Məhkəmə qərarları › İş №3(012)-580/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-580/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-580/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Abşeron, Səttar Bəhlulzadə (Saray) 49 ünvanı istiqamətində etibarnamə ilə idarə etdiyi ** ZP *** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkət edərkən təxminən saat 13:46 radələrində Abşeron DYP Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılmış və barəsidə İXP ******* saylı protokol tərtib olundmuşdur. Protokolda onun “X7” Azərbaycan Respublikasının Qanununun tələblərin onun qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Protokolun tərtib edildiyi zamanı polis serjantına şahid çağırılmasını və törədiyi inzibati xətanı sübut etməsini etiraz etməyinə baxmayaraq, protokol tərtib olunarkən şahid cəlb edilməmişdir. Protokol tərtib edilən zaman şahidlərin iştirakını nəzərdə tutulması ona dəlalət edir ki, inzibati xətanın törədilməsi faktı şübhəsiz olaraq təsdiq edilsin. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından şahidin cəlb edilməsində polis əməkdaşı maraqlı olmalıdır. Qərar çıxarılan tarixdən bu günə qədər ona rəsmi qaydada təqdim olunmamış və ünvanına da göndərilməmişdir. Təxminən iki ay sonra Abşeron DYP-yə müraciət etmiş, barəsində çıxarılmış qərarı əldə etmişdir. Barəsində tərtib olunmuş bu qərar qanunsuzdur və ləğv edilməlidir. Protokolda qeyd edilmişdir ki, guya 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etmədən sola və ya geriyə dönmə qaydalarını pozmuşdur. Halbuki protokolda qeyd edilmiş qayda pozuntusuna yol verməmişdir. Həmin hərəkətə yol vermədiyindən sözügedən protokolda heç bir yol qaydalarını pozmadığını və protokolun qəsdi qərəzlik nəticəsində tərtib olunduğunu qeyd etməyi zəruri hesab edir. Qayda pozuntusu ilə bağlı yol patrul əməkdaşından ona hər hansı bir video və ya foto görüntü təqdim etməsini xahiş etsə də lakin bu görüntü ona təqdim edilməmişdir. Protokolun tərtib edildiyi yer ilə polis əməkdaşı tərəfindən saxlanıldığı ərazi arasında ziddiyyətlər vardır. Belə olan halda cərimənin tətbiq edilməsi də düzgün deyildir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN Abşeron rayon DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin telefon əlaqəsi zamanı mübahisə inzibati xəta hadisəsinin müddətin uzun müddət keçməsi səbəbindən video görüntülərinin saxlanılmadığını, bu səbəbdən məhkəməyə təqdim etmənin mümkün olmadığını bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ YPX-nin xx.xx.2023-cü il saat 13-46 tarixdə idarə etdiyi “Kia Cerato” minik markalı 90ZP710 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.-ci maddəsi ilə 80 manat məbləğində cərimə ödənilməsi müəyyən edilmişdir. İşin materiallarında olan Abşeron rayon Pİ tərəfindən X3 ünvanlanan 23 fevral 2024cü il tarixli, məktubdan görünür ki, onun müraciətinə baxılmış,bort-kompüter vasitəsi ilə,”elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada barəsində İXM-nin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətanın aşkar edilməsi və sənədləşdirilməsində hüquqa zidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.2.1-ci maddəsinə görə tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə nəqliyyat vasitələrinin sürücüləri yüz əlli manat məbləğində cərimə edilir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X1 xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur.Həmçinin müəyyən edilir ki, şikayətçi ilkin olaraq aidiyyatı səlahiyyətli orqana müraciət etmiş, Abşeron rayon Pİ tərəfindən X3 ünvanlanan 23 fevral 2024-cü il tarixli, məktubdan görünür ki, onun müraciətinə baxılmış,bort-kompüter vasitəsi ilə,”elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada barəsində İXM-nin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətanın aşkar edilməsi və sənədləşdirilməsində hüquqa zidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Bundan başqa, işin məhkəmə baxışında Abşeron rayon DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin telefon əlaqəsi zamanı mübahisə inzibati xəta hadisəsinin müddətin uzun müddət keçməsi səbəbindən video görüntülərinin saxlanılmadığını, bu səbəbdən məhkəməyə təqdim etmənin mümkün olmadığını bildirmişlər. Beləliklə,məhkəmə hesab edir ki, X1 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati qərardan şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN Abşeron rayon DYP Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli TP ******* inzibati xəta haqqında elektron qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar