Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-562/2021 23.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şəxs MMC-nin drektoru X3, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndələri X6 və X1 iştirakları ilə, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin tərəfindən tərtib edilmiş 15.03.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, Mega City ticarət mərkəzində 15.03.2021-ci il tarixdə, saat 11.00-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional bölməsinin əməkdaşlarının Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 22.02.2021ci il tarixli KY-211559549 nömrəli və regional bölməsinin 22.02.2021-ci il tarixli YQ-00040 nömrəli yoxlama qərarına əsasən yoxlamanın və digər nəzarət tədbirlərinin görülməsinə maneçilik törəmiş və həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxmamışdır. Ona görə də Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati tənbeh barədə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndələri X6 və X2 protokolla eyni məzmunlu izahat verməklə Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Şəxs MMC-nin drektoru X4 bildirdi ki, şirkət tərəfindən heç bir maneçilik olmamışdır, sözügedən yer ticarət mərkəzidir, onların yoxlama aparacağı barədə məlumatsız olmuş, 15.03.2021-ci il tarixdə ona zəng gəlmiş, o da bir az sonra gələcəyini bildirmişdir. Protokolun tərtib olunmasından məlumatsızdır. Məhkəmə proses iştirakçısını dinləyərək, inzibati xəta haqqında protokolu nəzərdən keçirərək, həmçinin iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 22.02.2021-ci il tarixli, YQ-00040 nömrəli yoxlamanın aparılması haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məxsus və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, Mega City ticarət mərkəzində 09.03.2021-ci il tarixdən 15.03.2021-ci il tarixədək planlı yoxlama aparılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15.03.2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, Mega City ticarət mərkəzində planlı yoxlama aparılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC yoxlamanın aparılmasına maneçilik törətmiş və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşlarını buraxmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərin arasında 09.03.2021-ci il tarixdən 15.03.2021-ci il tarixədək istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlama haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin məlumatlandırılmasına dair bildiriş yəni rəsmi sənəd aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, Mega City ticarət mərkəzində 09.03.2021-ci il tarixdən 15.03.2021-ci il tarixədək planlı yoxlama aparılması barədə qərar qəbul edilmişdir. Lakin agentliyin nümayəndələri şəxsi işləri ilə bağlı sonucu gün 15.03.2021-ci il tarixdə ticarət mərkəzinə getmiş və orada konkret olaraq heç kim onlara maneçilik törətməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi hüquqi şəxslərin məsuliyyətini nəzərdə tutmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-in əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-in əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, 09.03.2021-ci il tarixdən 15.03.2021-ci il tarixədək istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun planlı yoxlama haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC məlumatlandırılmamışdır. Beləliklə onun əməlində istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsi və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmaması, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) halları aşkar edilməmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin sözügedən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında hüquqi şəxs barəsində tənbeh nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-562/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-562/2021
23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver