Məhkəmə qərarları › İş №3(012)-58/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-58/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-58/2022 19.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, Şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Laçın rayonu, Ağoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ali təhsilli, işləməyən, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: 10.11.2021-ci il tarixdə saat 14:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu ərazisindən keçən 239-cu kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus HYUNDAİ İX35 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini quraqlıq və gündüz hava şəraitində Qazax istiqamətində yolun sağ zolağında 70 km/saat sürətlə hərəkət etdirərkən, yolun sağ kənarında yerləşən işləməyən kafeni görüb həmin kafenin yoluna dönən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib nəqliyyat vasitəsinin idarə olunma prosesinə daimi nəzarəti və avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməyərək diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmaqla avtomobilini sol yan üzərində yolun sol kənarında yerləşən arxa düşürtmüş, nəticədə avtomobildə olan sərnişin X3- sol alın qabarının vurun belinin əzilmiş yaraları xəsarəti almaqla səhhətinin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər almışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 10 noyabr 2021-ci il tarixdə Bakı şəhərindən Bərdə rayonuna gedərkən avtomobili özü idarə edirmiş. Yanında sağ qabaq sərnişin oturacağında dayısı X3, arxa sol oturacaqda anası X4, ortada X1, sağ arxa oturacaqda dayısı X5 əyləşmişdir. Avtomobili texniki səhətdən saz vəziyyətdə olub, quraqlıq və gündüz hava şəraitində saat 14:30 radələrində həmin yolun Ucar rayon ərazisindən keçən hissəsində yolun sağ zolağında üzü Qazax istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən, yolun sağ kənarında yerləşən işləməyən kafeni görüb həmin kafenin yoluna dönən zaman avtomobil çınqıl daşların üzərinə çıxartmış, avtomobilin idarə etməsini itirmiş və sol tərəfdə olan arxın üzərinə sürərkən avtomobil sol yanı üzərinə düşmüşdür. Hadisə zamanı dayısı Şahin xəsarət almışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 17.11.2021-ci il tarixli, 344 saylı rəyindən görünür ki, 1962-ci ildə anadan olmuş X2 bədəni üzərində olan xəsarətlər-sol alın qabarının vurun belinin əzilmiş yaraları küt alətin təsirindən əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 10.11.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. İşə əlavə edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq olmuş, alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması 01 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar