Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-566/2025 02.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: X4 Patrul Xidməti inspektoru, polis serjantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxx 1998-ci il tarixdə Cəbrayıl rayonunun Dağ Maşanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, Cəbrayıl rayonu, Qazanzəmi Ərazi Dairəsi, Dağ Maşanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3cü maddələrində nəzərdə tutulmuş ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X4 Patrul Xidməti inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş 24 fevral 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 Patrul Xidməti inspektoru, polis serjantı Fərid Məmmədov məhkəmə iclasında iştirak edərək, bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:10 radələlərində “VAZ 21061 minik” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai qaydanı nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlər edərək, sosial şəbəkələrdə paylaşımlar etmişdir. Həmin hadisəyə səbəb olmuş videogörüntülər sosial şəbəkədə paylaşıldıqdan sonra polis orqanına məlum olmuş və bundan sonra sürücü barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Odur ki, tərtib olunmuş protokola əsasən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xəta ilə bağlı özünü təqsirli bilməyərək bildirmişdir ki, 24 fevral 2025-ci il tarixdə barəsində tərtib olunmuş protokol üzrə qeyd edilən inzibati xəta hadisəsi Xırdalan ərazində deyil, Salyan rayonunun ərazisində təkər anbarının qapısının qarşısında baş vermişdir. Belə ki, həmin məntəqənin qarşısı gediş-gəliş yolu olmasa da, lakin avtomobillər ordan keçərək, anbara daxil olur. Onun hazırda maddi imkanı yaxşı deyil. O, hazırda törətdiyi inzibati əməldən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. “İnzibati xəta haqqında” 24 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs oğllu 24 fevral 2025-ci il tarixdə idarə etdiyi “Mercedes E270 CDİ MİNİK” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir;
2. Hadisənin görüntülərini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs 24 fevral 2025-ci il tarixdə idarə etdiyi “Mercedes E270 CDİ MİNİK” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara yol vermişdir;
3. Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “gəlir məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs “Vətən müharibəsi” iştirakçıısı olmaqla, 80 manat məbləğində pensiya alır.
Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özü tərəfindən inkar edilsədə, lakin inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülər və digər sənədlərlə xətaya səbəb olan hadisə sübuta yetirilir. Belə ki, Şəxs etibarnamə olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq, təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan hərəkətlərə yol verdiyindən səlahiyyətli orqan tərəfindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən təqdim olunmuş videogörüntülər olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, həmin videogörüntülərdə Şəxs etibarnamə olmadan idarə etdiyi nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan hərəkətlərə yol verməsi aşkar olaraq öz əksini tapmışdır. Hadisənin törədilmə yeri barədə isə məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə prosesslərində bu barədə heç nə bildirməməsi, indiki vəziyyətdə hadisənin törədilmə yerinin başqa ərazi olması ilə bağlı bildirdiklərini inandırıcı hesab etməməyə əsas verir.
Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş əməlin Şəxs tərəfindən törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material X4 Patrul Xidmətinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid olmadığından Şəxs barəsində həmin inzibati xətayla bağlı tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal həmin Məcəllənin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, onun barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə material inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32-ci maddəsinə əsasən Şəxs “Vətən müharibəsi” iştirakçısı olmasını cəzasının yüngülləşdirən halı kimi nəzərə alır; 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlindən səmimi peşman olmasını, həmçinin “Vətən müharibəsi” iştirakçısı olmasını, bundan əlavə cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə cəzası tətbiq edilməli, həmin Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə protokol tərtib etmiş orqan tərəfindən hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Polis İdarəsinin Dövlət X5 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın inzibati cərimə növündə tənbeh tədbirinə dair icrası şəxsin qeydiyyat yeri üzrə icra qurumuna, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Abşeron rayon Polis İdarəsinin Dövlət X5 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vaitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Abusət Qasımov