə məhkəmə qərarının icra olunmasına tələbkarın barəsində çıxarılmış 25 saylı 18.12.2018 tarixli əmr mane olur. Tələbkar bu əmrlə razılaşmışdır. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi qəsdən törədilən inzibati xəta üçün məsuliyyəti nəzərdə tutur. V.O.Maltsevin belə bir qəsdi olmamışdır. Bu fakt sübuta yetirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında “BHM və Partnyorları” vəkil bürosunun vəkili Vəkil verdiyi izahatında “KERMUR İxtisaslaşdırılmış vəkil bürosunun vəkili Nümayəndə izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəkili “Ədalət” vəkil bürosunun vəkili X2 verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tələbkar, "xxxx" MMC-nin borclu olduğu icra işi üzrə borclu "xxxx" İ MMC-nin direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən inzibati xəta haqqında 27.10.2021-ci il tarixli, MN №li ******* saylı protokol tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 3(012)-1662/2021 saylı qərarı ilə "Carlsberg Azerbaijan” MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat inzibati cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 15.03.2022-ci il tarixli, 3(105)-19/2022 saylı Qəran ilə "Carlsberg Azerbaijan” MMC-nin direktoru X3 apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 3(012)- 1662/2021 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün materialın Abşeron Rayon Məhkəməsinə, yeni məhkəmə baxışma göndərilməsi qərara alınmışdır. Həmin qərarda apellyasiya məhkəməsi qeyd etmişdir ki: “...Yəni "Carlsberg Azerbaijan” MMC-nin M. Y. Tağıyevanın işdən azad edilməsinə dair 12 aprel 2019-cu il tarixli., 12T/HR saylı əmrinin ləğvi barədə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra vərəqəsi 17 sentyabr 2021 il tarixdə qüvvəyə minib icraya yönəldilən tarixdən on ay on bir gün əvvəl 18 dekabr 2018-ci il tarixli 25 saylı əmrin icrası qaydasında M. Y.Tağıyevanın 15 yanvar 2019-cu ıl tarixdən işdən azad edilməsi barədə digər əmr verilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin icra vərəqəsinin icra olunmamasını "xxxx" MMC-nin bununla əlaqələndirməsinə baxmayaraq birinci instansiya məhkəməsi bu xüsüsatları araşdırıb müvafiq hüquqi qiymət verməmişdir. ” Aşağıda qeyd edilənlərə əsasən, qanuni qüvvədə olan məhkəmə qətnaməsini qərəzli surətdə icra etməyən borclu "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh verilməsinə dair qərar qəbul edilməlidir. Belə ki, 27.10.2021-ci il tarixli, MN № ******* saylı Protokol tərtib edilərkən X9 tərəfindən izahat verilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsini (icra sənədini) icra etməkdən imtina etdiyini acıq-askar bildirmiş və bu imtinasını “əsaslandırmaq” üçün heç bir hüquqi əsası olmayan, ziddiyyətli və qeyri-ciddi “dəlillərə” istinad etmişdir. Belə ki, X9 icra məmurunun “Belə olan halda möhkəmə qətnaməsini icra etməməyinizin səbəbini izah edin? ” sualına cavabında bildirmişdir ki: 18.12.2,018-ci il tarixdə müəssisəmiz tərəfindən hüquq departamentinin ştatlarının ixtisar olunması haqqında 25 nömrəli əmr verilmişdir. Həmin əmirə əsasən Zərərçəkmiş şəxs əmək müqaviləsinə 15.01.2019-cu il tarixdən xitam verilməli idi, lakin Zərərçəkmiş şəxs həmin əmirdən Abşeron rayon məhkəməsinə iddia ərizəsi verərək həmin əmirin ləğv edilməsini xahiş etmiş və eyni zamanda işə mahiyyəti üzrə baxılanadək həmin əmrin icrasını dayandırılmasını xahiş etmişdir. 24.12.2018-ci il tarixdə Abşeron rayon məhkəməsi qərardad vermişdir ki, 25 nömrəli əmrimizin icrası işə mahiyyəti üzrə baxılanadək dayandırılsın. Bu səbəbdən Zərərçəkmiş şəxs 15.01.2019-cu il tarixdən sonra da müəssisəmizdə işləməyə davam etmişdir. Həmin dövürdə ona bir dəfə şiddətli töhmət verilərək sonuncu xəbərdarlıq elan edilmiş və təkrarən əmək intizamı pozduqda 12.04.2019-cu il tarixli əmirlə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndiə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs sonuncu əmri də məhkəmədə mübahisələndirmişdir. 12.04.2019cu il tarixli əmrin ləğv olunması haqqında Zərərçəkmiş şəxs iddiası təmin edilmiş və bununla bağlı icra vərəqəsi icra şöbəsinə daxil olmuş, lakin Zərərçəkmiş şəxs 18.12.2018-ci il tarixli əmrin ləğv edilməsi tələbindən məhkəmədə imtina etmiş və həmin əmirlə razılaşmışdır. Bu barədə Sumqayıt Apelyasiya Məhkəməsi 28.10.2020-ci il tarixdə qərardad qəbul etmişdir. Həmin qərardadla 18.12.2018-ci il tarixli əmrin icrasının dayandırılması haqqında iddianı təmin etmə tədbiri ləğv edilmiş və müəssisəyə izah olunmuşdur ki, 18.12.2018-ci il tarixli 25 nömrəli əmri icra edə bilərik. onlarda eyni tarixdə əmr verərək 18.12.2018-ci il tarixli əmri icra edib Zərərçəkmiş şəxs əmək müqaviləsinə 15.01.2019-cu il tarixdən xitam verdik. Beləliklə 12.04.2019-cu il tarixli əmir öz əhəmiyyətini itirdi çünki eyni şəxslə əmək müqaviləsini iki dəfə xitam verilməsinə heç zərurət yoxdur. Bir halda ki, M. Tağıyevanın əmək müqaviləsi 18.12.2018ci il tarixli əmirə əsasən xitam olunubsa və Zərərçəkmiş şəxs bununla razılaşıbsa deməli 12.04.2019-cu il tarixli əmrin ləğv olunması onun işə bərpa olunması üçün kifayət etmir. Göründüyü kimi, borclu müəssisənin direktoru icra sənədinin icrasından imtina üçün qanıini qüvvədə olan məhkəmə qərarında qət edilən “12.04.2019-cu il tarixli əmrin ləğv olunmasını” elə həmin məhkəmə qətnaməsində Zərərçəkmiş şəxs isə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə tələbin icrası ücün kifavət etmədiyini” bildirir. Həmçinin qeyd edilməlidir ki, borclu şəxsin iddia etdiyi hallar elektron informasiya sisteminə daxil edilməmişdir. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırırıq ki, X10 icra sənədini icra etməməkdən ötrü yuxarıda qeyd edilən absurd dəlillərə istinad edərək, daha bir uğursuz cəhd etmiş, lakin aşağıda qeyd edilən məhkəmə aktları ilə də onun bu uğursuz cəhdinin qarşısı alınmışdır. Belə ki, borclu Carlsberg Azerbaijan MMC şikayət ilə məhkəməyə müraciət edərək Abşeron rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra sənədinin qismən icra edilməsi, "xxxx" MMC-nin 12T/HR saylı 12 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrasının mümkün olmaması üçün icra sənədinin məhkəməyə qaytarmaq barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 19.11.2021 -ci il tarixli, № 8(012)-839/2021 saylı Qərardadı ilə Carlsberg Azerbaijan MMC-nin şikayəti təmin edilməmişdir. Həmin qərardaddan borclu Carlsberg Azerbaijan MMC-nin verdiyi şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.01.2022-ci il tarixli, 8(105)-4/2022 saylı Qərardadı ilə təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19.11.2021 -ci il tarixli, № 8(012)- 839/2021 saylı Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qətnaməsini qərəzli surətdə icra etməyən borclu "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmədə "xxxx" MMC-nin direktoru X6 həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə "xxxx" MMC-nin direktoru X3 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs "Carlsberg Azerbaijan” MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, yəni "Carlsberg Azerbaijan” MMC-nin 12.04.2019-cu il tarixli, 12T/HR saylı Zərərçəkmiş şəxs ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, Zərərçəkmiş şəxs "Carlsberg Azerbaijan” məhdud məsuliyyətli cəmiyyətində Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, "Carlsberg Azerbaijan” məhdud məsuliyyətli cəmiyyətindən məcburi işburaxmaya görə Zərərçəkmiş şəxs işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2785/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,52 (altmış bir manat 52 qəpik) manat cavabdeh "Carlsberg Azerbaijan” məhdud məsuliyyətli cəmiyyətindən tutularaq tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tələbi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2785/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə 12 iyul 2019-cu il tarixli icra vərəqəsi 24 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon İcra və Probosiya şöbəsinin icraatına daxil olmuş lakin könüllü icra müddətində və bundan sonra da “Carlsberg Azerbaijan’’ MMC qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayındığı üçün icra məmurunun tərtib etdiyi inzibati protokol əsasında Abşeron rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli, 3(012)- 1662/2021 saylı qərarı ilə "Carlsberg Azerbaijan” MMC-nin direktoru X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat inzibati cərimə olunmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-19/2022 saylı, 15.03.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru X5 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli, 3(012)-1662/2021 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün material Abşeron rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 3(012)-1662/2021 saylı, 02.12.2021-ci il tarixli qərarından görünür ki, Carlsberg Azerbaijan” MMC-nin direktoru X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat inzibati cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-19/2022 saylı, 15.03.2022-ci il tarixli qərarı belə əsaslandırılmışdır ki, "Carlsberg Azerbaijan” MMC-nin Zərərçəkmiş şəxs işdən azad edilməsinə dair 12 aprel 2019-cu il tarixli, 12T/HR saylı əmrinin ləğvi barədə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı icra vərəqəsi 17 sentyabr 2021 il tarixdə qüvvəyə minib icraya yönəldilən tarixdən on ay on bir gün əvvəl 18 dekabr 2018-ci il tarixli 25 saylı əmrin icrası qaydasında Zərərçəkmiş şəxs 15 yanvar 2019-cu il tarixdən işdən azad edilməsi barədə digər əmr verilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin icra vərəqəsinin icra olunmamasını "xxxx" MMC-nin bununla əlaqələndirməsinə baxmayaraq birinci instansiya məhkəməsi bu xüsüsatları araşdırıb müvafiq hüquqi qiymət verməmiş, ona görə də məhkəmə inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan halları müəyyənləşdirməkdən ötrü məhkəməyə təqdim olunmuş sənədlərin hərtərəfli və tam araşdırılması və material üzrə qəti qərar qəbul edilməsi qərara alınmışdır. Məhkəmə yuxarıda göstərilən xüsusatları araşdırarkən müəyyən etdi ki, 18.12.2,018-ci il tarixdə "xxxx" MMC-nin hüquq departamentinin ştatlarının ixtisar olunması haqqında 25 saylı əmri verilmiş, həmin əmrə əsasən Zərərçəkmiş şəxs əmək müqaviləsinə 15.01.2019-cu il tarixdən xitam verilməli idi, lakin Zərərçəkmiş şəxs həmin əmrin ləğv edilməsinə dair Abşeron rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və eyni zamanda iddia tələbinə mahiyyəti üzrə baxılanadək həmin əmrin icrasının dayandırılmasını xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 24.12.2018-ci il tarixli qərardadına əsasən 25 saylı əmrin icrası işə mahiyyəti üzrə baxılanadək dayandırılmış, Zərərçəkmiş şəxs 15.0l.2019-cu il tarixdən sonra da müəssisədə işləməyə davam etmişdir. Həmin dövrdə ona bir dəfə şiddətli töhmət verilərək sonuncu xəbərdarlıq elan edilmiş və təkrarən əmək intizamını pozduğuna görə 12.04.2019-cu il tarixli əmirlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Zərərçəkmiş şəxs sonuncu əmri də məhkəmədə mübahisələndirmiş, Zərərçəkmiş şəxs 12.04.2019-cu il tarixli əmrin ləğv olunması haqqında iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamə icra olunması üçün icra vərəqəsi Abşeron rayon İcra və Probarsiya Şöbəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs 18.12.2018-ci il tarixli əmrin ləğv edilməsi tələbindən həmin əmri formal və əhəmiyyətsiz hesab edərək məhkəmədə imtina etmiş və bu barədə Sumqayıt Apelyasiya Məhkəməsi 28.10.2020-ci il tarixdə qərardad qəbul etmiş, həmin qərardad ilə 18.12.2018-ci il tarixli əmrin icrasının dayandırılması haqqında iddianı təmin etmə tədbiri ləğv edilmiş və eyni tarixdə "xxxx" MMC-nin rəhbərliyi 12.04.2019-cu il tarixli əmri öz əhəmiyyətini itirmiş sayaraq Zərərçəkmiş şəxs əmək müqaviləsinə 15.01.2019-cu il tarixdən xitam verilməsinə dair əmr vermiş, borclu müəssisənin direktoru icra sənədinin icrasından imtina üçün qanuni qüvvədə olan məhkəmə qətnaməsində qət edilən 12.04.2019-cu il tarixli əmrin ləğv olunması, Zərərçəkmiş şəxs isə bərpa olunması və məcburi is buraxmaya görə əmək haqqı ödənilməsi barədə tələbi üzrə verilmiş icra sənədinin icrasından imtina etmişdir. Borclunun vəzifəli şəxsinin izahatından belə görünür ki, işçinin əmək müqaviləsinin ləğv edilməsi üçün istənilən qədər və istənilən əsaslarla bir necə əmr verilə və bu əmrlərin hamısının ləğv edilməsinədək işçinin işə bərpa olunmasına dair məhkəmə qərarı icra olunmaya bilər. Məhkəmə zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs əmək müqaviləsinə 18.12.2018-ci il tarixli əmrlə xitam verildiyini bildirən vəzifəli şəxs, sonradan işçi hesab etmədiyi şəxsin əmək müqaviləsini 12.04.2019- cu il tarixli əmrlə yenidən ləğv edir, iki il davam edən məhkəmə proseslərində həmin 12.04.2019-cu il tarixli əmrin qanuni olduğunu sübut etməyə çalışır, nəhayət məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra isə əmək müqaviləsinə 18.12.2018-ci il tarixli əmrlə xitam verildiyini bildirir. Beləliklə, vəzifəli şəxs X9 icra sənədini icra etmək əvəzinə qanuni qüvvədə olan məhkəmə qətnaməsini təftiş etməyə cəhd edərək bu səbəbdən onun məcburi icra olunması barədə qanunvericiliyin imperativ tələblərindən boyun qaçırır. Halbuki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi təftiş obyekti ola bilməz və belə cəhdlər Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin tələblərinin pozulmasına səbəb olur. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, borclu Carlsberg Azerbaijan MMC şikayət ilə məhkəməyə müraciət edərək Abşeron rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(012)- 2985/2019 saylı icra sənədinin qismən icra edilməsi, "xxxx" MMC-nin 12T/HR saylı 12 aprel 2019-cu il tarixli əmrinin ləğv edilməsi və icra sənədinin digər hissələrdə icrasının mümkün olmaması üçün icra sənədinin məhkəməyə qaytarmaq barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli, № 8(012)-839/2021 saylı qərardadı ilə “Carlsberg Azerbaijan MMC-nin şikayəti təmin edilməmiş, həmin qərardaddan borclu Carlsberg Azerbaijan MMC-nin verdiyi şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.01.2022-ci il tarixli, 8(105)-4/2022 saylı Qərardadı ilə təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 19.11.2021 -ci il tarixli, № 8(012)- 839/2021 saylı Qərardadı isə qanuni və əsaslı sayıldığı üçün dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmurunun, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X3 hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə belə nəticəyə gələrkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1 -ci maddəsinin 1 -ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “İcra haqqında” qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icräsı üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Qanunun 70.3-cü maddəsinə əsasən bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04.09.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə belə hesab edir ki, barəsində inzibati üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X6 üzürsüz səbəbdən icra etmir. Onun əməlində inzibati xətanın tərkibi vardır. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi sübut olunduğundan onun əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğuna görə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X6 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Carlsberg Azerbaijan” MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar