Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-555/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X2 katibliyi, X1nun iştirakı ilə Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, bakı şəhər X10 İdarəsinin inzibati xəta haqqında İXP ******* nömrəli, 17.03.2021-ci il tarixli protokolu əsasında qəbul edilmiş qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, X5 Bakı şəhər X12 İdarəsinin inzibati xəta haqqında İXP ******* nömrəli, 17.03.2021-ci il tarixli protokol əsasında qəbul edilmiş qərarla Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. 16.03.2021-ci il tarixdə Abşeron rayonu, Daş bazarı Sulutəpə istiqamətində “Hyundai Elantra” markalı avtomobillə hərəkətdə olarkən digər hərəkətdə olan avtomobillə arxadan toqquşmuşdur. Digər avtomobilin X4 məxsus avtomobili arxadan vurmasına baxmayaraq hadisədən bir gün sonra yol polisi əməkdaşı onu günahkar çıxararaq barəsində protokol və qərar qəbul etmişdir. İnzibati icraatı həyata keçirən vəzifəli şəxs hüquq və vəzifələri barədə ona heç bir izah və məlumat verməmiş, protokol yerində tərtib edilməli olduğu halda ümumiyyətlə protokol tərtib edilməmiş, hadisədən bir gün sonra yəni 17.03.2021-ci il tarixdə elektron hazırlanmış protokol barədə məlumatı Asan ödəniş portalından əldə etmişdir. Halbuki, protokol yerindəcə hazırlanmalı, izahatlar alınmalı və tərtib edilmiş protokolun bir surəti ona təqdim edilməli idi. Bu da onu göstərir ki, inzibati xəta haqqında iş qərəzli aparılmış və inzibati icraatın qanunla müəyyən edilmiş qaydaları pozulmuşdur. Həmin hadisə ilə bağlı kamera çəkilişlərində digər avtomobilin ona məxsus avtomobili arxadan vurması açıqaydın öz əksini tapmışdır. Buna baxmayaraq yol polis əməkdaşı qərəzli olaraq qərar qəbul etmişdir. Buna görə də Bakı şəhər X10 İdarəsinin inzibati xəta haqqında İXP ******* nömrəli, 17.03.2021-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Baş X10 İdarəsinin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Asan ödəniş portalından çıxarışdan ki, X6 16.03.2021-ci il tarixdə Daş bazarı dairəsi sulutəpə istiqamətində idarə etdiyi "Hyundai Elantra" minik markalı 90TP083 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 36 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X3 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X3 iştirakı təmin edilməmiş, protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. Bundan əlavə Baş X12 İdarəsi X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, 17.03.2021-ci il tarixdə 36 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. X3 inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Həmçinin təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs məhkəməyə sübut təqdim etməkdən imtina etmişdir. Məhkəmədə X3 inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Məhkəmədə X3 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənbeh edilərək 36 manat məbləğində cərimə tətbiq edilməsinə dair Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 17.03.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tənbeh edilərək 36 manat məbləğində cərimə tətbiq edilməsinə dair Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 17.03.2021-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərar ləğv edilsin. X5 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-555/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-555/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver