Məhkəmə qərarları › İş №3(012)-563/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-563/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-563/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17.01.2022-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 28.10.2021-ci il tarixdə gecə saat 02:45 radələrində polis əməkdaşlarının yaxınlaşmasını görərək idarə etdiyi və hüquqları etibarnamə əsasında X1 həvalə edilmiş “Mercedes Benz” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürətlə arxaya doğru hərəkətə gətirmiş, manevr qaydalarını pozaraq əvvəlcə Abşeron Gənclər şəhərciyi yaşayış kompleksində yol kənarında dayanmış “Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X-5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobili vurmuş, bundan sonra avtomobili irəliyə doğru hərəkətə gətirərək yol kənarında durmuş Abşeron RPİ-nin Post Tarul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində və polis serjantı X3 vurub yanında dayandığı “Niva” markalı avtomobil ilə idarə etdiyi avtomobil arasında sıxaraq avtomobili də saxlamayıb Bakı-Sumqayıt yolu istiqamətində hərəkətə davam etmişdir. X6 şəhərciyi yaşayış kompleksində yol kənarında dayanmış “Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X-5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobilləri zədələyərək, həmçinin piyada qismində olan X3 vuraraq onun Yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş, eləcə də sonuncuya köməklik göstərmək əvəzinə avtomaşından düşmədən hadisə yerindən uzaqlaşmışdır. O, manevr qaydasını pozmaqla Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X-5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobillərlə toqquşub Azərbaycan Respublikası İXM-nin 327.1-ci, hadisə yerindən yayınmaqla həmin Məcəllənin 327.6-cı, eləcə də bu inzibati xətalar nəticəsində X7 dərəcəli bədən xəsarətləri yetirməklə eyni Məcəllənin 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 17.01.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28.10.2021-ci il tarixdə gecə saat 02:45 radələrində polis əməkdaşlarının yaxınlaşmasını görərək idarə etdiyi və hüquqları etibarnamə əsasında X1 həvalə edilmiş “Mercedes Benz” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürətlə arxaya doğru hərəkətə gətirmiş, manevr qaydalarını pozaraq əvvəlcə Abşeron Gənclər şəhərciyi yaşayış kompleksində yol kənarında dayanmış “Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X-5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobili vurmuş, bundan sonra avtomobili irəliyə doğru hərəkətə gətirərək yol kənarında durmuş Abşeron RPİ-nin Post Tarul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində və polis serjantı X3 vurub yanında dayandığı “Niva” markalı avtomobil ilə idarə etdiyi avtomobil arasında sıxaraq avtomobili də saxlamayıb Bakı-Sumqayıt yolu istiqamətində hərəkətə davam etmişdir. X6 şəhərciyi yaşayış kompleksində yol kənarında dayanmış “Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X-5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobilləri zədələyərək, həmçinin piyada qismində olan X3 vuraraq onun Yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş, eləcə də sonuncuya köməklik göstərmək əvəzinə avtomaşından düşmədən hadisə yerindən uzaqlaşmışdır. O, manevr qaydasını pozmaqla Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X-5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobillərlə toqquşub Azərbaycan Respublikası İXM-nin 327.1-ci, hadisə yerindən yayınmaqla həmin Məcəllənin 327.6-cı, eləcə də bu inzibati xətalar nəticəsində X7 dərəcəli bədən xəsarətləri yetirməklə eyni Məcəllənin 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 06.12.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 28.10.2021-ci il tarixdə gecə saat 02:45 radələrində polis əməkdaşlarının yaxınlaşmasını görərək idarə etdiyi və hüquqları etibarnamə əsasında X1 həvalə edilmiş “Mercedes Benz” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürətlə arxaya doğru hərəkətə gətirmiş, manevr qaydalarını pozaraq əvvəlcə Abşeron Gənclər şəhərciyi yaşayış kompleksində yol kənarında dayanmış “Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X- 5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobili vurmuş, bundan sonra avtomobili irəliyə doğru hərəkətə gətirərək yol kənarında durmuş Abşeron RPİ-nin Post Tarul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində və polis serjantı X3 vurub yanında dayandığı “Niva” markalı avtomobil ilə idarə etdiyi avtomobil arasında sıxaraq avtomobili də saxlamayıb Bakı-Sumqayıt yolu istiqamətində hərəkətə davam etmişdir. X6 şəhərciyi yaşayış kompleksində yol kənarında dayanmış “Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X- 5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobilləri zədələyərək, həmçinin piyada qismində olan X3 vuraraq onun Yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş, eləcə də sonuncuya köməklik göstərmək əvəzinə avtomaşından düşmədən hadisə yerindən uzaqlaşmışdır. O, manevr qaydasını pozmaqla Taksi 4 London Taxis minik” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı, BMV X-5 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı və dövlət qeydiyyat nişanı bəlli olmayan Niva markalı avtomobillərlə toqquşub Azərbaycan Respublikası İXM-nin 327.1-ci, hadisə yerindən yayınmaqla həmin Məcəllənin 327.6-cı, eləcə də bu inzibati xətalar nəticəsində X7 dərəcəli bədən xəsarətləri yetirməklə eyni Məcəllənin 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Odur ki, naməlum Şəxs əməlində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs barəsində AR İXM-nin 327.1, 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-yə göndərilməsi, eləcə də X4 və X5 onlara dəymiş maddi ziyanla əlaqədar tələbi olacağı təqdirdə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. 06.12.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda qeyd olunmuş məhkəmə Tibbi Ekspertizasının 06.12.2021-ci il tarixli 2745 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ diz oynağının küt travması, qançırı, sağ baldırın yuxarı 1/3-nin yumşaq toxumaların əziyi, qançırı, qismən hərəkət məhdudluğu və ağrı sindromu ilə bərk küt əçya (əyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 28.10.2021 -ci il tarixdə hərəkətdə olan minik avtomaşın piyadanı vurması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.1-ci, 327.6-cı və 327.8-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar