Məhkəmə qərarları › İş №3(012)-569/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-569/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-569/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu, Qalaboyun kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və probasiya şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-782/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 1653 nömrəli, xx.xx.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsi qərara alınmışdır. Borclu Şəxs göstərilən icra sənədlərin icrasından yayınaraq icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında dindirilmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-782/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 1653 nömrəli, xx.xx.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsi qərara alınmışdır. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında bildirdi ki, Abşeron rayon Məhkəməsinin 2(012)-782/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 1653 nömrəli, xx.xx.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsi qərara alınmışdır. O icradan yayınmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kallegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2045/2020 saylı qətnaməsindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Ona görədə məhkəmədən Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya şikayətinə baxanadək Abşeron rayon Məhkəməsinin 2(012)-782/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 1653 nömrəli, xx.xx.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsinə dair icranın dayandırılmasını və hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun vəkilini, tələbkarı və protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Buna görə də məhkəmə hesab edir ki, hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2045/2020 saylı qətnaməsindən barəsində inzibati xəta törətmiş şəxs Şəxs kassasiya şikayəti vermiş, hazırda mülki iş Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatındadır. Verilmiş kassasiya şikayətinə baxılıb qərar çıxarılmamışdır. Ona görə də hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati qaydada tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar