Məhkəmə qərarları › İş №3(012)-575/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-575/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-575/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “Araz” marketdə xx.xx.2024-cü il tarixdə “Greta Kraker” adlı məhsulun piştaxtada qiymətinin 1,79 manat qeyd olunmasına baxmayaraq kassada 2,20 manatdan hesablanıb satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2izahatında bildirdi ki, qeyd edilən protokol üzrə "xxxx" MMC-nin təqsiri olmamışdır. Müştəri tərəfindən endirmədə olmayan məhsul götürülmüş və bu anlaşılmazlığa görə şikayət olunmuşdur. İnzibati orqan işi tam və hər tərəfli araşdırmamış, zərərçəkmiş şəxsin izahatını almamışdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İndiki halda İnzibati tənbehin tətbiq edilməsi ilə bağlı nəzərdə tutulan müddət ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan foto şəkildən görünür ki, “Greta Kraker”adlı məhsulun qiyməti 1,79 manat yerləşdirilmişdir. Lakin satış çekində isə “Greta Kraker” adlı məhsulun qiyməti 2, 20 manat göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə baş vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol isə xx.xx.2025ci il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati xəta hadisəsi törədildiyi tarixdən, xx.xx.2024-cü il tarixdən dörd aydan artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1 -ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 105.1 -ci maddəsinə görə bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan zaman bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar