Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-579/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Həsənli Salatın Etibar qızının katibliyi, Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19891832 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19891832 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, EQ 19891832 saylı elektron qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Adil Tağıyev şikayəti müdafiə edib, şikayətdə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, onun barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, EQ19891832 saylı İnzibati Protokol və xx.xx.2024-cü il tarixli, EQ 19891832 saylı elektron qərar tam qanunsuz, əsassızdır. Həmin protokol və qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM adlandırılacaq) 329.1-ci maddəsində nəzərdə tutulmuş (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmək) inzibati xətaya yol vermişdir. O. qeyd olunan protokol və elektron qərar barədə məlumatdan xx.xx.2024-cü il tarixdə şəxsi elektron kabinetinə girən zaman xəbər tutmuşdur. Azərbaycan Respublika DYPİ-nə gedib, qərarın kağız variantını istəsə də ona qərarın kağız variantı verilməmiş və bildirilmişdir ki, qərarın nömrəsi əsasında şikayət verə bilər. İnzibati protokol və elektron qərar qəbul edilərkən xx.xx.2024-cü il tarixdə Bakı-Quba yolunun 8-km-də xüsusi texniki vasitə ilə çəkilmiş video görüntü və foto əsas götürülmüşdür. O, bir qayda olaraq təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmir, onun avtomobili təhlükəsizlik kəmərini taxmadıqda siqnal verir və kəməri taxmamaq mümkün deyil. Protokol və qərarın çıxarılması üçün əsas götürülmüş foto və video gürüntü keyfiyyətli çəkilmədiyindən və onun geydiyi gödəkçə ilə nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərinin rəngi oxşar olduğundan həmin fotoda onun təhlükəsizlik kəmərini bağlayıb-bağlanmadığı görünmür. Odur ki, şikayətin təmin edilərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19891832 saylı elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19891832 nömrəli elektron qərardan görünür ki, 11 mart 2024-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayəti və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı Adil Tağıyev izahatında bildirmişdir ki, o, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qəbul edilərək, 40 manat məbləğində cərimə edilmişdir. Lakin o, barəsində qəbul edilmiş qərarla razılaşmayaraq, həmişə təhlükəsizlik kəmərindən istifadə etdiyini, təhlükəsiz kəmərini taxmadığı halda siqnalizasiya qurğusunun fasiləsiz çalışdığını bildirmişdir. Bundan başqa iş materiallarında olan fotoşəkildə Adil Tağıyevin təhlükəsizlik kəməri bağlamadan avtomobili idarə etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə bu hallara münasibətdə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən sonuncunun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, həmçninin xətanın həqiqətən də baş verib-verməməsinin müəyyən edilməsi məhkəmə araşdırması zamanı mümkün olmadığından qərar ləğv edilməli və şikayətdə qeyd edilənlər yenidən ətraflı araşdırılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19891832 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-579/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-579/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver