Məhkəmə qərarları › İş №3(012)-558/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-558/2023

27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-558/2023 27.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, X1nun iştirakı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə sahibliyində olan TOYOTA LAND-CRUİSER MİNİK markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Abəeron rayonu Xırdalan dairəsi (Vazın kruqu deyilən ərazidə) Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən saxlanılmışdır. Maşında ailə, uşaqları ilə birlikdə olmuşdur. Yol Patrul Xidmətinin əməkdaşı ona bildirmişdir ki, maşının arxa işıqlarında (əyləci basanda dayan bildirən işıqlarda) dəyişiklik etmişdir. Ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi ilə əlaqədar protokol təıtib olunur və o 150 manat cərimə olunur. O, polis seryantına öz etirazını bildirmiş və demişdir ki, maşına heç bir avadanlıq quraşdırmamış, sadəcə olaraq əyləcdəki işığı gücləndirmişdir ki, dumanlı havada yaxşı görünsün. Əgər bu qeyri-qanunidirsə o elə yerindəcə həmin işıqlara gedən məftilləri kəsə bilər. Əgər bu xətadırsa və yerindəcə onu aradan qaldırmaq mümkündürsə daha maşının dayanacağa aparılmasına nə ehtiyac vardır. Etirazına baxmayaraq YPX əməkdaşı ailəsini maşından düşürdümüş, maşınını dayanacağa aparmışdır. Ona protokol tərtib etmiş və heç bir əsas olmadan 2 gün maşınını dayanacaqda saxlanılmışdır. O maşınını yalnız xx.xx.2023-cü il tarixdə dayanacaqdan götürə bilmişdir. Hörmətli məhkəmənin nəzərinə çatdırır ki, YPX əməkdaşının ona tərtib etdiyi protokol və maşınını 2 gün dayanacaqda saxlaması qeyri-qanunidir və əsassızdır, buna görə də həmin qərarın ləğv edilməlidir. İXP ******* saylı protokolda göstərilir ki, guya o normativ tələbləri pozmaqla, avadanlıq quraşdırmışdır. Öz maşınında heç bir avadanlıq quraşdırmamış və ya dəyişdirməmişdir. Sadəcə olaraq əyləc işığını gücləndirməyə görə ona bu maddə ilə protokol tərtib edilməsi və maşınının 2 gün dayanacaqda saxlanılması ədalətsizlikdir. Buna görə də indiki halda xx.xx.2023-cü il tarixli inzibati xəta barədə qərarı qəbul etmiş şəxsin qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən tərtib olunmuş tərtib edilmiş protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili X8 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Abşeron rayon Pİ-in DYPŞ-si məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli və X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qərar ləğv edilməli və sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon Pİ-in DYPŞ-sinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 idarə etdiyi TOYOTA LAND-CRUİSER MİNİK markalı ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, istər xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli «inzibati xəta haqqında» protokolda, istərsə də xx.xx.2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 barəsində olan və Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar və şahidlər, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar qeyd olunmamış sonuncunu İXM-in 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə birbaşa qərar qəbul edilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-in 124.2-ci maddəsində qeyd olunur ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. X5 razılaşmışsa, onda hadisə yerində protokol deyil, müvafiq qərar çıxartmalı idi, qərarından şikayət verilən orqanın əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixdə protokol, həmin tarixdə də birbaşa qərar qəbul edilmişdir. X2 razılaşmamışsa, onda həmin məcəllənin 124.3-cü maddəsinə əsasən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib etməli və həmin məcəllənin 124.4-cü maddəsinə əsasən, İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. X4 izahatından görünür ki, ümumiyyətlə qeyd olunan hadisə mövcud olmamış, nə də protokolda qeyd olunanlar ilə razılaşmır. Məhkəmədə müəyyən edilmişdir ki, qərarından şikayət verilən orqanın əməkdaşı tərəfindən X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2023-cü il tarixdə 150 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Yəni səlahiyyətli şəxs tərfindən İXM-nin tələbləri ciddi şəkildə pozulmuşdur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər araşdırılarkən, X4 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələbləri pozaraq, nəqliyyat vasitəsinə avadanlıq quraşdırması və ya avadanlığı dəyişdirməsi ilə bağlı faktiki olaraq müəyyən edilməmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, X5 tərəfindən Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Əməlin İXM-nin 342.2.2-ci maddəsi ilə tövsif edilməsi, həmin maddənin təsiri altına düşməsi üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələblər pozularaq, avadanlıq quraşdırılmalı və ya dəyişdirilmiş olmalıdır. Avadanlığın quraşdırılmasının və ya dəyişdirilməsinin müəyyən edilməsi isə texniki məsələdir və belə halda texnika sahəsində xüsusi bilik tələb edən məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası İXMnin 70-ci maddəsinin tələbinə uyğun olaraq mütəxəssisin texniki rəyi alınmalı, Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri və sair sübutlar götürülməmişdir. Bununla yanaşı Azərbaycan Respublikası İXM-nin 93 və 94cü maddələrinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilməmiş, protokol tərtib edilməmiş, aşkar edilmiş sübut əhəmiyyətli əşya və ya predmetlərin götürülməsi təmin edilməmişdir. Məhkəmədə şikayətə baxılarkən dəfələrlə rəsmi məktublar göndərilməsinə, müvafiq tədbirlər görülməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, qərarın əsaslılığına dair sübutlarını məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hüquq normalarının məzmunundan da görünür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni zamanda, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübut edilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qərar qəbul edildiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, şikayət təmin olunmalı, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar