Məhkəmə qərarları › İş №3(012)-571/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-571/2021

04.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-571/2021 04.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4 iştirakları ilə xx xxxxxxxx 1965-ci il tarixdə Ucar rayonu,Türkəci kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx xxxxx 2021-ci il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Sulutəpə dairəsində sərxoş halda yüksək səslə nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X8 bildirmişdir ki, Xidmətdə olarkən Şəxs xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Sulutəpə dairəsində sərxoş halda yüksək səslə ictimai yerdə nalayiq söyüşlər söydüyünü görüb yaxınlaşaraq Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Bu zaman Şəxs polis əməkdaşlarına da nalayiq ifadələr işlədərək fiziki təzyiq göstərmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ƏÇPA-nın 12-ci PB-nin polis nəfəri, polis serjantı X2 və X1 Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X4 dediklərinə uyğun ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsi yaxınlığında yerləşən kafedə spirtli içki qəbul edərək küçəyə çıxmışdır. Sərxoş vəziyyətdə olduğu üçün ünvansız nalayiq söyüşlər söymüşdür. Bu zaman xidmətdə olan polis əməkdaşları yaxınlaşaraq onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Sulutəpə dairəsində sərxoş halda yüksək səslə nalayiq söyüşlər söymüş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X4, şahidlərin ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında AZA 013993 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş, xx xxxxx 2021-ci il tarixli, 214046 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X7 xx xxxxx 2021-ci il tarixdə, saat 18:45-də müayinə olunarkən sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsdasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançlığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425-426 və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxx 2021-ci il, saat 22:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin.. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar