Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-57/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 saylı Ərazi Ekologiya və X14 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 20-SU saylı qərardan X3 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tənbeh edilərək 2700 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2017-ci il tarixli, 20-SU saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında bildirmişdir ki, 2020-ci ilin yanvar ayının 28-də idarəyə çağırılaraq cərimə olunmağı haqqında ETSN-nin 16 saylı Ərazi Ekologiya və X14 tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli qərar əsasında Abşeron rayon icra və probasiya Şöbəsindən icra sənədi daxil olduğunu bildirmişlər. Bu tarixə kimi ETSN-nin 16 saylı Ərazi Ekologiya və X14 tərəfindən qəbul olunmuş qərar yaşadığı və ya işlədiyi yerə göndərilməmişdir. Qərarın surətini xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən imzalamaqla almışdır. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin 16 saylı Ərazi Ekologiya və X14 tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərar qanunsuz və əsassızdır. Belə ki qərara əsasən vəzifəli şəxs hesab edilərək Abşeron Sukanal İdarəsinin qəza bərpa üzrə çilingər(fəhlə) işləyən X6 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 2700 manat məbləğində cərimə edilmişdir. Çilingər-fəhlə işləyən şəxs vəzifəli şəxs sayıla bilməz. Qərarda qeyd edildiyi kimi Ceyranbatan qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərində və qeyri-yaşayış sahələrində formalaşan məişət çirkab sularının bir neçə istiqamətdə qanunsuz olaraq çəkilmiş boru xətləri vasitəsi ilə qəsəbə ərazisindən keçən Abşeron magistral suvarma kanalına təmizlənmədən axıdılmasına nəzarət X4 həvalə olunmamışdır. X6 həmin ərazidə, yaxın ünvanda sadəcə sakin kimi yaşayır. Abşeron Sukanal İdarəsində qəza bərpa işləri üzrə fəhlə kimi işləyir və vətəndaş kimi bu cür pozuntulara qarşı daima mübarizə aparmışdır. İdarənin sıravi fəhləsi kimi çirkab sularının axıdılmasına görə heç bir göstəriş və ya əmr verməmişdir. Sadəcə ETSN-nin 16 saylı Ərazi Ekologiya və X12 əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilməsi məqsədi ilə Abşeron Sukanal İdarəsinin bir nümayəndəsi kimi getmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə idarəyə çağırılaraq cərimə olunmağı haqqında Abşeron rayon icra və Probasiya şöbəsindən icra sənədi daxil olduğunu bildirmişlər. 16 saylı Ərazi Ekologiya və X14 tərəfindən Azərbayacan Rspublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2700 manat cərimə tətbiq edilməsi bardə əsassız və qanunsuz qəbul edilmiş xx.xx.2017-ci il tarixli 20-SU saylı qərarın ləğv edilməsini xahiş edir. X16 Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X2 Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində 5-ci dərəcəli qəza-bərpa işləri üzrə çilingər peşəsində işləyir. X10 oğlu barəsində qəbul edilmiş qərar əsassız olduğuna görə şikayətin təmin edilməsini xahiş edir. Barəsində şikayət verilən hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 saylı Ərazi Ekologiya və X11 hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 saylı Ərazi Ekologiya və X11 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində şikayət verilən hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 16 saylı Ərazi Ekologiya və X11 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. cərimə nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati protokol tərtib edildiyi zaman X6 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamışdır. X10 oğlunun inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə X10 oğlunun inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 saylı Ərazi Ekologiya və X14 əraziyə baxış keçirərkən inzibati xəta törətmiş şəxsi yəni, Ceyranbatan qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərində və qeyri yaşayış sahələrində formalaşan məişət çirkab sularının bir neçə istiqamətdə qanunsuz olaraq çəkilmiş boru xətləri vasitəsi ilə qəsəbə ərazisindən keçən Abşeron magistral suvarma kanalına təmizlənmədən axıdan şəxsi müəyyən etməmiş, həmin inzibati xətanın Abşeron Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində 5-ci dərəcəli qəza-bərpa işləri üzrə çilingər olan X10 oğlu tərəfindən törətməsi qənaətinə gəldiyinə görə onun barəsində qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmədə X3 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X10 oğlu Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, 2700 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 16 saylı Ərazi Ekologiya və X14 tərəfindən tərtib edilmiş protokola əsasən qəbul edilmiş xx.xx.2017-ci il tarixli 20-SU saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X10 oğlunun Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinib 2700 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyi 16 saylı Ərazi Ekolojiya və X14 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 20-SU saylı qərar ləğv edilsin. X10 oğlu barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-57/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-57/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver