Məhkəmə qərarları › İş №3(012)-58/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-58/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-58/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi ilə Babayeva Validə Ramin qızının katibliyi ilə, Protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin nümayəndəsi X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Laçın, Ağoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olmayan, ünvan 1i ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, MD-23 qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi polis mayoru X4 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı şossesi 48 ünvanında yerləşən X3 məxsus “Ford Fusion” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1330 manat maddi ziyan dəymişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu Şəxsnın izahatı ilə təsdiq edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdki ki, xx.xx.2024-cü il tarixdə işdən evə gəlmiş, evdə olduğu zaman həyətdə kiminsə həyat yoldaşı Dilbəri təhqir etdiyini eşitmiş, bundan sonra həyətə çıxdıqda Elmar və Mehman adlı şəxslərin olduğunu görmüş, Mehmanın onun həyat yoldaşı ilə söhbət etdiyini, Elmarın isə avtomobildə oturduğunu görmüş, Elmara yaxınlaşaraq nəyə görə söyüş söydüyünü soruşmuş, ona avtomobildən düşməsini bildirmişdir. Mehman onu sakitləşdirməyə çalışmışdır. Mehmana öz torpağında nə vaxt onları evlə təmin etsələr onların mülkiyyətində olan yeri boşaldacaqlarını demişdir. Bundan sonra Elmar avtomobili hərəkətə gətirmiş və həmin vaxt avtomobilin yanında olan həyat yoldaşı Dilbərin sağ ayağının pəncə hissəsi avtomobilin sağ ön təkərinin altında qalmışdır. Bundan sonra həmin şəxslər çıxıb getmiş, onlar da öz evlərinə qayıtmışlar. Həmin şəxsləri təhqir etməmişlər. Elmar İbrahimovu vurmamışdır və ya itələməmişdir, köynəyini cırmamışdır. Onun avtomobilini yumruq, təpik və ya daş parçası ilə vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, onun sədrlik etdiyi Şamaxı şossesi 48 ünvanında yerləşən "xxxx" ASC qanuna əsasən özəlləşdirmiş cəmiyyətdir. Əraziyə dair sənədləri vardır. 30 ildən artıq müddətdir ki, qeyd etdiyi ünvanda Laçın rayon sakini Rəcəb Əşrəfov və onun ailə üzvləri qanunsuz olaraq məskunlaşmışlar. Rəcəb Əşrəfov dünyasını dəyişdikdən sonra oğlu Şəxs və digər ailə üzvləri müəssisənin ətrafında özlərinə yaşayış evi və ticarət obyekti tikməklə orada məskunlaşsalar da müəssisənin ərazisini qanunsuz olaraq ayrı-ayrı şəxslərə pul müqabilində kirayə vermiş, özləri də anbar binalarını “əl damı” kimi qanunsuz olaraq istifadə edirlər. Torpaqlar işğaldan azad olunduqdan sonra respublikanın aidiyyəti oraanlarma həmin şəxslərin müəsisənin ərazidən çıxarılmaları barədə müraciətlər etmişdir. X13 ailəsinəməxsus bir baş iri buynuzlu heyvan müəssisənin anbarında saxlänümışdır Bununla əlaqədar dəfələrlə Şəxs xəbərdarlıq edılmış və inəkanbardan çıxarılaraq müəssisənin ərazisində olan mühafizə otağına yerləşdirilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə inəyin çıxarıldığı anbarı kilidləmək məqsədi ilə atası Mehman İbrahimovla birlikdə həmin əraziyə getmişlər. O idarə etdiyi Ford Fusion markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, atası isə anbar istiqamə\tinə gedərək orada olan sakinlərlə söhbət etməyə başlamış, həmin vaxt dını bilmədiyi, lakin üzdən tanıdığı Şəxs arvadı atasının yanına getmiş, həmin şəxsin bır neçə dəfə onun ünvanına nalayiq sözlər deməsini eşitdikdə avtomobildən düşərək onların yanına getmiş, həmin şəxsə Mehman deyilən şəxsin özünün olmasını demiş, bu zaman o, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs ona tərəf gələrək yaxasından dartaraq köynəyini cırmış və sinə nahiyəsindən əli ilə itləmiş, yumruqla onu vurmaq istəsə də buna imkan verməmişdir. Azərin arvadı yerdən daş parçası götürərək ona tərət atmış, lakin daç ona deyil, idarə etdiyi avtomobilin ön hissəsinə dəymişdir. Azər yerdən daş parçası götürərək avtomobilinin mühərrik qapağına vurmuş, eləcə də təpiklə avtomobilin ön sağ qanad hissəsinə zərbə vuraraq ona maddi ziyan vurmuşdur. Daha sonra müəsisənin ərazisinə tərk etmişlər və o, DİN-nin "102" xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş hadisə zamanı o, hər hansı bir şəxsi vurmamış və xəsarət yetirməmişdir. X6 üzərinə avtomobil sürməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Dilbər Mehtiyevanın onun barəsində göstərdikləri yalandır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin nümayəndəsi X7 protokolun məzmununa uyğun izahat vermiş, qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan 09.11 .2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, №24/15 saylı qüsur aktından görünür ki, “Ford Fusion” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1330 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iş materiallarında olan yanğın və texnoloji partlayışların tədqiqi və ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizalarının rəylərindən göründüyü kimi X1, avtomobilinə ümumilikdə 1330 manat məbləğində zərər dəymişdir. Məhkəmə hesab edir ki, borclunun dəymiş zərərin 1 misli miqdarında, yəni 1330 manat məbləğində inzibati qaydada cərimə edilməsi daha məqsədəuyğundur. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, dəymiş zərərin 1 misli qədər, yəni 1330 (bir min üç yüz otuz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar