Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-572/2023 29.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Nurəddin oğlunun və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsi İTŞ-nin sahə rəisi, polis mayoru, X5 iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Nurəddin oğlu barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Nurəddin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsi İTŞ-nin sahə rəisi polis mayoru, X11 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, tibbi müayinə nəticəsində Şəxs Nurəddin oğlunun narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Nurəddin oğlu törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dediklərini təsdiq edərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 28 mart 2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsində saxlanılmış Şəxs Nurəddin oğlunun hərəkətlərində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi, eləcə də, Şəxs Nurəddin oğlunun istifadə etdiyi narkotik vasitələri haradan, nə zaman və hansı üsullarla əldə etməsi barədə məlumatların əldə edilməsini təmin etmək məqsədilə tədbirlərin davam etdirilməsi üçün qərarın surətləri aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan qərardan görünür ki, Şəxs Nurəddin oğlu xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovni-leytenantı X6 xx.xx.2023-cü il tarixdə BNMİ-nin rəisinin adına raportla müraciət edərək göstərmişdir ki, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Şəxs və xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan X1 narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat marağı kəsb edən məlumatın yoxlanması məqsədi ilə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı X8 və BNMİ-nin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X6 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncular 27 mart 2023-cü il tarixdə, saat 22:10 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, müdafiəçinin yardımı ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Araşdırma zamanı BNMİ-nin inzibati binasının xidməti otaqlarının birində X2 üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet, kütlə varsa təqdim etməsi təklif olunmuşdur. X4 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və sol yan cibindən 1 (bir) manat pul aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürüldü. 1 (bir) manat pul isə özünə geri qaytarılmışdı. İzahatı alınmış X4, 27 mart 2023-cü il tarixdə, saat 22:10 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında Şəxs ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları Abşeron RPİ-nin inzibati binasına dəvət etdiklərini bildirmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunub və buna dair bildiriş təqdim edildi. Bundan sonra onların üzərlərinə şəxsi axtarış aparılmağa başlanıldı. Şəxsi axtarış zamanı onlara üzərlərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunması qeyd etmişdir. Bu təklifdən sonra o əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 055 367-57- 06 simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və sol yan cibindən 1 (bir) manat pul aşkar edilərək götürüldü. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışı, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Hidayət, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 (bir) manat pul isə özünə geri qaytarılmışdır. O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Nadir” adlı şəxsin vasitəsi ilə saxlanılmamışdan 3-4(üç-dörd) saat bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən öz istifadəsi üçün 150(yüz əlli) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, üzərində psixotrop maddə olmasından heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, verilən suallara səmimi və doğru cavablar verdiyini bildirmişdir. Araşdırma zamanı BNMİ-nin inzibati binasının xidməti otaqlarının birində Şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet, kütlə varsa təqdim etməsi təklif olundu. Şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 22(iyirmi iki) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Taleh, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 22(iyirmi iki) manat pul isə özünə geri qaytarılmışdır. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, 27 mart 2023-cü il tarixdə, saat 22:10 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında X4 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onları Abşeron RPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onlar şübhəli şəxs qismində tutulmuşlar. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onların üzərlərinə şəxsi axtarış aparılmağa başlanılmışdı. Şəxsi axtarış zamanı onlara üzərlərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 22(iyirmi iki) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri Taleh, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 22(iyirmi iki) manat pul isə özünə geri qaytarılmışdır. Şəxs üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış 1 (bir) ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə müayinə olunmaq üçün xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və 28 mart 2023-cü il tarixli nömrəli ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 1,647 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazrılanmış narkotik vasitə qurudulmuş marixuanadır. Beləliklə aparılmış təhqiqatla müəyyən edilmişdir ki, Şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində məlumat daxil olduğu üçün BNMİ- nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür.Aşkar olunan narkotik vasitənin çəkisi 1,647 qram, yəni şəxsi istehlak miqdarında olduğundan vət. Şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Lakin Şəxs 1.647 qram xalis çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə etməklə Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinə yol vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Nurəddin Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, keçirilmiş ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Nurəddin oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan diskə baxış keçirilmiş və protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs Nurəddin oğlunun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs Nurəddin oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, Şəxs Nurəddin oğluna cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs Nurəddin oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Nurəddin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Nurəddin oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs Nurəddin oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-572/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-572/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver