Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-556/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunid Şükür oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə «Araz Supermarket” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 491.1, 492.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: «Araz Supermarket” MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.1, 492.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00744/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, «Araz Supermarket” MMC-nin ünvanına Şəxs MMC-nin ünvanına 19 fevral 2023-cü il tarixdə 04DE448/04DE449 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Almaniyadan daxil olmuş 18 ədəd “istehsalatda istifadə olunan sobalar” yükü xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5695 sorqu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs MMC-nə məxsus 31001 nömrəli anbara yerləşdirilmiş, həmin mallar yerləşdiriləndən sonra üzərinə gömrük təminatı olan stiker vurulmuş mallar həmin müəssisə tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməmiş, gömrük nəzarəti altında olan mallar üzərində qanunsuz əməliyyatlar aparılmışdır. Buna görə də, o, Azərbaycan Respublikası İXM-nin 491.1, 492.1-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 istinad edilən əməlləri törətdiyini qismən etiraf edərək izahatında göstərmişdir ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat şöbəsinə təhkim olunmuş “Azterminalkompleks” Birliyi, Maliyyə-İqtisad şöbəsinin inspektoru gömrük xidməti leytenantı X12, Bakı Baş Gömrük İdarəsinə təhkim olunmuş "Azterminalkompleks” Birliyi Analtik şöbəsinin inspektoru gömrük xidməti leytenantı X2. "Azterminalkompleks’’ Birliyi Analtik şöbəsinin inspektoru gömrük xidməti kiçik-leytenantı X6, Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti mayoru X13, ‘Veysəloğlu” MMC-də Gömrük Əməliyyatları şöbəsinin müdiri vəzifəsində işləyən X10 (tel: **********), "Veysəloğlu Qrup” MMC-də Mexaniki-elektrik işləri üzrə layihə rəhbəri vəzifəsində işləyən X7 iştirakları ilə Şəxs MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, FD-662 saylı məktubun icrası çərçivəsində bu aktı tərtib edirəm ondan ötrü ki, ‘Araz Supermarket” MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********9417. **********9479, **********9507 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********5695 sorğu nömrəli, xx.xx.2022 tarixli **********9346 sorğu nömrəli, xx.xx.2022 tarixli **********4435 sorğu nömrəli, xx.xx.2023 tarixli **********1169 sorğu nömrəli, xx.xx.2023 tarixli **********5408 sorğu nömrəli, xx.xx.2023 tarixli **********1698 sorğu nömrəli, xx.xx.2023 tarixli **********2326 sorğu nömrəli, xx.xx.2023 tarixli **********9978 sorğu nömrəli, xx.xx.2023 tarixli **********0334 sorğu nömrəli, xx.xx.2023 tarixli **********9534 sorğu nömrəli gömrük bəyannamələri "müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallara tətbiq edilən gömrük təminatı eyniləşdirmə vasitəsi Şəxs MMC tərəfindən məhv edilmiş, lakin həmin malların istifadə olunmadığı müəyyən edilmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və protokol tərtib etmiş qurumun işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, «Araz Supermarket” MMC-in əməlində protokolda qeyd edilən 492.1-ci maddədə nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 491.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsində göstərilmişdir ki, saxlanc xüsusi gömrük prosedurunun müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir və malların saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük Məcəlləsinin 179.1-ci maddəsində malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddətləri gömrük orqanı tərəfindən müəyyən olunduğu və 179.2-ci maddəsində malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddətinin 4 (dörd) aydan çox olmamaqla müəyyən olunduğu göstərilmişdir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 nömrəli “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” nın 3.2-ci bəndinin tələblərinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən axılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamaqla müəyyən edildiyi və 3.3-cü maddəsinin tələblərinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək; dövlətin xeyrinə imtina olunanadək; malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İş materiallarında olan Bakı Bas Gömrük İdarəsinin “Mobil Gömrük” şöbəsindən daxil olmuş 34/015/005925 saylı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Mobil Gömrük” şöbəsinin əməkdaşları Şəxs MMC-nin Abşeron rayonu Məhəmmədi ünvanında yerləşən anbarında olan yüklərinə baxış zamanı xx.xx.2023-cü il tarixli **********5695 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərində gömrük təminatının pozulduğu və həmin yüklərin anbarda olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı xx.xx.2023-cü il tarixdə ‘‘Araz Supermarket” MMC-nin Abşeron rayonu Məhəmmədi ünvanında Bakı Bas Gömrük İdarəsinin “Mobil Gömrük” şöbəsinin inspektoru Məlikov Əlibala və Şəxs MMC-nin nümayəndəsi Yusifov Əli tərəfindən xx.xx.2023-cü il tarixli **********5695 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların istifadə edilməsi ilə baqlı Akt tərtib edilmişdir. Daha sonra Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat şöbəsinə təhkim olunmuş “Azterminalkompleks” Birliyi, Maliyyə-İqtisad şöbəsinin inspektoru gömrük xidməti leytenantı X12, Bakı Baş Gömrük İdarəsinə təhkim olunmuş "Azterminalkompleks1’ Birliyi Analtik şöbəsinin inspektoru gömrük xidməti leytenantı X2, "Azterminalkompleks’’ Birliyi Analtik şöbəsinin inspektoru gömrük xidməti kiçik-leytenantı X4, Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti mayoru X13, ‘Veysəloğlu” MMC-də Gömrük Əməliyyatları şöbəsinin müdiri vəzifəsində işləyən X10(tel: **********), "Veysəloğlu Qrup” MMC-də Mexaniki-elektrik işləri üzrə layihə rəhbəri vəzifəsində işləyən X7 iştirakları ilə Şəxs MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, FD-662 saylı məktubun icrası çərçivəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ‘Araz Supermarket” MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********9417. **********9479, **********9507 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********5695 sorğu nömrəli, xx.xx.2022 tarixli **********9346 sorğu nömrəli, xx.xx.2022 tarixli **********4435 sorğu nömrəli, xx.xx.2023 tarixli **********1169 sorğu nömrəli, xx.xx.2023 tarixli **********5408 sorğu nömrəli, xx.xx.2023 tarixli **********1698 sorğu nömrəli, xx.xx.2023 tarixli **********2326 sorğu nömrəli, xx.xx.2023 tarixli **********9978 sorğu nömrəli, xx.xx.2023 tarixli **********0334 sorğu nömrəli, xx.xx.2023 tarixli **********9534 sorğu nömrəli gömrük bəyannamələri "müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallara tətbiq edilən gömrük təminatı eyniləşdirmə vasitəsi Şəxs MMC tərəfindən məhv edilmiş, lakin həmin malların istifadə olunmadığı müəyyən edilmişdir. Tərtib edilmiş Aktın doğruluğunu baxış zamanı iştirak edən şəxslər öz imzaları ilə təsdiq etmişlər. Göyündüyü kimi birinci dəfə Bakı Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş aktda yalnız öz subyektiv mülahizələrinə əsasən «Araz Supermarket” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçısının işin halları ilə bağlı verdiyi izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, «Araz Supermarket” MMC Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, «Araz Supermarket” MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə inzibati məsuliyyətə tərkibi yaranır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 87.1 və 87.2-ci maddələrinə əsasən gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər. Eyniləşdirmə, plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə «Araz Supermarket” MMC-in əməlində Azərbaycan Respublikası İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə «Araz Supermarket” MMC barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən «Araz Supermarket” MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində İXM-nin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: «Araz Supermarket” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. «Araz Supermarket” MMC Azərbaycan Respublikasının İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-556/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-556/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver