Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-566/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi "xxxx" MMC-nin direktoru X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən tərtib olunmuş hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisinin AR İXM-nın 541 -ci maddəsi ilə 3000 (üç min) manat inzibati qaydada cərimə edilməsi barədə 16.03.2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: "xxxx" MMC şikayət ərizəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən tərtib olunmuş hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisinin AR İXM-nın 541 -ci maddəsi ilə 3000 (üç min) manat inzibati qaydada cərimə edilməsi barədə 16.03.2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi "xxxx" MMC-nin direktoru X3 ərizəni onunla əsaslandırdı ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin 16.03.2022-ci il tarixli MN ******* saylı qərarına əsasən o, AR İXM- mn 541-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərara əsasən o, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin 17.12.2021-ci il Ç-MG/4321-103 saylı 17.12.2021-ci il tarixli məcburi göstərişinə əməl etməmişdir. İnzibati xəta haqqında qərarda "xxxx" MMC-nin vəzifəli şəxsinin 17.12.2021-ci il Ç-MG/4321-103 saylı 17.12.2021-ci il tarixli məcburi göstərişə əməl edilməməsi göstərilir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin 17.12.2021-ci il Ç-MG/4321-103 saylı 17.12.2021ci il tarixli məcburi göstərişinə əsasən ona “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununun tələblərinin pozulmasının aradan qaldırılması ilə bağlı aşağıdakı hərəkətlərin- Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində "xxxx" MMC tərəfindən “Rahat Nəfəs” yaşayış kompleksinin ərazisinə köçürülmüş tinglərə aqrotexniki qulluq göstərilməsinin təmin edilməsi( icra müddəti daimi), Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində "xxxx" MMC tərəfindən “Rahat Nəfəs” yaşayış kompleksində növbəti binanın tikintisi üçün Nazirliyin X7 Agentliyindən rəy alınmasını təmin etməsi (icra müddəti 1 ay), kimi hərəkətlərin edilməsi tapşırılmışdır. Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı özfəaliyyətini “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununun tələblərinə əsasən həyata keçilrməli və yalnız həmin qanunla müəyyən edilmiş hüquqlardan istifadə etməlidir. Müvafiq icra hakimiyyəti orqanının kommersiya hüquqi şəxsə onun ərazisinə köçürülmüş tinglərin aqrotexniki qulluğun göstərilməsinin təmin edilməsi kimi göstəriş vermək hüququ yoxdur. Belə bir göstəriş faktiki olaraq hüquqi şəxsin üzərinə qanunla nəzərdə tutulmayan və tənzimlənməyən öhdəliyin qoyulması ilə nəticələnmişdir. Halbuki müvafiq icra hakimiyyəti orqanının belə bir səlahiyyəti olmamışdır və yuxarıda göstərilən qanunla belə bir hüquq (səlahiyyət) ona verilməmişdir. Digər tərəfdən kommersiya hüquqi şəxsin öz ərazisində yerləşən ağaclara qulluq etmək kimi vəzifəsi qanunla da müəyyən edilmir. Bu öhdəlik ya qanunla üzərinə qoyulmalı, yaxud müqavilə ilə yarana bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə hüquqi şəxsin qanuni təmsilçisinə qanunda nəzərdə tutulmayan göstərişlər verilmiş və habelə həmin öhdəliyin yerinə yetirilməməsinə görə cərimə tətbiq edilmişdir. Digər tərəfdən müvafiq icra hakimiyyəti orqanı hüquqi şəxsin təmsilçisinə göstəriş versə də, bunun qanunun hansı tələblərinə əsasən icra etməli olduğunu göndərdiyi tapşırıqda göstərməmişdir. Belə olan halda müvafiq icra hakimiyyəti oraqınının vəzifəli şəxsinin hüquqi şəxsin qanuni təmsilçisinə qanunvericiliklə tənzimlənməyən tapşırıq verməsi qanunsuz hesab edilməlidir. Yəni müvafiq icra hakimiyyəti orqanının tələbləri qanunsuz olduğu üçün, həmin qanunsuz tapşırığın icra edilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, hətta müvafiq icra hakimiyyəti orqanının göstərişi qanuni hesab edilsə belə, bu halda da hüquqi şəxsin qanuni təmsilçisinin inzibati məsuliyyəti istisna olunur. İlk növbədə qeyd olunmalıdır ki, müvafiq icra hakimiyyətinin göstərişində qeyd edilən tinglər "xxxx" MMC-yə aidiyyəti olmayan torpaq sahəsində əkilmişdir. Yəni, tinglərin əkildiyi torpaq sahəsi X8 adlı şəxsin xüsusi mülkiyyətindədir(çıxarışın surəti əlavə olunur). Tapşırıqda tinglərin “Rahat Nəfəs” yaşayış kompleksinin ərazisinə köçürülməsi qeyd olunsa da, həmin torpaq sahəsinin "xxxx" MMC-yə hər hansı aidiyyəti yoxdur. "xxxx" MMC həmin torpaq sahəsinə hər hansı hüquq əsasında nə sahiblik, nə də həmin torpaqdan istifadə edir. "xxxx" MMC sadəcə olaraq torpağın mülkiyyətçisi olan X1 ilə ona məxsus torpaq sahəsində yaşayış binalarını inşa etmişdir. Belə olan halda fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsində əkilmiş tinglərə görə həmin torpağa aidiyyəti olmayan hüquqi şəxs necə məsuliyyət daşıya bilər? Ona görə də müvafiq icra hakimiyyəti orqanının "xxxx" MMC-yə aidiyyəti olmayan torpaq sahəsində əkilmiş tinglərə qulluq etməsi ilə bağlı tapşırığı qanuni tələb hesab edilmir. Bu səbəbdən də həmin tələbin hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Müvafiq icra hakimiyyəti orqanının ikinci tapşırığına gəldikdə isə qeyd olunmalıdır ki, bu tapşırıq da özü-özlüyündə qanunsuz bir tapşırıq olmuşdur. Belə ki, "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyətinin sərəncamına əsasən binalar inşa edir. Sözügedən sərəncamın icrası ilə bağlı növbəti binanın tikilməsinə start verilərkən məlum olmuşdur ki, əvvəlki binaların tikintisi üçün alınmış ekoloji rəy itirilmişdir. "xxxx" MMC həmin rəyin dublikatının alınması ilə bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, sonuncu belə bir rəyin olmadığını bildirmişdir. Bu səbəbdən ekoloji rəyin dublikatını əldə etmək mümkün olmadığı üçün "xxxx" MMC yaşayış binasının tikintisi ilə bağlı hər hansı hərəkət edə bilməmişdir. Yəni "xxxx" MMC ümumiyyətlə binanın tikintisi ilə hər hansı işlərə başlamamış və hazırda da ərazidə hər hansı tikinti işləri aparılmır. Müvafiq icra hakimiyyəti orqanı isə belə bir rəyin olmamasını əsas tutub həmin rəyin alınması ilə bağlı hüquqi şəxsə tapşırıq vermişdir. Halbuki belə bir göstəriş hüquqi şəxsin üzərinə qoyula bilməz. Hüquqi şəxs həmin rəyi istəyər alar, istəyər də almaz. Belə bir rəy olmadan tikinti aparılarsa bu hal başqa məsuliyyətə səbəb ola bilər ki, hazırki işdə bu məsələ ümumiyyətlə müzakirə predmeti deyil. Hüquqi şəxs ekoloji rəyin dublikatını əldə edə bilmədiyi üçün həmin rəyin yenidən alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş və bu müraciətin edilməməsidə onun hüququdur. Ekoloji rəyin alınması ilə bağlı tapşırığın məcburi qaydada hüquqi şəxsin üzərinə qoyulması qanunsuzdur. Bu səbəbdən də tapşırığın ikinci bəndi də qanunsuz olduğu üçün, onun yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. AR İXM-nın 541-ci maddəsində qeyd olunur ki, həmin maddənin tərkibi o halda yarana bilər ki, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərini yerinə yetirməsin. Lakin müvafiq icra hakimiyyətinin tapşırıqda olan tələbləri qanunla tənzimlənmədiyi üçün həmin tapşırıqlar qanunsuz hesab edilir və bu səbəbdən də inzibati məsuliyyətə səbəb ola bilməz. Göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək qeyd olunmalıdır ki, müvafiq icra hakimiyyəti orqanı faktiki olaraq hüquqi şəxsin üzərinə elə tapşırıqların icra edilməsini tələb etmişdir ki, həmin tapşırıqların "xxxx" MMC tərəfindən icra edilməsi qeyri-mümkündür. Yəni həmin tapşırıqların icra edilməsi "xxxx" MMC-nin imkanı xaricində olmuşdur və belə olan halda həmin tapşırıqlar qanunsuz hesab edilməlidir. Beləliklə, yuxarıda göstərilən tələblərini əsas tutaraq hesab edirik ki, hüquqi şəxs olan "xxxx" MMC-nin qanuni təmsilçisinin əməlində inzibati xəta tərkibi olmadığı üçün, eyni zamanda hər hansı inzibati xəta hadisəsi baş vermədiyi üçün, iş üzrə icraata xitam verilməlidir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyevin 16.03.2022- ci il tarixli MN ******* saylı qərarı rəsmi qaydada 31.03.2022-ci il tarixdə "xxxx" MMC-nin ofisinə təqdim olunmuşdur. Bu səbəbdən həmin qərardan şikayət verilməsi ilə bağlı prosessual müddət də ötürülməmiş və şikayət vaxtında verilmişdir. Sonda o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən tərtib olunmuş hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisinin AR İXM-nın 541-ci maddəsi ilə 3000 (üç min) manat inzibati qaydada cərimə edilməsi barədə 16.03.2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01.02.2022-ci il, 10 saylı sərəncamına əsasən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində "xxxx" MMC tərəfindən “Rahat Nəfəs” yaşayış kompleksinin ərazisinə köçürülmüş tinglərə aqrotexniki xidmət işllərinin aparılması və kompleksin ərazisində tikintisi nəzərdə tuutlmuş yaşayış binasının layihə texniki sənədlərinə Nazirlyin X7 Agentliyindən müvafiq rəyin olmasınının təmin edilməsi barədə idarə tərəfindən "xxxx" MMC-nin qanuni təmsilçisi X2 adına icra üçün verilmiş 17.12.2021ci il tarixli, Ç-MÇ/4321-103 saylı məcbur göstərişdə qoyulmuş tələbllərin yerinə yetirilməsi vəziyyəti ilə əlaqədar qeyd olunan ərazidə yerində araşdırma aparılmışdır. F.İ.P MMC-nin qanuni təmsilçisi Y.Hacıyevaya rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səbəbini göstərmədən araşdırmada iştirak etməkdən imtina etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Rahat Nəfəs” yaşayış kompleksində tikintisi nəzərdə tutulmuş yaşayış binasının layihə texniki sənədlərinə Nazirliyin X7 Agentliyindən ekspertiza rəyinin alınması təmin edilməmiş, İdarə tərəfindən F.İ.P MMC-yə icra üçün məcburi göstərişin 2-ci bəndində qoyulmuş tələb yerinə yetirilməmişdir. Eyni zamanda bundan əvvəl F.İ.P MMC tərəfindən tərtib olunmuş Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Rahat Nəfəs” yaşayış kompleksində tikintisi nəzərdə tutulmuş yaşayış binasının lahiyə texniki sənədlərinə ekspertiza rəyinin verilib-verilməməsi barədə idarə tərəfindən Nazirliyin X7 Agentliyindən idarəyə daxil olmuş cavab məktubunda "xxxx" MMC tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, ərazisində “Rahat Nəfəs” yaşayış kompleksində tikintisi nəzərdə tutulmuş yaşayış binasının layihə texniki sənədlərinə Nazirliyin Dövlət Ekoloji Eksperiza Agentliyindən ekspertiza rəyinin verilmədiyi bildirilmişdir. Sonda o, məhkəmədən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən tərtib olunmuş hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisinin AR İXM-nın 541 -ci maddəsi ilə 3000 (üç min) manat inzibati qaydada cərimə edilməsi barədə 16.03.2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə şikayətin təmin olunmamasını xahiş etdi. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən tərtib olunmuş 16.03.2022-ci il tarixli MN ******* saylı qərarından görünür ki, 17.12.2021-ci il tarixli, Ç-M9/4321-103 saylı məcburi göstərişdə qoyulmuş tələbə əməl olunmamış "xxxx" MMC tərəfindən tikintisi nəzrdə tutulmamış yaşayış binasının layihə texniki sənədlərinə X7 Agentliyindən rəy alınmamış, buna görə də X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 4000 (dörd min) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu ,Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, 46 saylı ev X4 mülkiyyətindədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 66561 saylı 24.02.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01.02.2022-ci il, 10 saylı sərəncamına əsaəsn Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində "xxxx" MMC tərəfindən “Rahat Nəfəs” yaşayış kompleksinin ərazisinə köçürülmüş tinglərə aqrotexniki xidmət işllərinin aparılması və kompleksin ərazisində tikintisi nəzərdə tuutlmuş yaşayış binasının layihə texniki sənədlərinə Nazirlyin X7 Agentliyindən müvafiq rəyin olmasınının təmin edilməsi barədə idarə tərəfindən "xxxx" MMCnin qanuni təmsilçisi X2 adına icra üçün verilmiş 17.12.2021-ci il tarixli, Ç-MÇ/4321-103 saylı məcbur göstərişdə qoyulmuş tələbllərin yerinə yetirilməsi vəziyyəti ilə əlaqədar qeyd olunan ərazidə yerində araşdırma aparılmışdır. F.İ.P MMC-nin qanuni təmsilçisi Y.Hacıyevaya rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səbəbini göstərmədən araşdırmada iştirak etməkdən imtina etmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Rahat Nəfəs” yaşayış kompleksində tikintisi nəzərdə tutulmuş yaşayış binasının layihə texniki sənədlərinə Nazirliyin X7 Agentliyindən ekspertiza rəyinin alınmaı təmin edilməmiş, İdarə tərəfindən F.İ.P MMC-yə icra üçün məcburi göstərişin 2-ci bəndində qoyulmuş tələb yerinə yetirilməmişdir.Eyni zamanda bundan əvvəl F.İ.P MMC tərəfindən tərtib olunmuş Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində “Rahat Nəfəs” yaşayış kompleksində tikintisi nəzərdə tutulmuş yaşayış binasının layihə texniki sənədlərinə ekspertiza rəyinin verilib-verilməməsi barədə idarə tərəfindən Nazirliyin X7 Agentliyindən idarəyə daxil olmuş cavab məktubunda "xxxx" MMC tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, ərazisində “Rahat Nəfəs” yaşayış kompleksində tikintisi nəzərdə tutulmuş yaşayış binasının layihə texniki sənədlərinə Nazirliyin Dövlət Ekoloji Eksperiza Agentliyindən ekspertiza rəyinin verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanununun 4-cü maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları: 1.1. dövlət siyasətinin əsas istiqamətlərini, onun həyata keçirilməsi üçün strateji tədbirləri hazırlamaq; 1.2. ətraf mühitin mühafizəsi sahəsində təsərrüfat və başqa fəaliyyətin ekoloji tarazlığa olan keyfiyyət normativlərini işləmək və təsdiq edilməsi qaydalarını müəyyən etmək; 1.3. ətraf mühitin mühafizəsinin dövlət fondları haqqında əsasnamələri təsdiq etmək; 1.4. qanunvericiliyə müvafiq olaraq təbii resursların istifadəyə verilməsi haqqında qərarları qəbul etmək, təbiətdən istifadəyə görə limitləri və kvotaları müəyyən etmək, müqavilələri (kontraktları) bağlamaq; 1.6. təbiətin mühafizəsinin müxtəlif hallarına dair konsepsiyaları, təbii resursların istifadəsi, mühafizəsi və bərpasına dair kompleks proqramları təsdiq etmək və həyata keçirilmək, təbii ehtiyatların dövlət kadastrının və dövlət uçotunun aparılması qaydalarını müəyyən etmək; 1.7. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydalarını müəyyən etmək; 1.8. ətraf mühitin mühafizəsi sahəsində məcburi standartlaşdırılan və sertifikatlaşdırılan ekoloji cəhətdən təhlükəli məhsulların (işlərin, xidmətlərin) siyahısını təsdiq etmək;191 1.9. xüsusi elmi-ekoloji və bioloji əhəmiyyətli ətraf mühitin mühafizəsi obyektlərinin siyahısını təsdiq etmək, dövlət qoruqlarını, dövlət milli və təbiət parklarını, başqa xüsusi mühafizə tələb edən ərazilərini və obyektlərini təşkil etmək; 1.10. ətraf mühitin mühafizəsi sahəsində informasiyanın verilməsi və dövlət statistikasının aparılması qaydalarını müəyyən etmək; 1.11. ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək; 1.12. təbiətdən istifadə ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş lisenziya və icazələri vermək, bu Qanunun 15-ci maddəsinə uyğun olaraq müqavilələr bağlamaq.-®1 1.13. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması sahəsində xərcləri təsdiq etməkdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təbiətdən istifadəçilərin vəzifələri: 1.1. təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək; 1.2. ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş qaydada həyata keçirmək; 1.3. təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək; 1.4. ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək. AR İXM-nin 541 -ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göstərilən maddənin dispozisiyasından da göründüyü vəzifəli şəxsin AR İXM- nın 541-ci maddəsi ilə məsuliyyəti o vaxt yaranır ki, vəzifəli şəxs etdiyi hərəkətə görə müvafiq icra hakimiyytəi orqanının ona irəli sürdüyü qanuni tələblərini icra etməsin. Yeni vəzifəli şəxs ətraf mühitin mühafizəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərini yerinə yetirməsin. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X3 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Məhkəmə zamanı müəyyən edildi ki, "xxxx" MMC Abşeron rayon İcra Hakimiyyətinin sərəncamına əsasən binalar inşa edir. Sözügedən sərəncamın icrası ilə bağlı növbəti binanın tikilməsinə start verilərkən əvvəlki binaların tikintisi üçün alınmış ekoloji rəyin itirildiyi məlum olmuşdur. "xxxx" MMC həmin rəyin dublikatının alınması ilə bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, sonuncu belə bir rəyin olmadığını bildirmiş, bu səbəbdən ekoloji rəyin dublikatını əldə etmək mümkün olmadığı üçün "xxxx" MMC yaşayış binasının tikintisi ilə bağlı hər hansı hərəkət edə bilməmişdir. Ümumiyyətlə "xxxx" MMC binanın tikintisi ilə hər hansı işlərə başlamamış və hazırda da ərazidə hər hansı tikinti işləri aparılmır. Müvafiq icra hakimiyyəti orqanı isə belə bir rəyin olmamasını əsas tutub həmin rəyin alınması ilə bağlı hüquqi şəxsə tapşırıq vermiş, halbuki belə bir göstərişin hüquqi şəxsin üzərinə qoyulması qanunauyğun deyildir. Hüquqi şəxs ekoloji rəyin dublikatını əldə edə bilmədiyi üçün həmin rəyin yenidən alınması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş və bu müraciətin edilməməsi də onun hüququdur. Bu səbəbdən də tapşırığın ikinci bəndi də qanunsuz olduğu üçün, onun yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. AR İXM-nın 541-ci maddəsində qeyd olunur ki, həmin maddənin tərkibi o halda yarana bilər ki, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərini yerinə yetirməsin. Lakin müvafiq icra hakimiyyətinin tapşırıqda olan tələbləri qanunla tənzimlənmədiyi üçün həmin tapşırıqlar qanunsuz hesab edilir və bu səbəbdən də inzibati məsuliyyətə səbəb ola bilməz. Göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək qeyd olunmalıdır ki, müvafiq icra hakimiyyəti orqanı faktiki olaraq hüquqi şəxsin üzərinə elə tapşırıqların icra edilməsini tələb etmişdir ki, həmin tapşırıqların "xxxx" MMC tərəfindən icra edilməsi qeyrimümkündür. Yəni həmin tapşırıqların icra edilməsi "xxxx" MMC-nin imkanı xaricində olmuşdur və belə olan halda həmin tapşırıqlar qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman "xxxx" MMC-nin qanuni təmsilçisi X2 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən tərtib olunmuş hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisinin AR İXM-nın 541-ci maddəsi ilə 3000 (üç min) manat inzibati qaydada cərimə edilməsi barədə 16.03.2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən tərtib olunmuş hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisinin AR İXM-nın 541 -ci maddəsi ilə 3000 (üç min) manat inzibati qaydada cərimə edilməsi barədə 16.03.2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-566/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-566/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver