Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-580/2023 19.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakları ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş MN1063329 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 şikayət ərizəsi verərək Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş MN1063329 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 ərizəsini belə əsaslandırdı ki, Abşeron Rayonu Polis X5 bölməsinin polis sahə rəisi X2 xx.xx.2021-ci il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsas gətirilərək, barəsində inzibati tənbeh 50 (əlli) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. O, belə bir qərar barədə məlumatlandırılmamışdır. Qərardan yalnız keçmiş həyat yoldaşı Quliyeva (Hümbətova) Əminə Maşallah qızının ona qarşı Abşeron Rayon Məhkəməsində "şərəf və ləyaqətin, o cümlədən işgüzar nüfuzun müdafiəsi barədə" iddia tələbi irəli sürülərkən xəbər tutmuşdur. Şifahi və yazılı müraciətlərdən sonra sözügedən qərar ona xx.xx.2023-cü il tarixində rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli, MN № ******* saylı protokol və xx.xx.2021-ci il tarixli, MN № ******* saylı qərar qəbul edilərkən, ona bu barədə heç bir rəsmi bildiriş göndərilməmiş və rəsmi məlumat verilməmişdir. həmin qərar və protokol sifarişli və qərəzli şəkildə tərtib edilmişdir. Belə ki, keçmiş arvadı Quliyeva (Hümbətova) Əminə Maşallah qızının Abşeron rayon X8 şöbəsinin baş təhqiqatçısı İbrahim Qədirovla əxlaq normalarına zidd münasibəti olmuşdur. Həmin hala dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi rəhbərinə ünvanlamış olduğu şikayət ərizələri nazirliyin Daxili Təhqiqatlar İdarəsi tərəfindən araşdırılmış, sözügedən hal öz təsdiqini tapdığı üçün İ.Qədirov Nazirliyin müvafiq əmri ilə ciddi intizam məsuliyyətinə cəlb olunmuş və bu barədə qurumun ona ünvanladığı xx.xx.2021-ci il tarixli, №023-59700Q-4221 saylı cavab məktubunda məlumat verilmişdir. Hazırda onun barəsində tərtib edilmiş qərar və protokolun da məhz İ.Qədirovun sifarişi ilə tərtib edildiyinə zərrə qədər şübhəsi yoxdur. Sözügedən tarixdə qərarda və protokolda göstərilən inzibati xəta hadisəsi ona münasibətdə baş verməmişdir, Onun hadisə ilə bağlılığı mövcud deyildir, belə bir xəta onun tərəfindən törədilməmişdir. Hadisə ilə bağlı izahatı alınmamış, protokolda izahat verməkdən imtina barədə qeyd aparılmamışdır. Lakin sözügedən protokoldan görünür ki, hadisənin baş verməsini təsdiq edən sübutlar hissəsində hər hansı qeyd aparılmamışdır, onun izahat hissəsi boşdur və izahat verməkdən imtina barədə də qeyd mövcud deyildir. Barəsində tərtib edilmiş xx.xx.2021 -ci il tarixli, MN № ******* saylı protokolda maddi hüquq normasının tələbinin pozulmuşdur. Belə ki, sadalananlar protokolda öz əksini tapmamışdır. protokol gizli şəkildə tərtib edildiyi üçün bu barədə ona hər hansı məlumat verilməmiş və ümumiyyətlə absurd hadisə barədə tərtib edildiyi üçün onun tərtibi zamanı ona hüquq və vəzifələri barədə izah verilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Sözügedən hadisə həqiqətdə baş verməmişdir və bütün bunlar polis əməkdaşının təfəkkürünün məhsuludur, qərəzli olaraq barəsində protokol tərtib edilmişdir. Bunun səbəblərini də o, şikayətində qeyd etmişdir. Bütün pozuntularla yanaşı, məhkəmə iş üzrə icraata xitam verilməsi halına da qiymət verməlidir. Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin polis sahə rəisi X2 xx.xx.2021-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ Mehdiabad PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron Rayon Polis İdarəsi Mehdiabad PB-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin polis sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN0979433 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati material araşdırılması üçün qərar qəbul etmiş orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin polis sahə rəisi X7 tərəfindən qəbul edilmiş MN0979433 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin rəisi, polis mayoru X4 tərəfindən qəbul edilmiş MN1063329 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 50 (əlli) manat məbləğində inzibati tənbeh tədbiri növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İstinad edilən qanunun normasından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin obyektiv araşdırılması üçün inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 barəsində Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi X6 tərəfindən qəbul edilmiş MN0979433 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətə baxılması ilə əlaqədar material tələb edilmiş və məhkəmə təqdim olunmuş materialı nəzərdən keçirmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-si tərəfindən göndərilmiş materialdan görünür ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin rəisi, polis mayoru X4 tərəfindən MN1063329 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X1 iştirakı olmadan qəbul edilmiş və onun izahatı alınmamışdır. Eyni zamanda iş üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda və eyni tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın mahiyyəti göstərilməmiş, boş saxlanılmışdır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətməsi heç bir sübuta əsaslanmadığından, iştirakı olmadan və izahatı alınmadan inzibati xəta haqqında protokol tərtib edildiyindən və qərar qəbul olunduğundan onun barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin rəisi, polis mayoru X4 tərəfindən qəbul edilmiş MN1063329 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, X3 barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin rəisi, polis mayoru X4 tərəfindən qəbul edilmiş MN1063329 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi Mehdiabad PB-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-nin rəisi, polis mayoru X4 tərəfindən qəbul edilmiş MN1063329 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsi Mehdiabad PB-nə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-580/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-580/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver